Rusiyanın Sibir bölgəsində yerləşən Yakutskda 250 min insan yaşayır. 1632-ci ildə Lena çayının sahilində salınan Yakutsk şəhəri həm də Rusiya Federasiyasına bağlı Yakutiya Muxtar Respublikasının paytaxtıdır. Şəhərdə havanın temperaturu qışda mənfi 70 dərəcəyə enə bilər. Şaxtalı soyuğa baxmayaraq, Yakutskda həyat hələ də dayanmır. Havanın temperaturu mənfi 52 dərəcədən aşağı düşməyincə məktəblər və dövlət müəssisələri tətilə buraxılmır.
Elchi.az NTV.com-a istinadən bildirir ki, Yakutsk Rusiya tarixində Lenin və Stalin kimi liderlərin müəyyən müddət yaşamalı olduğu siyasi sürgün şəhəri kimi də tanınır.
Şəhər faydalı qazıntılarla zəngindir. Yakutsk dünya almazının beşdə birinin istehsal edildiyi və Rusiyadakı qızıl mədənlərinin 40 faizinin yerləşdiyi şəhərdir. Həm də qaz və neft ehtiyatlarına malikdir.
Adını Ginnesin Rekordlar Kitabına yazdırmağı bacaran Yakutsk dünyaca məşhur fotoqrafların tez-tez çəkdiyi şəhərlər sırasındadır.
“Dünyanın ən soyuq şəhəri” kimi tanınan Yakutskda həyat davam edir.
Yeganə