Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarusun Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfərə gəlib.
Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
“Minsk” Milli Hava Limanında Əli Əsədovu Belarusun Baş nazirinin müavini, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Natalya Petkeviç, xarici işlər nazirinin müavini İqor Sekreta və digər rəsmi şəxslər qarşılayıblar.






















Çox yaxşı xəbərdir, Əli Əsədovun Minskə səfəri bizim üçün çox önəmlidi. Bu cür görüşlər iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcək. MDB məsələləri ilə bağlı müsbət addımlar atılacağına ümid edirəm. Səfər uğurlu olsun.
Çox gözəl xəbərdir. Əli Əsədovun Belarus səfəri iki ölkə üçün də xeyirli olar. MDB-dəki məsələlərin həllinə kömək edər inşallah. Səfər uğurlu keçər.