"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Elçibəy gəlmə dedi”

06 Noyabr 2015 - 17:56
in MANŞET
FacebookVatsap

 

 

Ozan Arifin dərc edilməyən müsahibəsi

Ozan Arifin dərc
edilməyən müsahibəsi

Ozan Arif: “Türk millətinin özü Ozandır”

Bunu da oxuyun

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

İnform.az Ozan Arifin Azərbaycan mətbuatına verdiyi ilk, lakin yayımlanmayan müsahibəsini təqdim edir:

Bir zamanlar Türkiyənin fərqli bölgələrində Türk-İslam ülküsünü sovunan sazıyla-sözüylə milyonların ruhu coşdurub ayağa qaldıran Turan elinin bu gün tək, tənha ozanı Ozan baba Ozan Arifi xatırlayıram. Hər proqramında Türküstanın, Qafqazların – Çeçenistanın, uyğur türklərinin, Bosnanın dərdini-sərini dilə gətirən, bas-bas bağıran bu ünlü kişiyə adam sənətkar deməyə dili gəlmir. Sənətkarlıq üstü bir vasfa, hala, şəxsiyyətə, kişiyə sahib olan Ozan Arif həqiqi bir “dava adamı” adını da qazanıb.
Onu Azərbaycanda görmək mənə qürur verirdi.Gördüm illər öz işini görməmiş deyil. Bir az da əskidə olduğu kimi baxışlarını ağrılar, üzüntülər sarmalamışdı. Onun haqqında nələrsə yazmağa utanıram doğrusu. İnsan öz bağlandığı ideyalarının necə savunar. Ozan Arif kimi! 10-15 dəqiqəlik bir zaman kəsiyindən istifadə edib onunla söhbət edə bildim.

– Xoş gəlmisiniz.
– Xoş bulduq.

– Azərbaycana neçənci gəlişinizdir?
– Ustad, Azərbaycana bu ilk gəlişimdir. Azərbaycan sevdası qəlbimdə əski olsa da, bu torpağa ayaq basmağım yenidir.

– Azərbaycandan başqa daha hansı türk ellərində olmusunuz?
– Turan ölkələrindən ilk gəldiyim məmləkət Azərbaycandır. Mən Azərbaycana ilk dəfədir gəlirəm.Daha Sovet imperiyasının zülmündən qurtulmuş türk ellərinin heç birisində olmamışam.Ancaq, bunun dışında dünyada nə qədər türklər yaşayan məmləkətlər var, hamısında olmuşam, hamısını gəzmişəm.

– Demək ki, Orta Asiyada, Türküstanda olmamısız?
– Xeyr. Dedim ki, bu ölkələrin dışında türklərin bulunduğu bütün məmləkətlərdə oldum, çaldım, oxudum.

– Sizin “Ya Qarabağ, ya ölüm” türkünüz Azərbaycanda bəzi kəsimlərin dillərinin əzbəridir. Sizi bəlkə də elə bu türkünüzə görə çox tanıyırlar.Bu türkünü nə zaman yazmısınız?
– Qarabağ hadisələrinin ilk başladığı zaman Brüsseldə bir mitinq təşkil etdim. O zaman Brüsseldə müxtəlif türk təşkilatlarını bir araya gətirərək 65 minə yaxın insanı bir araya toplayaraq, möhtəşəm bir mitinqdə türkülərimi oxudum, insanları bu olaya yönəltdim. İlk dəfə də bu türkünü orda oxudum.Qarabağ hadisəsi təzəcə alovlanmışdı.Səhv eləmirəmsə 1988-ci illərə təsadüf edirdi bu hadisələr.Elə deyilmi?

– Doğru söyləyirsiniz.
– Bundan sonra ilk getdiyim yerlərdə aşağı-yuxarı bu mövzunu gündəmə gətirdim, proqramlarımda Qarabağı anlatdım. Sonra kaset hazırlayarkən kasetə də qoymağı uyğun gördüm.Yəqin ki, sizlərə də kaset vasitəsilə gəlmişdir. Bilmirəm, Brüsseldə mitinq təşkil edərkən orada çoxlu Azərbaycan türkü qardaşlarım da vardı, ola bilsin bu türkünü ilk dəfə onlar Bakıya gətiriblər.

– Bildiyim qədərincə xəyallarınızda bir Azərbaycan vardı, indi gəlib gördüyünüz, gəzdiyiniz Azərbaycanla xəyallarınızdakı Azərbaycan arasında bir oxşarlıq varmı?
– Azərbaycanın daxilindəki sosial hadisələrə nüfuz edə bilmədim. Bir insanın boğazını sıxdığında ilk işi nə olursa, (yəqin ki, ciyərlərinə hava çəkmək ola bilər) mənim də ilk işim Azərbaycanı ciyərlərimə hava kimi çəkməkdir. Artıq burda nə tapmağımın heç bir önəmi yoxdur. Xəzəri qoxlayıram, insanlarını sevirəm, özümü öztorpaqlarımıda hiss edirəm. Bir insanın ayrılıb da illər sonra geri dönərkən nə hiss etdiyi varsa, mən indi həmin duyğuları yaşayıram. Bunlar mənim dünyada ən səmimi duyğularımdır, yaşantılarımdır.

– Bildiyimə görə bu gün Şamaxıda olmusunuz?
– Bəli, Şamaxıdaydım.

– Özünüzmü tərcih etdiniz ora getməyi, yoxsa arkadaşlarınız məsləhət bildi?
– Ordakı türbələri, qədim yerləri, yolun kənarındakı türk şəhidlərinin məzarını ziyarət etdim. Ermənilərin bombaladıqları camiyə vardım, o tərəfə doğru getdik.Zamanım olsaydı Azərbaycanı qarış-qarış gəzərdim.

Ozan Arifin dərc edilməyən müsahibəsi– Ozan təxəllüsünü özünüzmü götürdünüz, yoxsa verilmədir?
– Ozan mənim təxəllüsümdür. Bizdə maxlas deyərlər.Sizdə nədir bilmirəm.Mənə Ozan adını orta məktəbdə oxuyarkən tarix müəllimim verib.Orta məktəbdəykən cənabi Allah mənə söz qoşmaq istedadını vermişdir.

– Ustadınız olubmu?
– Ustadım oldu da, amma onunla uzun müddət bir bərabərliyim olmadı. Aşıq Əfkari vardı.Azərbaycan da aşıqlıq gələnəyinə yabancı deyil. Burda da ustad-şəyirt ilişkisinin olduğunu bilirəm. Həmin Aşıq Əfkari ilə mənim də çox az bir ustad-şəyirt münasibətlərim oldu. Bu işlə ilgili az da olsa feyzləndim.

– Sizin ozanlığınız və söz qoşma məharətiniz hardan gəlir. Dədə-babalarınızda bu hal görsənibmi?
– Ətrafdan.Bizim yörələrdə ozanlığa qarşı çox böyük bir ilgi, maraq vardı.Ən kiçik hadisələri belə, dastana düzərlər.Birisi qəzaya düşsə, yaxud vurulsa,dərhal onunla bağlı ağı yaranır, ya da şeirə hopdurulur.Mən uşaq ikən bu işlərlə məşğul olardım.Artıq böyüyüb ağlımız bir şey kəsəndən sonra kiçik dərdləri və hadisələri geriyə itələyib böyük dərdlərimizin və davalarımızın içində olduğumu gördüm.Qos-qocaman türk dünyasının dərdinin içinə girdikdən sonra heç gərəksiz işlərlə də məşğul olmağın mənasının qalmadığını gördüm.Böyük, qocaman davalarımız var.

– Bu gün siz türk dünyasının ən böyük və tək Ozanı sayılırsınız. Böyük sənətkarların, bilirsiniz, ən möhtəşəm əsərlərindən biri də özündən sonra bir şagird yetişdirməsidir. Elə bir şagird varınızdırmı?Yaxud bu barədə heç düşünmüsünüzmü?
– Mənim elə bir vəziyyətim, durumum olmadı. Mənim yaşadığım həyat tərzi də bu söylədiklərinizə uyğun deyil. Bu ancaq bir yerdə məskən tutsanız, orada uzun müddət qalsanız, mümkün ola bilər. Mən əvvəlöz Vətənımdən sürgün edildim. 11 il Vətənımə girə bilmədim. O zaman- Azərbaycan hələ öz azadlığına qovuşmamışdan qabaq dünyanın hər yerində yaşayan türklərin yanına gedər, onların dərdini sazımla, sözümlə anladırdım. Türklərə Kanadada, Nyu-Yorkda, Sidneydə rastladım.Dünyanın hər tərəfində türk var. Onlarla mümkün olduğu qədərincə danışdım, dərdləşdim, həmhal oldum.Gücüm yetdiyi qədər onların dərdləri ilə dərdlənib, içlərindəki türklük ruhunu oyatmaqla, diri tutmaqla özlərini tanımaları üçün çaba göstərdim.Onun üçün də bu şərtlərlə özümdən sonra hər-hansı bir şagird yetişdirmə durumum olmadı.Bu millətin bağrından hələ minlərlə Ozan Ariflər qopacaqdır.Türk milləti bir mədəndir, türk millətinin özü Ozandır, bunu da söyləmiş olum. Əgər birisi türk övladıdırsa, damarında, ruhunda türklük sevdasına düşdüsə, o mütləq Ozan olacaqdır. Yəni bu bir duyğu selidir.

– Nəyə görə indiyə kimi Azərbaycana gəlməmisiniz?
– Belə bir şey var. Əvvəlcə təbii ki, mən komminist Azərbaycana gələ bilməzdim. Azərbaycan müstəqilliyinə qovuşanda bura gələ bilərdim, Elçibəyin dəvəti oldu, ancaq bir əskiklik ucbatından gələ bilmədim. Sonra da Elçibəy gəlmə dedi, mənə, durumlar fərqli olduğundan. Daha sonra da Elçibəy Allahın rəhmətinə qovuşdu. İndi də sizlər – Azərbaycan türk dünyasının davasını savunanlar məni buraya dəvət etdilər. Mən də qəbul etdim.Əvvəllər də məni Azərbaycana dəvət edən olsaydı, məmnuniyyətlə gələrdim.Çünki Azərbaycan üçün ölürəm.Vəsaitim də yoxdur ki, Azərbaycana gəlib də bir konser verəm.Bu da bir nəsib məsələsidir.Yenə də gələ bilərəm.Görünür Azərbaycanı görmək mənə indi qismətmiş.

– Arif bəy, izlədiyim qədərincə yaradıcılığında milli dəyərlərimizlə yanaşı dini dəyərlərimizə də çox önəm verirsiniz. Türkülərinizdə, söhbətlərinizdə, proqramlarınızda hər zaman bir müsəlman kimi danışırsınız.
– Bir milləti millət edən hər cür bağları hər türk övladı içinə hopdurmalıdır. Bu bağları saydığımız zaman din bağı, qan bağı, tarix bağı, mədəniyyət bağı, Vətən bağı vardır və bu Vətən bağı, qəlb bağı ən önəmli bağdır.Biz indi Kıprsı görürük. Orda yaşayanların dini, dili, tarixi bizimlə eynidir. Ancaq, bunların içərisində “rumlarla yaşamaq istəyirik”, deyənlər də var.Amma bunlardan birisi bizdə əksik olarsa, xəstə bir uşağa bənzərik.Bu dəyərləri olduğu kimi oturtmağımız lazımdır.Təbii, o da mənim qardaşımdır.Məsələn qaqauz türkləri bizim qardaşımızdır.Allah köməyimiz olsun ki, onları da hidayətə qovuşduraq.Yəni, onlar islamla şərəflənməmişsə, burda nə günahları var ki.Türkün cahan məfkurəsi türkün düşüncəsinin və qəlbinin içində yatan sirrdir, cövhərdir. O cövhər türk – islam ülküsüdür. Bu iki dəngə qaçırılmaz və önəmlidir.Birisi deyər ki, mən müsəlmanam, türklük önəmli deyil.Məncə, dinini və soyunu bilməyən hər kimsə bir biçdir, bir heçdir. Bu iş bu qədər bəsiddir. Türkün bu iki dəyəri gözəlcə anlaması, gözəlcə içinə oturtması lazımdır.Qurtardı, getdi.Bunu mən Ozan Arif olaraq söylədiyimdən İmami Rəbbanilik etmirəm. Mənim də bir çox günahlarım ola bilər. Amma Allah onlardan da məni arındısın. Çox ideal insan olum.Mənə görə türklüyün sevdası sadəcə, türkün ucalması da deyil. İnsanlığa hüzür gətirə biləcək irk türk irkidir. Əgər təbib türksə, onun da ilacı dindir.Bu ilacı başqa bir təbib istifadə edə bilməz.Bunun mənşəyi Ərəbistan deyib də, oralarda gedib tapa bilməzsən.Elə bir şey yoxdur.Allah sanki türkü İslam üçün, İslamı da türk üçün dünyaya ərz etmişdir. Bir az ifadələrimdə irəli gedə bilərəm, amma bu dərəcə çox vacibdir.

– Göründüyü qədərincə sizin Türkiyədə Milliyyətçi Hərəkat Partiyası ilə aranızda çox böyük uçurumlar yaranıb. Bu nədən qaynaqlanır?Elə bir şey varmı?
– MHP deyincə siz bir partiyanı nəzərdə tutursunuz. Bu partiya ülküçü hərəkatın bir müəssisəsidir. Mənim türk-islam ülküsünün siyasi müəssisəsiylə heç bir problemim ola bilməz. Amma bu gözəl dəyərlər adına bazarlıq yapanlarla heç vaxtı barışa bilmərəm.İnsanların buraxdıqları səhvlərlədir mənim qovğam.Birisi Ozan Arifi sizə qovğalı bir insan olduğunu söyləyirsə, çox səhv edir.Demək ki, o, Ozan Arifi başa düşmür.Bu saat Türkiyədə MHP başqanı ilə mənim heç bir düşüncəm bir deyildir.Mən bu fikrimi çəkinmədən açıq şəkildə söyləyirəm.Onlarla mənim heç bir ortaq yönüm yoxdur.MHP mənim babamdan çox sevdiyim Alparslan Türkeşin türk millətinə böyük bir ərmağanı idi.Mən də o yadigarın sahiblərindən biriyəm.Onu yaşatmağı özünə qayə və ülkü bilmiş kişilərdən birisiyəm. Yoxsa mənim MHP-yə nə küskünlüyüm ola bilər?! MHP adına yanlış siyasətin qarşısındayam. Dilimin döndüyü qədər söylərəm.Bu mənim türkçülüyümün də gərəyidir. Bu sözləri söyləməyə MHP-yə verdiyim xidmət məni vadar edir. Düşünürəm ki, hər şeyə haqqım çatır.

– Bu günkü türk milliyətçi gənclərinin vəziyyəti nə yerdədi? Yəni, bu gənclərin milliyətçi hədəfi sizi qane edirmi?
– Dünyada elə bir dəniz yoxdur ki, içinə pislik sular qarışmış olmasın. Orada da bəzən belə şeylər olur.Mən yenə də ümidsiz deyiləm.Bizlərin edə bilmədiklərimizi, həyata keçirmədiklərimizi bizim ardımızca gələn sizlər edəcəksiniz.Türkiyədə də belədir, burda da belədir. Azərbaycanda bir, baxın, ətrafınıza, Türkiyədə də davamızın necə olduğunu həmən başa düşərsiniz. Eyni ağrılar, eyni sancılar orda da var, burda da var.

– Ustad, başqa deyəcəkləriniz?
– İdeallarınıza, ideyalarınıza, yüklərinizə ürəkdən sarılın. Böyük adam olmağın yolu böyük davalara xidmət etməkdən keçir. Adamın adamı deyil, inandığınız davanın, ideyanın adamı olun.Kiçik qapılardan girmək üçün əyilməyin.Boyunuza görə yürüyün.İşiniz boyunuzdan kiçik görünməsin.Mən inanıram ki, siz davanız uğrunda sonuna kimi mübarizə aparacaqsınız.
Təəssüf edirəm ki, sizinlə vaxt darlığından oturub geniş söhbətləşə bilmədik. Ayaqüstə də olsa, heç olmasa beş dəqiqə sənin qəlbini rahat edə bildim.

– Çox sağ olun. Azərbaycana gəlişiniz yetər.

– Hamınızı bağrıma basıram.

 

Previous Post

“Elçibəy gəlmə dedi”

Next Post

“Həci yaxçi həcüdü” və yaxud Aynurun qurbağa gölünə atdığı daş

Bənzər yazılar

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26

ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

14 Avqust 2026 - 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

14 Avqust 2026 - 14:00

Türkiyə həm NATO üzvü olmaq, həm də Avropa İttifaqı ilə münasibətləri qoruyub saxlamaq istəyir, halbuki daxilən Aİ-yə heç vaxt qəbul...

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

13 Avqust 2026 - 15:00

Polşada respublikanın Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi parada Ukrayna nümayəndələri dəvət olunmayıblar. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna...

Next Post

"Həci yaxçi həcüdü" və yaxud Aynurun qurbağa gölünə atdığı daş

"Həci yaxçi həcüdü" və yaxud Aynurun qurbağa gölünə atdığı daş

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.