“Twitter”in yeni rəhbəri İlon Mask nəhəng şirkətdə kütləvi ixtisarlarla yanaşı, Ukraynanı da narahat etməyə başlayıb.
Fevralın 24-də başlayan Rusiyanın işğalından sonra kommunikasiya infrastrukturu zədələnən Ukraynanı “Starlink” peykləri ilə internetlə təmin edən Maskın “SpaceX” şirkəti indi ödənişsiz terminalları deaktiv edir.
Elchi.az xəbər verir ki, Amerikanın CNN telekanalının məlumatına görə, Maskın “SpaceX” şirkəti ötən həftədən bəri Ukraynada 1300 internet terminalını bloklayıb. Ukrayna hakimiyyət orqanlarından alınan məlumata görə, Mask bir internet terminalı üçün ayda təxminən 2500 min dollar alırmış. Mart ayından bəri Ukraynanın peyk internetə xərcləməsi təxminən 20 milyon dollara çatıb.
Cəbhədəki qoşunlarla əlaqə probleminin qarşısını almaq üçün Ukrayna Müdafiə Nazirliyi oktyabr ayında Maska olan 3,25 milyon dollar borcunun ödənilməsi üçün Böyük Britaniyaya müraciət edib. Bununla belə, Britaniya administrasiyası məhdud sayda terminalların pulunu ödəməyə razı oldu. Belə ki, Ukrayna ordusunun istifadə etdiyi təxminən 4 min terminaldan 1300-ü sıradan çıxıb. Mask Ukraynada itki verdiyini deyərək, Pentaqondan xərcləri qarşılamağı xahiş etmişdi.
Şayəstə