Elchi.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) siyasət faizini bazar gözləntilərinə uyğun olaraq 75 baza bəndi artırıb.
Avropa Mərkəzi Bankı (AMB) bazarların gözlədiyi kimi faiz dərəcələrini 75 baza bəndi artırıb. Beləliklə, faiz dərəcəsi son 13 ilin ən yüksək səviyyəsinə çatıb.
AMB-nin verdiyi açıqlamaya görə, yenidən maliyyələşdirmə əməliyyatı faiz dərəcəsi 1,25%-dən 2%-ə yüksəldilib. Faiz dərəcəsi sonuncu dəfə bu səviyyədə 21 yanvar 2009-cu ildə görülüb.
AMB bankların mərkəzi bankda saxladığı depozitlər üzrə ödənilən faiz dərəcəsini 0,75 faizdən 1,50 faizə, marjinal faiz dərəcəsini isə 1,50 faizdən 2,25 faizə qaldırıb.
Yeganə