"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Eldar Mahmudov revanşa hazırlaşır – “MTN işi”ndə ilginc gəlişmə

23 Yanvar 2017 - 10:15
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Eldar Mahmudov revanşa hazırlaşır – “MTN işi”ndə ilginc gəlişmə  Sabiq nazir generallarının məhkəməsinin yekunlaşmasını gözləyir; onun Badamdardan Nardarandakı iqamətgaha köçməsinin və hələ də qandallanmamasının sirri…

 
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov revanşa hazırlaşır. Onun yaxın ətrafına daxil olan məhdud sayda şəxslərdən birinin verdiyi məlumata görə, eks-nazir hazırda Nardarandakı iqamətgahında generallarının məhkəməsini izləyir.
Qaynağımızın sözlərindən məlum olub ki, Mahmudov işdən çıxarıldıqdan sonra Badamdardakı iqamətgahından Nardarandakı iqamətgahına köçüb. Onun Nardarana köçürülməsi şəxsi təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə olub. Mənbə bildirir ki, E.Mahmudov işdən çıxarılarkən ittiham edildiyi xəyanətkar əməllərə yol vermədiyini israr edib.
 
İttihamların doğru olmadığını isbatlamağa çalışıb. Buna baxmayaraq onu eşitməyiblər, amma dediklərini qulaqardı da etməyiblər. Ona deyiblər ki, söylədiyi, işdən çıxarılmasına əsas olmuş məlumatları təkzib edən məsələləri araşdıracaqlar. Suçunun müəyyən ediləcəyi təqdirdə ağır şəkildə cəzalandırılacaq, əks təqdirdə isə məsələsinə yenidən baxılacaq. Odur ki, eks-nazirin qollarına qandal vurulmasından araşdırmalar yekunlaşanacan vaz keçiblər. 
Qaynağımızın başqa iddiasına görə, həmin araşdırmalar çərçivəsində Eldar Mahmudov yüksək çinli şəxslərdən biri ilə iki dəfə görüşüb. Ona ünvanlanan suallara cavab verib, ittihamların əsassızlığını sübut etmək üçün fikirlər söyləyib, bildiyi məlumatları bölüşüb. Artıq araşdırmalar yekunlaşmaq üzrədir. İlkin nəticə isə sabiq nazirin qələminin birdəfəlik qırılmasını şərtləndirən hərəkətlilik üçün yetərli deyil…
Image result for Milli Təhlükəsizlik Nazirliyi
***
Eldar Mahmudov onun rəhbərliyi altında 11 il fəaliyyət göstərən, hazırda ən müxtəlif ağır cinayətlərin törədilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarılan generallarının, şöbə rəislərinin və istintaqçıların işləri üzrə proseslərin yekunlaşmasını gözləyir. Yada salaq ki, hazırda Sabunçu rayon məhkəməsində “MTN işi” üzrə 2 dəstənin işinə dair proses keçirilir. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının və digər dəstənin – MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir. Prosesləri izləyənlər ümumilikdə təqsirləndirilənlərə qarşı loyallıq hiss edirlər.
Belə görünür ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra dövriyyəyə buraxılan “baş nazir gətirilir” iddiası da əbəs deyilmiş.  Bu yolla sabiq nazir özünə qarşı hücumları dəf etməyə, yenidən vəzifəyə qayıdacağı mesajını ona düşmən mövqedə dayananlara çatdırmaq, özünü mümkün hücumlardan sığortalamaq istəyib. Bu xüsusda Eldar Mahmudovun Nardarana, oradakı iqamətgahına köçürülməsinin də təsadüfi olmadığı haqda məlumatlar da təsdiqlənir.
Image result for məhkəmə
 
Qeyd edək ki,  2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 ay 1 həftə sonra Nardaranda genişmiqyaslı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı bir neçə yerli sakin öldürülüb, ümumilikdə 45 qəsəbə sakini həbs edilib. Qəsəbə ötən ilin noyabrından bu günə qədər nəzarət altındadır. Mahmudovun nəzarət altında olan qəsəbədəki imarətini yaşayış yeri kimi seçməsi də bu baxımdan təsadüfi deyil. Onun Badamdardan savayı  respublikanın bir çox səfalı yerlərində belə imarətlərinin olması haqda xəbərlər var. 
Bu halda E.Mahmudov niyə məhz nəzarət altında olan Nardaran qəsəbəsini özünə yaşayış yeri seçib? Mümkündür ki, onun məhz Nardaranda məskunlaşması özünün istəyi ilə olmayıb. Qəsəbənin xüsusi nəzarət altında saxlanması sabiq nazirin hərəkət trayektoriyasına nəzarəti yüngülləşdirməsi baxımından əlverişlidir. Digər tərəfdən isə E.Mahmudovun təhlükəsizliyinin təmin edilməsi üçün geniş imkanlar yaradır. Bu baxımdan  Eldar Mahmudovun yaşamaq üçün Nardarana getməsini təsadüfi hesab etmək olmaz.
Eldar Mahmudovun 11 illik nazirliyi dövründə qanuni-qanunsuz fəaliyyəti ilə əlaqəli onun düşmənlərinin siyahısı da uzundur. İş adamları, müxtəlif vəzifə sahibləri ilə yanaşı, xarici dövlətlərin xüsusi xidmət orqanları da sabiq nazirlə haqq-hesab çəkmək üçün məqam axtarırlar. E.Mahmudov kreslosunun verdiyi imkanlardan istifadə etməklə, xüsusi dinləmə avadanlıqları vasitəsilə bir çox qüdrətli nazirlərin, dövlət məmurlarının, onların ətrafındakı iri iş adamlarının şəxsi informasiyalarına çıxış əldə edib. Bir çoxlarının illərlə talanla, bəzi iş adamlarının isə alın təri ilə topladığı mal-varlarını qısa müddətdə əllərindən alıb. Malını itirmişlərin qisası isə ağır olur. Odur ki, hərənin sabiq nazirlə haqq-hesab çəkmək üçün bir səbəbi var.
Bu baxımdan istisna deyil ki, sabiq nazirə qarşı mümkün hücumların qarşısını almaq üçün onun Nardarandakı iqamətgahında qalmasına razılıq veriblər. Qaynağımız bildirib ki, hazırda onun Badamdardakı iqamətgahına köçməsi üçün də hazırlıqlara başlanıb. Bu isə o deməkdir ki, yaxınlarda Eldar Mahmudovun revanşına şahidlik edə bilərik.
Previous Post

Eldar Mahmudov revanşa hazırlaşır – “MTN işi”ndə ilginc gəlişmə

Next Post

ABŞ İncirliyə alternativ yaradır – İddia

Bənzər yazılar

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52

Azərbaycanda ilin əvvəlindən indiyədək 2 100 əlilliyi olan şəxs münasib işlə təmin edilib. Elchi.az xəbər verir ki, bu barədə Əmək...

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44

"Premium Food Baku" MMC tərəfindən Çindən idxal olunan, "Yantai Yuji Foodstuff Co." müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil...

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

27 İyul 2026 - 17:10

ABŞ lideri Donald Trampla planlaşdırılan görüşü zamanı "gündəlikdəki bütün məsələləri, ilk növbədə isə İranı" müzakirə etmək niyyətindədir. Elchi.az xəbər verir...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Next Post

ABŞ İncirliyə alternativ yaradır - İddia

ABŞ İncirliyə alternativ yaradır - İddia

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.