"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Eldar Mahmudovun daha bir qurbanı üzə çıxdı:“120 min manatımı aldılar…”

11 Yanvar 2016 - 21:23
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

Eldar Mahmudovun daha bir qurbanı üzə çıxdı: “120 min manatımı aldılar...”

“Ölkəmdən, vətənimdən didərgin düşmüşəm. Azərbaycana qayıda bilmirəm, hələ də anlamıram ki, mən hansı cinayəti törətmişəm”
Bunu virtualaz.org saytına Cəlilabad rayonu, Uzun təpə kənd sakini, hazırda Ukraynada yaşayan iş adamı 38 yaşlı Seymur Rzayev bildirib. S.Rzayev MTN-ə çağırılmasından və orada hansı üsullarla şantaj olunmasından danışıb.
Onun sözlərinə görə, uzun illər ticarətlə məşğul olub. O, İrandan Rusiyaya, Ukraynaya və digər ölkələrə mal aparıb satmaqla dolanıb. Ötən ilin mart ayının 22-də atasının ağır xəstə olduğunu öyrənən S.Rzayev İrandan Azərbaycana keçərkən saxlanılıb və Astara Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil verilib.
 “Mənə dedilər ki, sizə “stop” qoyulub. Sənədlərimi aldılar və martın 30-da Milli Təhlükəsizlik Nazirliyində olmağımı bildirdilər. Martın 30-da Milli Təhlükəsizlik Nazirliyinə getdim. Orada mənə 15 nəfər Azərbaycan vətəndaşını Kazanda girov saxlamaqda və onlara işgəncə verməkdə ittiham olunduğumu dedilər. Çaşıb qalmışdım, nə deyəcəyimi bilmirdim”-S.Rzayev bildirib.
Şikayətçinin sözlərinə görə, onun Kazanda dostları, biznes ortaqları olsa da onlarla heç vaxt problemi olmayıb. Yəni ortada nə bir sübut olub, nə də zərərçəkən:  “Kimə işgəncə verdiyimi soruşdum, həmin şəxslərlə məni üzləşdirmələrini istədim.  Dedilər ki, sən qorxulu adamsan, ona görə də həmin şəxslər səninlə üzləşməkdən imtina edirlər. Sonradan öyrəndim ki,  Kazanda işləyən dostlarımı çağırıb mənim əleyhimə ifadə verməyə məcbur ediblər. Amma onlar mənim əleyhimə ifadə verməyiblər”.
S.Rzayevin bildirdiyinə görə, onu 12 saat MTN-də saxlayıblar, bir neçə dəfə sorğu-sual ediblər. Nəhayət 12 saatdan sonra onu buraxıblar. Deyiblər ki, “get sabah çağıracağıq”.
“Məcbur olub özümə vəkil tutdum. Vəkil dəfələrlə MTN-ə gedib istəsə də on gün bizi qəbul eləmədlər. Sonradan özləri zəng vurub məni çağırdılar. Bakıda evimi, maşınımı satdırdılar,  120 min manatdan çox pulumu aldılar, amma yenə də əl çəkmədilər”-şikayətçi deyir.
İş adamı bildirir ki, MTN-də ona hədə-qorxu gəliblər, əgər deyilənlərlə razılaşmasa sonunun yaxşı olmayacağını bildiriblər: “MTN əməkdaşları reketçilik eləyib hədə-qorxu ilə pulumu aldılar. Bu adamlara görə mənim ailəm dağıldı. Xarici pasportumda çoxlu möhürlər var idi. Tez-tez başqa ölkələrə gedib-gəlirdim deyə elə biliblər ki, imkanlarım genişdir.  Mənə dedilər ki, üstünə silah da qoya bilərik, narkotik də, nə istəsək eləyərik.  Özlərini də təqdim etmədilər. Bu günə qədər də onların adlarını bilmirəm. Amma telefon nömrələri var, həmin nömrəylə mənimlə əlaqə saxlayırdılar. Hətta onlardan biri “biz heç kimik, bizə tapşırıq veriblər, biz də verilən tapşırığı yerinə yetiririk” deyirdi”.
S.Rzayevin sözlərinə görə, o, Rusiya prezidenti Putinə müraciət edərək ondan sığınacaq istəyib: “Atam xərçəng xəstəsi idi. Onu vaxtında İrana əməliyyata  apara bilmədim, çünki pasportum MTN əməkdaşlarında idi, ölkədən çıxa bilmirdim. Ötən həftə atam vəfat etdi. Atamın ölüm xəbərini Ukraynada aldım. Atamın ölümünün səbəbkarı MTN əməkdaşlarıdır. Vaxtında imkan versəydilər onu  əməliyyat etdirərdim. Altı ay ərzində ölkədən çıxa bilmirdim, pasportumu istəyirdim vermirdilər. Sonradan yeni pasport aldım və ölkəni məcburi şəkildə tərk etdim. Rusiya prezidenti Putinə müraciət etmişəm, ondan sığınacaq istəmişəm. Çünki mənim gedəcək yerim qalmayıb”.
İş adamı deyir ki, ona qarşı heç bir cinayət işi açılmayıb.  Üzləşdiyi haqsızlıqlarla bağlı hətta baş prokurorluğun qarşısında intihar etmək istəyib: “Özümü yandırmaq istəyirdim.  Prokurorluqda mənə dedilər ki, sən bu işdə şahid qismində keçirsən. Hara getdimsə işimi daha da ağırlaşdırdılar. Mən prokurorluqdan imdad istədim, götürüb yenidən məni MTN-ə verdilər. Axı heç bir cinayət törətməmişəm.  Mən neyləmişəm? Adam öldürmüşəm?  Əgər qanuni şəkildə mənə “stop” qoyulmuşdusa, cinayətkar idimsə ölkədən necə buraxdılar? Bu altı ay ərzində niyə həbs etmədilər. Baş verənlərlə bağlı İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə, baş prokurorluğa, ölkə başçısına dəfələrlə məktubla müraciət etmişəm”.
S.Rzayev mətbuat vasitəsilə general-leytanant Mədət Quliyevə müraciət edib: “Cənab general! Sizdən artıq dərəcədə xahiş edirəm bu işi dərindən araşdırın, mənə kömək edin. Mənim heç bir günahım yoxdur. Öz ölkəmə dönmək istəyirəm. Ümidim sizədir”.
Previous Post

Eldar Mahmudovun daha bir qurbanı üzə çıxdı:“120 min manatımı aldılar…”

Next Post

`Donuz qripi`nə yoluxmamaq üçün – Mütləq oxuyun

Bənzər yazılar

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30

Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Elchi.az xəbər verir...

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:07

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Əziz Səncər...

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti – Zahid Oruc yazır…

07 Sentyabr 2026 - 11:48

ABŞ XX əsrin ortalarından etibarən beynəlxalq münasibətlər sistemində strateji güc kimi çıxış edir, müharibələrin, hakimiyyət çevrilişlərinin, təhlükəsizlik böhranlarının və sülh danışıqlarının əsas siyasi mərkəzlərdən biri hesab olunur. Vaşinqton tarixində bir çox konfliktlərin...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...

Next Post

`Donuz qripi`nə yoluxmamaq üçün - Mütləq oxuyun

`Donuz qripi`nə yoluxmamaq üçün - Mütləq oxuyun

Son xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

07 Sentyabr 2026 - 15:16
“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

“Azərbaycanla çox sıx münasibətlərimiz var” – Kobaxidze

07 Sentyabr 2026 - 15:08
“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00
Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

Qanunsuz işdən çıxarılan 65 nəfər işinə bərpa olunub

07 Sentyabr 2026 - 14:53
AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

AMB-nin valyuta ehtiyatları rekord həcmə çatıb

07 Sentyabr 2026 - 14:44
Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

Prezident İpoteka Fondunun sədrini dəyişdi – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:30
Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

Azərbaycanda bu il 54 nəfər suda boğulub – RƏSMİ

07 Sentyabr 2026 - 14:14
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib – SƏRƏNCAM

07 Sentyabr 2026 - 14:07
Yaponiya valyutası kəskin şəkildə bahalaşdı

Yaponiya valyutası kəskin şəkildə bahalaşdı

07 Sentyabr 2026 - 14:00
“Qarabağ” atı saxlayanlara 1000 manat veriləcək

“Qarabağ” atı saxlayanlara 1000 manat veriləcək

07 Sentyabr 2026 - 13:51
“Qarabağ” Koxalskini 500 min avroya satdı

“Qarabağ” Koxalskini 500 min avroya satdı

07 Sentyabr 2026 - 13:43
Sentyabrda 8 gün iş olmayacaq

Sentyabrda 8 gün iş olmayacaq

07 Sentyabr 2026 - 13:30
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

07 Sentyabr 2026 - 13:18
Tramp bu ştatının adının dəyişdirilməsini təklif etdi

Tramp bu ştatının adının dəyişdirilməsini təklif etdi

07 Sentyabr 2026 - 13:00
ƏHD Partiyası hökumətə çağırış edib

ƏHD Partiyası hökumətə çağırış edib

07 Sentyabr 2026 - 12:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.