"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

Dünyada taxıl sürətlə bahalaşır

30 Dekabr 2021 - 19:13
in FLƏŞ
FacebookVatsap

2021-ci ildə qlobal bazarda taxılın qiyməti artmaqda davam edib. Nəqliyyat xərclərinin rekord həddə yüksək olması, keyfiyyətli buğda qıtlığı fonunda koronavirusun yeni stamının ortaya çıxması səbəbindən tədarükün dayandırılması qlobal taxılın qiymətlərinin 2022-ci ilin birinci yarısında da yüksək qalacağı işarə edir.

Bunu da oxuyun

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri son 10 ildə ən yüksək həddə çatıb. Son bir ildə isə ərzaq məhsulları ortalama 30% bahalaşıb.

Ümumilikdə, il ərzində qiymət artımı bir çox MDB, Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrində müşahidə olunub və qiymətlərin yaxın gələcəkdə aşağı düşəcəyi ehtimal olunmur.

BMT-nin məlumatına görə, ərzaq qiymətlərinin kəskin bahalaşmasına artmasına tədarükün kəsilməsi, yüksək əmtəə qiymətləri, fabriklərin bağlanması və siyasi gərginlik də daxil olmaqla bir sıra amillər səbəb olur.

Ötən illə müqayisədə dənli bitkilərin qiyməti 22% artıb. Bu göstəriciyə ilk növbədə buğdanın kəskin bahalaşması təsir edib. Ən böyük ixracatçıların (Kanada, Çin və Rusiya) zəif məhsuldarlığı səbəbindən buğda təxminən 40% bahalaşıb. Taxıl istehsal edən ölkələrdə qiymətlərin qalxması təbii ki, taxıl idxal edən ölkələrdə də taxıl və taxıl məhsullarının qiymətlərin qalxmasına səbəb olur.

Ümumiyyətlə, son illər bir çox ölkədə məhsuldarlıq üçün şərait qeyri-münbit olub. İqlim dəyişiklikləri son nəticədə dənli bitkilərin istehsal səviyyəsinin aşağı düşməsinə gətirib çıxarıb.

Aşağı gəlirli ölkələrdə yaşayan insanlar qiymət artımından daha çox təsirlənir, bu onları daha da yoxsulluğa sürükləyir.

FAO-nun Taxıl Qiymətləri İndeksi noyabrda aylıq ifadədə 3,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 23,2% artıb. Qarğıdalının ixrac qiymətləri də bir qədər artıb, düyünün qiymətləri sabit qalıb, çörək buğdasının qiyməti isə 2011-ci ilin may ayından bəri ən yüksək həddə çatıb.

Artım xüsusilə yüksək keyfiyyətli buğdaya olan güclü tələb və məhdud təklif, habelə Avstraliyada yağıntılar və Rusiyada ixrac tədbirlərində mümkün dəyişikliklə bağlı qeyri-müəyyənliklə əlaqədardır.

Qeyd edək ki, dünya üzrə TOP-5 buğda ixrac edən ölkələr sırasına Rusiya (39,5 mln. ton), Aİ (27,5 mln. ton), Kanada (27,0 mln. ton), ABŞ (27,0 mln. ton) və Avstraliya (19,5 mln. ton) daxildir.

Taxıl tədarükü və taxıl tələbinin yeni xülasəsinə əsasən, 2021-ci ildə qlobal taxıl istehsalı 2 791 mln. ton təşkil edəcək ki, bu da yeni rekord göstəricidir və keçən illə müqayisədə 0,7% çoxdur. 2020-ci illə müqayisədə qlobal yem taxıl və düyü istehsalının müvafiq olaraq 1,4% və 0,9% artacağı, buğda istehsalının isə 1% azalacağı gözlənilir.

2021-2022 il mövsümü üçün ümumi taxıl istehlakının 1,7% artaraq 2 810 mln. tona çatacağı proqnozlaşdırılır, 2022-ci ildə mövsümlərin sonunda qlobal taxıl ehtiyatları mövsümün əvvəli ilə müqayisədə 0,9% az olacaq.

Bu, ehtiyat-istehlak nisbətini 28,6%-ə gətirəcək və FAO-nun məlumatına görə, kifayət qədər yüksək olaraq qalacaq.

2021-2022-ci il mövsümündə qlobal taxıl ticarətinə gəldikdə, FAO bu rəqəmin 0,7% artaraq 480 mln. tona çatacağını proqnozlaşdırır. Üstəlik, qlobal buğda ticarətində gözlənilən 2,2% artım qaba taxıl ticarətində ehtimal olunan azalmanı asanlıqla kompensasiya edəcək.

2022-ci ildə taxıl istehsalının inkişaf etmiş ölkələrdə 2% artacağı, inkişaf etməkdə olan ölkələrdə isə bir qədər (0,1%) azalacağı gözlənilir. Aşağı gəlirli ərzaq çatışmazlığı olan ölkələrdə istehsalın 2,4% azalacağı proqnozlaşdırılır ki, bu da Yaxın Şərq və Şərqi Afrikada əhəmiyyətli azalmanı əks etdirir.

Ərzaq məhsullarının və buğdanın qlobal bahalaşmasını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, qiymət artımının üç mühüm fundamental səbəbi var.

Onun sözlərinə görə, ilk növbədə, dünya bazarında ərzaq və digər zəruri tələbat məhsullarının istehsalı azalıb. İstehsalın azalması xüsusən də dünya bazarına çıxarılan məhsulların həcminin azalmasına gətirib çıxarıb, nəticədə 2021-ci ildə ərzaq və istehlak məhsullarını ixrac edən ölkələr öz mallarını dünya bazarına əvvəlki illə müqayisədə daha az çıxarıb.

V. Bayramovun sözlərinə görə, digər səbəb pandemiya nəticəsində yaranan xərc olub. Burada xüsusi sərt karantin tədbirlərinin tətbiq olunduğu 2020-ci ildə şirkətlərin böyük bir qisminin fəaliyyətinin məhdudlaşdırılması, bir qisminin işləməməsi onlar üçün əlavə xərclər yaradıb. Nəticə etibarilə, həmin dövrdə yaranan xərclər indi istehsal edilən məhsulların maya dəyərinə hissə-hissə əlavə olunub ki, bu da qiymət artımına gətirib çıxarıb: “Bununla yanaşı, pandemiya səbəbindən logistika və nəqliyyat xidmətlərinin bahalaşması müşahidə olunur, bu da təbii ki, bazara çıxarılan ərzaq və istehlak məhsullarının qiymətinin artmasına səbəb olub. Hindistan da daxil olmaqla, istehlakçı sayı çox olan bir sıra ölkədə ərzaq məhsullarına tələbat yüksəlib, bu da qiymətlərin artmasını şərtləndirən səbəblərdən biridir. Bütövlükdə, 2022-ci ilin birinci yarısında da dünya bazarında ərzaq və istehlak məhsullarının qiymətlərində artımın davam edəcəyi gözlənilir”.

Previous Post

Dünyada taxıl sürətlə bahalaşır

Next Post

Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib

Bənzər yazılar

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Next Post
Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib

Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib

Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib

Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm”- Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm”- Qüdrət Həsənquliyev

06 İyun 2026 - 14:59
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Mixeil Saakaşvili: Rusiya Ermənistana hərbi müdaxilə etməyi planlaşdırır

Mixeil Saakaşvili: Rusiya Ermənistana hərbi müdaxilə etməyi planlaşdırır

06 İyun 2026 - 13:59
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib

Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib

06 İyun 2026 - 13:52
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilidi

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika elmi-praktiki konfransı keçirilidi

06 İyun 2026 - 13:23
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

06 İyun 2026 - 13:02
Dələduzluq edən 13 nəfər saxlanıldı

Dələduzluq edən 13 nəfər saxlanıldı

06 İyun 2026 - 12:32
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib – FOTO

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib – FOTO

06 İyun 2026 - 12:19
DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

06 İyun 2026 - 12:01
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

06 İyun 2026 - 11:47
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib – VİDEO/FOTO

FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib – VİDEO/FOTO

06 İyun 2026 - 11:34
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanıldı

06 İyun 2026 - 11:12
Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

06 İyun 2026 - 10:50
NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir

NATO Ukraynaya 70 milyard avroluq hərbi yardım paketini müzakirə edir

06 İyun 2026 - 10:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.