Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsini həmsədrlə müzakirə edib

🗓 23.09.2014 21:20 ✍️ "Elçi" qəzeti
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsindəElmar Memmedyarov 110310 bu gün ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ilə görüşüb.
  Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılıb.   Nazir Elmar Məmmədyarov Azərbaycanın mövqeyini bir daha vurğulayıb və münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib.

Bənzər yazılar