Afrikadakı Seyşel adaları administrasiyası dünyanın ən qoca tısbağası Conatanın 190 illik yubileyi səbəbiylə 3 gün qeyd edəcəklərini açıqlayıb. Nəhəng tısbağanın yumurtadan nə vaxt çıxdığı dəqiq məlum deyil.
Elchi.az xəbər verir ki, bu barədə St. Helena Qubernatorluğu, dünyanın ən yaşlı tısbağası olaraq Ginnesin Rekordlar Kitabına düşən Conatanın 190 yaşını 3 günlük tədbirlərlə qeyd etdiklərini açıqladı.
Conatanın nə vaxt yumurtadan çıxdığı dəqiq bilinmədiyi üçün onun 190 yaşından çox olduğu təxmin edilir.
Conatanın gözlərində katarakta olduğu üçün görmə qabiliyyətini itirdiyi, qoxu duyğusunun da itirildiyi üçün baytar tərəfindən əl ilə qidalandığı bildirilib.
Şayəstə