Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsindən istefa verdi

🗓 30.09.2014 15:24 ✍️ "Elçi" qəzeti
“Ədəbiyyat qəzeti”ndən öz istəyimlə getdim. Normal bir şeydir - bir vəzifəyə biri gələr, biri gedər”.1412072024   Bu sözləri Axar.az-a açıqlamasında tanınmış yazar Elçin Hüseynbəyli “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsindən istefa verməsi barədə xəbərə aydınlıq gətirərkən deyib. Yazarın sözlərinə görə, onun “Ədəbiyyat qəzeti”nə gəlməsi lazım idi:   “Mən “Ədəbiyyat qəzeti”nə gəlməli, qəzeti müəyyən bir səviyyəyə qaldırmalı, sonra başqa bir vəzifəyə qayıtmalı idim. Bura gələndən keçən 6 ay ərzində cəmi 2 hekayə yazmışam. Ancaq mən çox dinamik yazıçıyam, 6 aya bir roman, 5 pyes, 2 hekayə yazardım. Düşünürəm ki, yaradıcılığım geri gedir, vəzifə  müvəqqətidir, yaradıcılıq əbədi. Ona görə də sırf yaradıcılıqla məşğul olmaq üçün vəzifədən getdim. Çalışdım ki, işlədiyim müddətdə qəzetin inkişafı üçün hansısa yeniliklər eləyə bilim. Yaxşısı da oldu, yəqin ki, nöqsanlar da var. Bunu hər kəs görür”. E.Hüseynbəyli gələcək işi barədə məlumatsız olduğunu deyib: “Konkret hansı vəzifəyə gedəcəyim barədə hələ ki, məlumat yoxdur. Hər hansı vəzifə tuta bilərəm AYB-də, o baxır rəhbərliyin mövqeyinə. Özümün geniş planlarım var. Mən həm Qafqaz sahəsində işləyirəm, həm İngiltərədən tutmuş müxtəlif ölkələrə qədər, çoxlu layihələrim var. Ona görə də düşündüm ki, “Ədəbiyyat qəzeti”ndə missiyamı bitirməliyəm və yaradıcılığımla məşğul olmalıyam”.  

Bənzər yazılar