"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Ekspertlər benzinin 2 qəpik enib qalxmasını şərh etdi

14 Yanvar 2015 - 23:39
in İQTİSADİYYAT
FacebookVatsap
Yanvarın 14-də dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif (Qiymət) Şurasının növbədənkənar iclası keçirilib. img1722062 (1)
İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılmış və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib. Qərara əsasən, Tarif Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.
Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmişdir. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilmiş və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib. Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək.
Qeyd edək ki, ölkədə benzinin qiyməti üç gün əvvəl qalxmışdı. Ekspertlər bildirirlər ki, iki gündə baş verən qiymət “silkələnməsi” hökumətin plansızlığına işarədir. Natiq Cəfərli Musavat.com-a açıqlamasında qeyd edir ki, benzinlə bağlı qərarın dəyişməsi müxtəlif səbəblərlə bağlıdır: “Qiymət artımı baş verən gün biz demişdik ki, bu artımın dövlət büdcəsinə təsiri çox cüzi olacaq. Yəni il ərzində təxminən 50-55 milyon manat  ətrafında büdcəyə əlavə vəsait gələcəyi hesablanıb. Bu, çox cüzi bir rəqəm idi. Amma yaratdığı psixoloji təsir həddindən artıq yüksək idi, insanlarda ciddi qəzəb hissi yaratdı. Dünyada neftin qiymətinin enməsi ilə əlaqədar bütün ölkələrdə, o cümlədən Gürcüstanda, Türkiyədə, bütün Avropa ölkələrində, Amerikada qiymətlər həddindən artıq ucuzlaşır. Amma Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, qiymət artımı baş verir. Bu, çox ciddi bir psixoloji qəzəb yaratdı. Çox güman ki, hökumət bu addımı atarkən həmin etkini, yaranacaq bu təsiri hesablamamışdı. Sonradan indiki şəraitdə büdcəyə çox cüzi təsiri olacaq bir addımın indi atılmasının iqtisadi və siyasi nöqteyi-nəzərindən doğru olmayacağına özləri də inandılar. Çox güman ki, həm də sosial şəbəkələrdə, müxtəlif KİV-lərdə video sorğular da  göstərildi ki, bu da təsirsiz olmadı. İnsanlar hətta çəkinmədən bundan narahat olduqları haqqında açıqlamalar verdilər. Hətta hökumətə yaxın saytlarda da belə reportajların getməsi müşahidə olundu. Çox güman ki, belə bir ictimai rezonans gedəcəyini düşünmürdülər, bu tərəfini, psixoloji tərəfini düşünməmişdilər. Sonradan analiz edərkən doğrudan da büdcənin qazancının çox cüzi olacağını, onun nəticəsinin isə çox ciddi təsir qüvvəsinə malik olduğunu nəzərə alaraq geri addım atdılar”.
Ekspertin sözlərinə görə, vətəndaşlarda yaranmış psixoloji təsir və qəzəb həm də onunla bağlı idi ki, benzindən sonra digər bahalaşma xəbərlərinin də olacağı ehtimal edilirdi: “Bu, digər sahələrdə də gələcəkdə artımların olması ehtimalını yüksəldirdi. Bundan əlavə, digər bir məsələ hökumət üzvləri, dövlət başçısı bütün çıxışlarında deyir ki, Azərbaycanda neftin enməsi ilə bağlı heç bir problem olmayacaq. Amma bu addımın atılması artıq problemlərin yaşana biləcəyi ehtimalının yüksək olacağını bir mesaj kimi cəmiyyətə çatdırırdı. Bunun özü də çox ciddi psixoloji təsirə malik idi. Yəqin ki, bütün bu məsələləri hesablayaraq geri addım atdılar və qiymət artımının ləğvinə getdilər. Bu isə onu göstərir ki, hökumətin daxilində ciddi analitik qruplar işləmir. Ciddi analitika ilə məşğul olmaq atılacaq hər addımın bütün tərəflərdən analiz olunması yaradılacaq hesablanması ilə bağlı ciddi qruplar işləmir. Bu, təəssüfedici haldır. Çünki dünya ölkələrində hökumətin yanında həmişə ciddi və sözünü dinlədikləri ekspert qrupları olur. Bu ekspert qrupu ictimai şəkillərdə görünməsə də, məsləhətçilər kimi hökumətin atacağı hər bir addımın hesablamalarını aparırlar. Azərbaycanda isə belə bir praktika da yoxdur. Belə bir qrupun olmaması isə bu cür situasiyaların yaranması ilə nəticələnir. Əslində isə hökumətin əvvəl qiyməti qaldırması, sonra endirim etməsi bunun özü də heç də xoş təsir bağışlamır. Belə çıxır ki, bir plansızlıq var, öncədən atılacaq addımları hesablaya bilmirlər. Bunun özü də çox qeyri-ciddi bir situasiya yaratdı əslində”.
Ekspert Məhəmməd Talıblı isə bildirir ki, iki qəpiklik endirimin sevincindənsə, 2 qəpiklik artımın 2 günlük ziyanlarından danışmaq lazımdır: “Mən bu haqda düşündüm. Ölkədə 1,2 milyon avtomobillərin heç olmasa hər birisi minimum 20 litr benzin- A-92 istehlak edibsə, bu, həmin fərqdən olan itki təxminən 1 milyon manat olub. Bəs deyirdiz, bu, yol vergisinin toplanması üçün düşünülmüş mexanizm idi. Nəzərə alsaq ki, ötən il büdcəyə yol vergisindən cəmi 22 milyon manat daxil olub, o zaman 2 qəpiklik artımla bunu uzağı 1 aya toplamaq olar. Yerdə qalan 11 aylıq gəlir hara gedəcəkmiş? Həm itirdik, həm də sevindik”. Ekspert qeyd edib ki, “Biz sevinməli deyilik, Tarif Şurasının belə “çiy” və bişməmiş qərarının nə üçün verildiyinin hesabını sormalıyıq. Özü də bu qərar qüvvəyə o vaxt minməli idi ki, o prezident tərəfindən təsdiqlənsin. Amma qərar 2 gün ərzində icra olunur, sonra da ləğv olunur”.

 

Bunu da oxuyun

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycan 9 ayda kartof ixracından 30 milyon dollar qazanc əldə edib

Previous Post

Ekspertlər benzinin 2 qəpik enib qalxmasını şərh etdi

Next Post

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşdü

Bənzər yazılar

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00

Bu ilin yanvar-sentyabr aylarında "Azəristiliktəchizat" ASC 1 milyon 67 min 857 Qkal istilik enerjisi istehsal edib. Elchi.az səhmdar cəmiyyətinə istinadən...

Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan 32 milyon 750.02 min ABŞ dolları dəyərində 41 min 414.50 ton xurma ixrac edib. Elchi.az...

Azərbaycan 9 ayda kartof ixracından 30 milyon dollar qazanc əldə edib

Azərbaycan 9 ayda kartof ixracından 30 milyon dollar qazanc əldə edib

29 Oktyabr 2026 - 17:55

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 77,4 min ton kartof ixrac edib. Elchi.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu...

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

29 Oktyabr 2026 - 17:48

Azərbaycan Hava Yolları və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze...

Next Post

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşdü

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşdü

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.