Bir sıra siyasi ekspertlərin fikrincə, Rusiya prezidenti Vladimir Putin Stalinqrad döyüşünün ildönümündə dediyi sözlərlə Ukrayna böhranını uzadan Qərb ölkələrinə bunun nələrə gətirib çıxara biləcəyini xatırladıb.
Elchi.az Rusiya mediasına istinadən bildirir ki, Putin Stalinqrad döyüşündəki qələbənin 80-ci ildönümü şərəfinə təşkil olunan konsertdə çıxış edərək, yenidən “Leopard” tankları ilə ölkəni təhdid etməyə çalışdıqlarını və Banderanın əli ilə Rusiyaya qarşı döyüşməyə hazır olduqlarını qeyd edib.
“RİA Novosti”yə müsahibə verən politoloqlar əmindirlər ki, bu sözlər kənar auditoriyaya ünvanlanıb ki, hamı tarixin təkrarlandığını başa düşsün və Qərbin yenidən Rusiyaya qarşı səlib yürüşündəd olduğunu dərk etsinlər.
Ekspertlər onu da qeyd ediblər ki, Putinin bu cür bəyanatından sonra Qərb ölkələrinin Kiyevi dəstəkləmək siyasəti çətin ki, dəyişsin.
Yeganə