Ebola virusu bu günədək yeddi ölkədə qeydə alınıb.
APA-nın BMT Xəbər Mərkəzinə istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki bu ölkələr Qvineya, Liberiya, Nigeriya, Seneqal, Syerra-Leone, İspaniya və ABŞ-dır.
Xəstəliyə yoluxanların sayı 8997, ölənlərin sayı isə 4493 nəfərə çatıb.
ÜST qeyd edib ki, İspaniya və ABŞ Ebola xəstələri ilə kontaktda olan şəxsləri nəzarət altında saxlayır.



















Son şərhlər