ABŞ prezidenti Cozef Bayden uzun müddətdir müzakirə edilən eyni cinslilərin nikah hüququnu qanuni olaraq qorumaq üçün qanunu imzalayıb.
Nümayəndələr Palatasının Baş Assambleyası və Senatdan sonra sözügedən qanun Baydenin təsdiqini alıb.
Elchi.az türk mediasına istinadən xəbər verir ki, Bayden qanunu Ağ Evin bağçasında keçirilən mərasimdə imzalayıb.
ABŞ-da Ali Məhkəmənin 2015-ci il qərarına əsasən, eynicinslilərin nikahına hal-hazırda qanuni olaraq icazə verilir. Ancaq Ali Məhkəmənin daha əvvəl aborta zəmanət verən qərarı ləğv etməsindən sonra bu qərarı da ləğv edə biləcəyi bildirilib və bunun federal qanunla təmin edilməli olduğu qeyd edilib. Beləliklə, Konqresdəki Demokratlar bu məsələ ilə bağlı hərəkətə keçmişdilər. Nəhayət prezident eynicinsli nikahları qoruyan qanunu təsdiqləyib.
Yeganə