"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Energetik içkilərin satışının məhdudlaşdırılması məsələsi qaldırılacaq – ARAŞDIRMA

25 Sentyabr 2017 - 09:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

Sabah 40 dərəcə isti olacaq

Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəçiliyini daha da artırıb.

Bəzi ölkələr artıq onun satışına hələ bir neçə il əvvəl qadağalar qoyub, bir sıra ölkələrdə isə satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.

Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.

2015-ci ilin mayın 1-dən isə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq edilib.

“Son illərdə energetik içkilərdən qəfil ölüm halları artıb”

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi artıq narahatlıq doğuran məsələlərdəndir:

“Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər”.

“Energetik içkilərin satışı alkoqollu içkilərin satışı kimi tənzimlənməlidir”

M.Quliyev hesab edir ki, bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər. Deputat qeyd edib ki, energetik içkilərin satışının məhdudlaşdırılması məsələsini Milli Məclisin payız sessiyası ərzində qaldıracaq.

Deputat təklif edir ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir.

M.Quliyevin fikrincə, bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcəklər.

Deputat hesab edir ki, energetik içkilərin reklamı da qadağan olunmalıdır: “İstər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazaların özündə belə reklam olmamalıdır. Digər tərəfdən, onların satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir”.

M.Quliyev hesab edir ki, məktəblərdə və onların yaxınlığındakı iaşə obyektlərində energetik içkilərin satışına qadağa qoyulmalıdır. Eyni zamanda, maarifləndirmə tədbirləri aparılmalıdır.

“Yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır”

İnsanda arterial təzyiqi artırdığı üçün Fransa, İsveç, Almaniyada energetik içkilərin yalnız apteklərdə satıldığını deyən Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov hesab edir ki, Azərbaycanda energetik içkilərin satışı nəinki məhdudlaşmalı, ümumiyyətlə, qadağan edilməlidir:

“Energetik içkilərin 3 qabı yarım litr arağa bərabərdir. Ona görə də bu gün yol qəzalarının baş verməsində bu içkilər də rol oynayır. Bu gün gənclər onu daha çox yuxularını qaçırmaq üçün içirlər. Amma bu içkilər yuxunu qovmur. Onun qəbulundan sonra tərkibindəki kimyəvi preparatlar hesabına insana əvvəl həddindən artıq əlavə enerji gəlir, 4-5 saatdan sonra yorğunluq, yuxu gətirir. Bu səbəbdən də sürücülərin çoxu sükan arxasında yatırlar. Qəzaya düşən maşınlara baxsanız görərsiniz ki, onların çoxunda energetik içkilərin qabı var”.

D.Məmmədov qeyd edib ki, energetik içkilər həm də sonsuzluq yaradır: “Təəssüf ki, Azərbaycanda bu içkilərlə bağlı həkimlər də həyəcan təbili çalmırlar, onun mənfi fəsadı haqqında danışmırlar”.

Energetik içkilər ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, energetik içkilər yaşı 14-15-dək olan uşaqlar və 45-50 yaşdan sonra olan şəxslər üçün daha təhlükəli sayılır. Bu içkilərin tərkibində vitamin preparatları çox olduğundan onun orqanizmdə zəhərlənmə və allergik reaksiyalar yaratması mümkündür.

A.Maqsudovun sözlərinə görə, energetik içkilər gündə 1-2 bankadan çox qəbul edildikdə orqanizm, xüsusilə qaraciyər, böyrək və ürək üçün problemlər yarada bilər.

Bu içkinin tərkibində alkoqol olarsa, normadan çox qəbul edilərsə, həm də bunu içməsi münasib olmayan şəxslər qəbul edərlərsə, o, ürəyin fəaliyyətinin dayanmasına səbəb ola bilər.

A.Maqsudov mərkəzə indiyədək energetik içkilərin birbaşa təsirindən baş verən zəhərlənmə və allergik reaksiyalarla bağlı müraciətlərin edilmədiyini də söyləyib.

Energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin haqqında

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Trend-ə deyib ki, energetik içkilərin tərkibində istifadə edilən taurin ilk dəfə 1827-ci ildə Friedrich Tiedermann ve Leopold Gmelin tərəfindən öküzün ödündə kəşf edilib: “Sonralar bu maddənin insanların və bəzi heyvanların bədənlərində təbii olaraq meydana gəldiyi məlum olub. Energetik içkilərdə istifadə olunan taurin (taurine) nevroloji inkişafa kömək edən, qandakı mineral duz və su normasını tənzimləyən bir amin turşusudur. Taurin, yediyimiz ət və balıq məhsullarında, hətta ana südündə təbii olaraq mövcuddur”.

Komitə rəsmisi qeyd edib ki, energetik içkilərin tərkibində olan və əsas müzakirə mövzusu olan taurin (Aminoethanesulfonic acid) maddəsindən istifadəyə “Qida əlavələri, aramatizatorlar və texnoloji yardımlar üçün təhlükəsizlik tələbləri” TP TC 029/2012 Texniki reqlamentində icazə verilir.

Onun sözlərinə görə, bəzi araşdırmalar taurinin fiziki və zehni performansı artırdığını üzə çıxarıb. Taurin müxtəlif xəstəliklərin müalicəsində də istifadə edilir.

F.Talıblı əlavə edib ki, gündə ən çox 3,000 mg taurin istifadə edilməsi tovsiyə olunur. Taurinin artıq istifadəsi böyrək xəstəliklərinin yaranmasına gətirib çıxara bilər. Enerji içkilərində taurinlə bərabər həm şəkər, həm də kofein olduğunu nəzərə alsaq, normadan artıq istifadə ürək döyüntülərinin və təzyiqin artması, yuxu pozğunluğuna və əsəbiliyə səbəb ola bilər.

“Ölkəyə gətirilən energetik içkilər normativ sənədə uyğun istehsal olunur”

F.Talıblı deyib ki, ölkə ərazisində istifadə olunan energetik içkilər əsasən xarici ölkələrdən idxal olunur.

Onun sözlərinə görə, idxal edilən və sertifikatlaşdırılan energetik içkilər TP TC 021/2011, TP TC 029/2012 (Qida məhsullarının təlükəsizliyi haqqında. Texniki reqlament) normativ sənədinə uyğundur.

F.Talıblı əlavə edib ki, Azərbaycanda alkoqolsuz tonuslandırıcı içkilər üçün AZS 844-2015 standartı qüvvədədir. Bu standart xüsusi təyinatlı – tonuslandırıcı, eyni zamanda energetik alkoqolsuz içkilərə şamil olunur.

Komitə rəsmisi bildirib ki, alkoqolsuz tonuslandırıcı içkilərin tərkibində tonuslandırıcı komponentlərin sayı ikidən çox olmamalıdır:

“İstifadə edilən xammalın xüsusiyyətləri, istehsal texnologiyası və doldurulma şərtləri nəzərə alınaraq istehsalçı tərəfindən konkret adda məhsul üçün tərtib edilmiş resepturada bu içkilərin orqanoleptik, fiziki-kimyəvi göstəriciləri, qida dəyərləri və saxlanma müddəti göstərilir”.

Komitə: İçkilərin üzərində “18 yaşadək şəxslərin istifadə etməsi tövsiyə olunmur” yazılmalıdır

F.Talıblının sözlərinə görə, energetik içkilərin markalanması zamanı məhsul üzərində “18 yaşadək olan, yaşlı, hipertonik xəstəliklərdən, ürək fəaliyyətinin pozuntusundan, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərin, hamilə və süd verən qadınların istifadə etməsi tövsiyə olunmur” yazısı göstərilməlidir.

F.Talıblı bildirib ki, energetik içkilərdə bioloji aktiv əlavələrin olması ilə əlaqədar marakalanma zamanı sutkalıq (qablaşdırma vahidi ilə) məhdud istehlak haqqında məsləhət və maksimum sutkalıq istifadə haqqında məlumat da olmalıdır.

Previous Post

Energetik içkilərin satışının məhdudlaşdırılması məsələsi qaldırılacaq – ARAŞDIRMA

Next Post

Neft ucuzlaşdı

Bənzər yazılar

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi...

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Elchi.az...

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19

Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55

Fövqəladə Hallar Nazirliyi (FHN) gəncləri fövqəladə hallarda kömək etmək üçün könüllü proqramına çağırır. Elchi.az xəbər verir ki, təhsilindən asılı olmayaraq...

Next Post

Neft ucuzlaşdı

Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.