"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Elçin Əmirbəyov Laçın yolunda vəziyyətin həlli yolunu açıqlayıb

07 Sentyabr 2023 - 20:42
in SİYASƏT
FacebookVatsap

“Mən separatçılar deyərkən bu anlayışı Azərbaycanın Qarabağ regionunda yaşayan bütün erməni sakinlərə şamil etmirəm. Mən radikal ekstremistlər barədə danışıram, onlar öz karyeralarını aqressiv separatizm üzərində qurub”.

Bunu da oxuyun

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”-yə müsahibəsində deyib.

Elçin Əmirbəyov bildirib ki, bu separatçı qurum Ermənistan tərəfindən yaradılıb və 30 il müddətində Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini – Qarabağ və ona bitişik yeddi rayonu işğal altında saxlayıb.

“Təbii ki, biz anlayırıq ki, əraziyə ərzağın çatdırılması ilə bağlı vəziyyət mükəmməl deyil, lakin eyni zamanda Laçın yolunun blokada olmasını demək də doğru deyil. Əgər gün ərzində hər iki istiqamətdə BQXK-nin avtomobilləri və digər avtomobillərin hərəkəti varsa, siz bunu blokada adlandıra bilməzsiniz. Bu avtomobillər tibbi yardıma ehtiyacı olan sakinləri daşıyır. Həmçinin, Ermənistana getmək istəyən erməni sakinlər Laçın yolundakı yoxlama məntəqəsindən keçə bilir. Bu insanları aparan maşınlar geri qayıdanda uşaq qidaları və digər ehtiyacları insanlara çatdırır. Buna öz əhalisinin qayğısını çəkən Azərbaycan hökuməti razılıq verib. Lakin çox təəssüf ki bu insanlar – əhali bir qrup radikal separatçının əlində əsir olub. O separatçılar ki, vahid Azərbaycan ərazisində erməni əsilli sakinlərlə azərbaycanlı sakinlərin sülh içində birgə yaşayışını qəbul edə bilmir.

Biz Qarabağda yaşayan erməni əsilli sakinlərlə kommunikasiya qurmağa çalışırıq ki, onların Azərbaycanın siyasi iqtisadi və sosial həyatına reinteqrasiyasını təmin edək. Azərbaycan tərəfi Laçın yolu vasitəsilə hərəkətin artırılmasına hazırdır, orada heç bir blokada yoxdur, məhdud giriş var”, – deyə o vurğulayıb.

Elçin Əmirbəyovun sözlərinə görə, Qarabağdakı erməni separatçılar hər hansı şərt irəli sürməkdən və humanitar yardımın çatdırılması üçün təklif olun digər yollardan istifadədən imtina etməkdən vaz keçərsə, bu məsələ həll oluna bilər: “Onlar oradakı qardaş və bacıların dolanışığına görə cavabdehdir. Biz bilirik ki, əraziyə humanitar yardımın çatdırılması üçün təklif olunan ikinci yolun – Ağdam-Xankəndi yolunun bağlanması məsələsini oradakı əhalinin böyük hissəsi dəstəkləmir bu ideyanı bölüşmür. Bu insanlar qorxudulur, onların özlərini ifadə etmək hüququ yoxdur. Lakin yenə də biz həll yolu tapmağa çalışırıq.

Azərbaycan tərəfi həll yolu tapmaq üçün bütün maraqlı tərəflərlə işləməklə bağlı hazır olduğunu ifadə edib, bura ABŞ, Rusiya və Aİ də aiddir. Çünki biz hesab edirik ki, bu proses uzandıqca biz həqiqi sülh prosesinin bərpası prosesindən uzaqlaşırıq. Təəssüf ki sülh prosesi Ermənistan tərəfindən hazırlanan bu kampaniya tərəfindən girov götürülüb”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, Ermənistan Azərbaycana qarşı kampaniyasında öz diasporundan, kütləvi media vasitələrindəki imkanlarından istifadə edir: “Ermənistan Qarabağdakı erməniləri sülh və sabitlik içində yaşamaq üçün yeganə yolun Azərbaycanla, Bakı ilə təmas qurmaq imkanlarını müzakirə etmək olduğuna inandırmaq əvəzinə, alova sanki neft tökmüş olur. Mən “soyqırımı” sözündən istifadə edənləri diqqətli olmağa çağırardım. Təəssüflər olsun ki, son həftələr bu sözü dəfələrlə eşitmişik. Biz bun anlayışın dəyərini itirməsini görürük. Əgər hamı soyqırımının nə olması, onun izahı ilə bağlı məlumatlı olsa və oxusa idi, əminəm ki, heç kim məhz bu sözü bu konkret kontekstdə işlətməzdi”.

Elçin Əmirbəyov müstəqil hüquq ekspertləri və hüquqşünasların da faktlar təqdim olunmadan soyqırımı ilə bağlı fikir səsləndirməsinin doğru olmadığını xatırladıb: “Siz bu məsələyə beynəlxalq hüquq kontekstində yanaşmalısınız. “Soyqırımı törədilir” deyən individual fərdin bununla bağlı faktı yoxdur”

Previous Post

Elçin Əmirbəyov Laçın yolunda vəziyyətin həlli yolunu açıqlayıb

Next Post

Ceyhun Bayramov Xovayevi qəbul etdi

Bənzər yazılar

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35

Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı Qərbi Azərbaycan Tv-də professor, filologoya elmlər doktoru Mahirə Nağıqızının müəllif olduğu “Ziyalı”...

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Next Post
Ceyhun Bayramov Xovayevi qəbul etdi

Ceyhun Bayramov Xovayevi qəbul etdi

Ceyhun Bayramov Xovayevi qəbul etdi

Ceyhun Bayramov Xovayevi qəbul etdi

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.