"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Emin Əmrullayevin təchizatçı qaynı Nihad Hənifəyev və STEAM milyonları (FOTOLAR)

13 Avqust 2026 - 14:14
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycanın təhsil sistemində STEAM layihəsi ən böyük büdcə ayırmalarına malik olan istiqamətlərdən birinə çevrilib. Layihə çərçivəsində məktəblər və STEAM mərkəzləri müxtəlif avadanlıqlarla təmin edilir. Şübhəsiz ki, layihənin maliyyə təminatı da var. Bu məqsədlə də dövlət büdcəsindən vəsait ayrılır və bu vəsait dövlət satınalmaları vasitəsilə xərclənir.

Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Lakin dövlət satınalmaları portalının (satinalma.gov.az) rəsmi məlumatları və maliyyə zənciri üzrə aparılan təhlillər göstərir ki, STEAM avadanlıqlarının satınalınması prosesində büdcə vəsaitlərinin mənimsənilməsinə söykənən, ciddi suallar yaradan çoxqatlı mexanizm formalaşdırılıb.

Tenderin görünən qalibləri, əslində…

Bu araşdırmada əsas məqsəd sadəcə “STEAM üçün nə qədər pul xərclənib?” sualına cavab tapmaq deyil. Öncə bu sualllara cavab tapmalıyıq – şirkətlər Elm və Təhsil Nazirliyinin tenderlərini necə qazanıb, avadanlıqlar hansı qiymətlərlə alınıb, bu prosesdə eyni şəxslərin və ya əlaqəli şirkətlərin təkrar-təkrar qarşıya çıxmasının səbəbi nədir?

Topladığım məlumatlara əsasən, ETN-də mənimsəmə və korrupsiya zənciri olduğu ciddi şübhələr yaradan prosesin mərkəzində dayanan şəxs “İSTEAM” MMC-nin rəhbəri Nihad Hənifəyevdir. N.Hənifəyev isə Elm və Təhsil naziri Emin Əmrullayevin qaynıdır.
“İSTEAM MMC” vasitəsilə xərclənən külli miqdarda vəsaitlərin nazir E.Əmrullayevin ailə çevrəsinə və yaxınlarına yönəldilməsi ilə bağlı ciddi suallar yaranır.

Aşağıdakı (cədvəldəki) göstəricilərdən aydın olur ki, təkcə 2024-cü ilin noyabr ayında “JBA GROUP” MMC ilə ümumi məbləği 11,5 milyon manatdan çox olan iki böyük müqavilə bağlanıb.

2025-ci ilin avqust ayında isə bu “missiya”nı 9,95 milyon manat dəyərində tenderlə “VİVA MEDICAL GROUP” MMC təhvil alıb.
Maraqlıdır ki, bu tenderlərin görünən qalibləri dəyişsə də, gətirilən bütün avadanlıqların yeganə daxili təchizatçısı dəyişməz olaraq nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyevin nəzarətindəki “İSTEAM” MMC olaraq qalır.

Diqqət çəkən əsas məqam odur ki, “İSTEAM” MMC dövlət tenderlərində hər dəfə birbaşa qalib kimi görünmür. Bunun əvəzində tenderin qalibi başqa şirkət olur, həmin şirkət isə avadanlığı ölkə daxilində “İSTEAM” MMC-dən əldə edir. Nəticədə tender sənədində bir şirkətin adı, təchizat zəncirində isə başqa şirkətin adı görünür.

N.Hənifəyevin idarə elədiyi bu “mürəkkəb sxem” malların bilavsaitə ilkin xarici istehsalçıdan alınıb sonuncu dövlət büdcəsi hesabına təhvil verilməsinədək bir neçə pilləli qapalı zəncir üzərində qurulub.

Məlumata görə, nazir E.Əmrullayev formalaşdırdığı sistemi bu şəxslərin vasitəsilə idarə edir:

– Nazirin qaynı Nihad Hənifəyev – büdcə vəsaitlərinin mənimsənilməsini təşkil edən əsas yönəldici şəxs. O, xarici təchizatçılardan STEAM avadanlıqlarının tək rəsmi importoru olan “İSTEAM” MMC-nin faktiki mülkiyyətçisidir. Əvvəllər “Kaspi” liseyləri şəbəkəsində çalışıb və “Kaspi” kurslarının/proqramlarının (filiallarının) birinin rəhbəri olub. Hal-hazırda N.Hənifəyevin həyat yoldaşı “Kaspi” liseyləri şəbəkəsində bağça müdirəsidir.

– Elnur Qəzənfər oğlu Əliyev – Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) v.i.e. direktoru. O, nazir E.Əmrullayevin müşaviri və onun uzun illərdən bəri əsas “silahdaşı” kimi tanınır. Əvəllər “Kaspi” liseylər qrupunun keçmiş baş direktoru vəzifəsində çalışıb. Məlumata görə, dövlət qurumlarında vəzifəyə keçdikdən sonra “Kaspi”dəki fəaliyyətlərin idarə olunmasını qardaşı Elşən Əliyevə (yaxın dövrə qədər həmin liseylərdən birinin direktoru) təhvil verib.

– Tural Ayvazlı – Nazir Emin Əmrullayevin müşaviri. O, maliyyə məsələlərinə nəzarət edir və nazirin ailə çevrəsinə daxil olan əsas şəxslərdən biri kimi qəbul edilir. T.Ayvazlının bacısı Xəyalə Əhmədzadə də Bakı Şəhər Təhsil İdarəsinin müdir müavinidir.

– Nazirin sinif yoldaşı Valeh Mirzəliyev – Sifarişçi qurum olan Elm və Təhsil Nazirliyinin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.

– Nazirin sinif yoldaşı Zamiq Məmmədov – Qrup daxilində satınalma və inzibati zəncirin digər idarəedici halqasının mərkəzində dayanan şəxsdir.
“VİVA” MMC və “JBA GROUP” MMC Dövlət satınalmalarında formal olaraq “açıq tender qalibi” kimi çıxış edən, əslində isə “İSTEAM” MMC-nin (Nihad Hənifəyevin) ölkə daxilindəki tək alıcılarıdır.

Bəs xaricdən alınan məhsulun üzərində qurulan qiymətlər zəncirvari şəkildə necə artırılır?

Qeyd etdiyimiz kimi, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pərdələmək üçün “İSTEAM” MMC tenderlərdə birbaşa qalib kimi göstərilmir. Bunun əvəzində, əvvəlki illərdə “JBA GROUP” MMC, sonrakı dövrdə isə “VİVA MEDICAL GROUP” MMC dövlət tenderlərinin “daimi qalibi” edilir. Bu şirkətlər tenderdə təklif etdikləri avadanlıqları ölkə daxilində yalnız N.Hənifəyevin “İSTEAM” MMC-sindən alırlar.

Beləliklə, mallar xaricdən real maya dəyərinə alındıqdan sonra N.Hənifəyevin şirkətində süni şəkildə dəfələrlə baha qiymətə sənədləşdirilir və vasitəçi şirkətlər üzərindən dövlət büdcəsinə satılır. Əgər məhsul xarici istehsalçıdan müəyyən qiymətə alınırsa, daha sonra ölkə daxilində bir və ya bir neçə şirkət arasında hərəkət edir və sonda dövlət büdcəsi hesabına daha yüksək qiymətlə satılırsa, bu zaman hər mərhələnin iqtisadi əsaslandırılması ortaya qoyulmalıdır. Burada söhbət sadəcə şirkətlərin mənfəət əldə etməsindən getmir. Söhbət dövlət büdcəsindən ödənilən milyonlarla manatın hansı qiymət formalaşması mexanizmi ilə son satıcıya çatmasından gedir.

Araşdırmalar göstərir ki, avadanlıqların xarici ölkələrdəki real satış qiyməti ilə dövlətə satılan qiyməti arasındakı böyük fərq var. Şişirdilmiş qiymətlərlə dövlət büdcəsindən şirkətlərə köçürülən milyonlarla manat vəsait “İSTEAM” MMC hesablarına köçürülür, bəs bundan sonra pulların taleyi necə olur?

Əvəzedilməz qohum təchizatçı

Nazir öz qaynının şirkətinin bazarda mütləq hegemonluğunu təmin etməklə digər azad sahibkarları STEAM təchizatı bazarından tamamilə sıxışdırıb çıxarır.

Aparılan araşdırmalarda aydın olur ki, nazir E.Əmrullayev və onun sinif yoldaşları, tələbə yoldaşları, əsgər yoldaşları, qohumları bütün irihəcmli dövlət satınalmaları üzrə proseslərə, eləcə də birmənbə hesabına maliyyələşən digər layihələrə faktiki nəzarəti tam ələ keçirib.

STEAM layihəsi isə Azərbaycan təhsilinin texnoloji gələcəyi üçün nəzərdə tutulmuş böyük dövlət layihəsidir. Lakin bu layihəyə ayrılan milyonlarla manatın necə xərclənməsi də ən azı layihənin özü qədər vacib məsələdir.

Nə üçün müxtəlif illərdə tenderlərin qalibləri dəyişsə də, STEAM avadanlıqlarının daxili təchizat zəncirində eyni şirkət meydana çıxır? Nə üçün həmin şirkətin rəhbəri nazirinin yaxın qohumudur? Avadanlıqlar xaricdən hansı qiymətə alınır və dövlətə hansı qiymətə satılır? Dövlət büdcəsindən ayrılan milyonlarla manatın son dayanacağı haradır?

Bütün bu sualların cavabı tapılmalıdır.

Müəllif: Samir Feyruzov




Previous Post

Pentaqon Kubanı HƏDƏLƏDİ

Next Post

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post
BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

BOSNİYA VƏ HERSEQOVİNANIN NAZİRLƏR ŞURASININ SƏDRİ XANIM BORJANA KRİŠTO “JURNALİSTLƏRİN DOSTU” QIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.