"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Eldar Mahmudov qudasının yanına göndərilir – gəlişmə

08 Dekabr 2015 - 09:36
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap
Eldar Mahmudov qudasının yanına göndərilir – gəlişmə

Sabiq MTN şefi nazirləri necə işdən çıxardıb – şok adlar; MTN rəhbəri 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən “prezident Əli İnsanovun baş naziri” kimi Əvəz Ələkbərovun adını çəkib və karyerasını bitirib; Misir Mərdanov haqda da kompromatlar varmış; iqtidar komandasında sabiq MTN şefinin həbsini istəyənləri sayı niyə çoxdur?

Bunu da oxuyun

Sabah yağış yağacaq

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həbsi hətta “Günəşli” yatağında baş vermiş ağır faciənin fonunda  belə diqqətdən kənarda qalmadı. Azərbaycan hakimiyyəti daxilində hədsiz səlahiyyət sahibinə çevrilmiş qudalardan birinin həbsə göndərilməsi Eldar Mahmudovun ev dustaqlığında çox qalmayacağı, tezliklə ona da Kürdəxanı təcridxanasında “yer veriləcəyi” haqda xəbərləri artırıb.
Məlumata görə, E.Mahmudovun  həbsi üçün kifayət qədər sübutlar artıq istintaqda var. C.Hacıyevin işdən çıxarılandan 9 ay sonra həbs edilməsi onu göstərdi ki, qudalar vəd etdikləri, daha doğrusu, dövlətdən mənimsədikləri pulu qaytara bilməyiblər. Bəzi mənbələr bu vəsaitin 2-8 milyard manat civarında olduğunu deyir. C.Hacıyev hələ mart ayında işdən çıxarılanda və bank vəsaitinin mənimsənilməsində  E.Mahmudovun da şərikliyi üzə çıxdıqdan sonra nazir qudasını həbsdən bir şərtlə qoruya bilmişdi: mənimsənilən pullar qaytarılacaq. Amma zaman keçdikcə E.Mahmudov bandasının MTN-də törətdiyi cinayətlər də aşkar oldu ki, bu da qüdrətli daha bir qudanın da vəzifədən çıxarılması ilə nəticələndi.
Məlumatlara görə, E.Mahmudovla C.Hacıyev, sadəcə, quda olmayıblar, onlar bu qohumluqdan illər öncə bütün bizneslərini, gizli sirlərini bölüşüblər, bir-birilərinə informasiya dəstəyi verərək milyardlara sahibləniblər. E.Mahmudov ona geniş maliyyə kanalları yaratmış C.Hacıyevə “borclu qalmayıb”. O, C.Hacıyevin iqtisadi komandada rəqiblərini ən müxtəlif üsullarla işdən qovdurub, şantaj edib və susdurub.  
Onlardan biri də sabiq maliyyə naziri Əvəz Ələkbərovdur.  Təsadüfi deyil ki, E.Mahmudovun istefasından sonra Ə.Ələkbərov bunu açıq etiraf edib. O deyib ki, Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaradıbmış. “Eldar Mahmudov öz maraqları çərçivəsində kimisə qabağa çəkdi,  kiməsə zərbə vurdu,  kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli  idi.  Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi”.
1999-cu ildən maliyyə naziri olan Ə.Ələkbərov 2006-cı ilin aprelində işdən çıxarılıb. Xəbərlərə görə, E.Mahmudov nazirin  Qərbi Azərbaycandan olmasından istifadə edərək onun haqqında kompromatlar toplayıb. E.Mahmudov onu 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən  “prezident Əli İnsanovun baş naziri” kimi təqdim edib. MTN-də hazırlanan dosyeyə inandırıcı dəlilər qoyulub, nazirin Əli İnsanovla restoranlarda görüşdüyü və sair kimi faktlarla “zənginləşdirilib”. Qeyd etdiyimiz kimi,  E. Mahmudov hələ C. Hacıyevlə qohum olmasa da, “Qara kəmər” əməliyyatından sonra onlar arasında ciddi dostluq münasibətləri yaranıb.  Maliyyə Nazirliyi də Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinə cavabdeh olduğundan Ə. Ələkbərov C. Hacıyevə ciddi nəzarət edirmiş. İşə E. Mahmudov qarışdıqdan sonra Ə. Ələkbərov vəzifədən uzaqlaşdırılıb.
2006-cı ildə yeni hakimiyyətin dizləri hələ tam bərkiməmişdi və bu səbəbdən də E. Mahmudovun bu kimi məlumatlarının yuxarılarda “ciddi təhlükə” kimi qarşılanması təbii idi. Üstəlik, iddialar var ki, MTN şefinə həm də komandada “göz-qulaq” olmaq göstərişi də varmış ki, E. Mahmudov da bu tapşırığı öz şəxsi ambisiyaları hesabına həyata keçirib. Onun ən qüdrətli hakimiyyət adamları ilə üz-üzə gəlməsinin səbəbləri sırasında şübhəsiz ki, iqtidarın ən yüksək təpəsində etimad limitinin də rolu olub.
Hakimiyyət daxilindəki regional qruplardan xəbərdar olan mənbəmiz deyib ki, E.Mahmudov  hər zaman “qərbi azərbaycanılara” az qala düşmən kimi münasibət göstərirmiş, onların hakimiyyətdən getməsinə çalışırmış. Ehtimal edilir ki, təhsil naziri Misir Mərdanovun da postundan uzaqlaşdırılmasında E.Mahmudovun ciddi rolu olub. Nazirin işdən çıxarılmasından sonra onun Bakıda indiyədək bilinməyən obyektlərinin üzə çıxması və bu məlumatların mediaya ötürülməsində də MTN-in əli olduğu hələ o zaman da şübhə doğurmurdu.
C.Hacıyevin iqtisadi komanda da güclü rəqiblərindən olan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da sıradan çıxarılması üçün qudalar ciddi cəhdlər ediblər. C.Hacıyev E.Mahmudovun otağında  Hacı Məmmədovla şəxsən görüşüb və ondan Zamirə Hacıyevanın oğurlanmasında  E.Rüstəmovun da əli olduğuna dair ifadə verməsini istəyib. Mərkəzi Bank sədri haqda bəzi kompromat materiallar, məsələn, bir neçə il əvvəl bankdan bir neçə maşın pulun çıxarılıb yandırılması haqda xəbərlərin də MTN mətbəxində hazırlandığı deyilir. C.Hacıyevin işdən çıxarıldıqdan sonra isə Mərkəzi Banka rəhbər gətiriləcəyi deyilirdi. Bu o ərəfə idi ki, Mərkəzi Bank sədri növbəti 5 il müddətinə parlamentdə təsdiqlənməli idi. E.Mahmudov qudasının işdən çıxarılması ilə barışırmış və bunun üçün hətta prezidentin etimad göstərdiyi baş bankiri belə hədəfə almaqdan çəkinmirmiş.
E.Mahmudovun  nazirlərə qarşı müharibəsini təsdiqləyən daha bir məlumatı ölkə.az saytı yayıb. Ziya Məmmədovun “vurulması” ilə bağlı yazıdan bəzi sitatlara diqqət edək: “Mətbuatın yaydığı məlumatlar – hətta beynəlxalq əhəmiyyətli avtomobil yollarının da keyfiyyətsiz çəkilməsi, milyardlarla dövlət vəsaitinin düzgün xərclənməməsi və mənimsənilməsi, nazirin əvvəllər birini də buraxmadığı rəsmi tədbirlərdə görünməməsi və s. barədəki qalmaqallı əhvalatlar Ziya Məmmədovun karyerasının tezliklə başa çatacağına dair mülahizələr irəli sürməyə əsaslar verirdi. Kiminsə ”güclü əli” ilə belə bir ictimai rəy yaradılırdı ki, nazir bacarıqsız adamdır, əlindən heç bir iş gəlmir, amma öz qulluq mövqeyindən yaxşı istifadə edə və büdcə pullarını öz şəxsi məqsədləri üçün xərcləyə bilir”.
Sonra isə Bakıda keçirilən Avropa Oyunları zamanı baş vermiş məlum qəzaya diqqət çəkilir: “Nəqliyyat Nazirliyinin xaricdən baha qiymətə aldığı avtobusların biri yarışların elə ilk günündəcə bir qrup idmançını vurdu. Nəticədə üç avstriyalı idmançı qız xəsarət aldı. Bundan əlavə, nazirliyin əməkdaşları bu hadisəni videolentə alaraq həmin kadrları öz keçmiş həmkarlarının köməyi ilə dünya mətbuatına ötürdülər. Eldar Mahmudovun nəzarət və idarə etdiyi ictimai rəy institutları barmağını yenə o qədər də populyar olmayan Ziya Məmmədova doğru tuşladı. Halbuki Avropa Oyunları zamanı təhlükəsizliyin qorunmasına ilk növbədə Eldar Mahmudov cavabdeh idi. Yaxşı, bəs MTN bundan əvvəl yol qəzasına görə məhkumluq həyatı yaşamış bir sürücüyə avtobus sükanının etibar olunmasına necə yol vermişdi? Bunu necə gözdən qaçırmışdı? Nəticə isə bəllidir: nazir töhmət almadı, amma ona Avropa Oyunlarının əksər təşkilatçılarının layiq görüldüyü mükafatdan da verilmədi”.
***
Məlumatlara görə, iqtidar komandasında sabiq MTN şefinin həbsini istəyənlər sayı çoxdur. E.Mahmudov zamanında onların bəzilərini hətta kabinetinə belə çağırtdırıb, hədə-qorxu dilində danışıb. Məhz bu qrup sabiq nazirin hələ də evində olmasını qəbullana bilmir.
E.Mahmudovun həbsi üçün Prezident Administrasiyasının da ciddi səy göstərdiyi xəbərləri var.
 
Belə görünür ki, E.Mahmudovun həbsinə görə hakimiyyət özünə yeni “antimahmudovçu cəbhə” açmaq istəməyəcək və yaxın günlərdə sabiq nazir də Kürdəxanıya göndəriləcək.
Previous Post

Eldar Mahmudov qudasının yanına göndərilir – gəlişmə

Next Post

Leyla Əliyeva Ollandla görüşüb – FOTO

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

Next Post

Leyla Əliyeva Ollandla görüşüb - FOTO

Leyla Əliyeva Ollandla görüşüb - FOTO

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.