Əliyev Zelenskini Bakıya dəvət etdi

🗓 23.04.2024 12:21 ✍️ "Elçi" qəzeti
Əliyev Zelenskini Bakıya dəvət etdi
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev X sosial şəbəkəsindəki hesabında məlumat verib. O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb: “Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.

Bənzər yazılar