Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, qoruq ərazisində əqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb.
Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.