2023-cü ilin iyun və iyul aylarında hava temperatur rekord həddə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand açıqlama verib.
“2023-cü ilin iyun və iyul aylarında qlobal temperatur rekord səviyyəyə çatıb və instrumental müşahidələr dövründə belə temperaturlar əvvəllər heç vaxt müşahidə olunmayıb” – deyə Vilfand qeyd edib.
Bundan əvvəl “Yandex Weather”in rəhbəri Aleksandr Qanşin bildirib ki, sentyabrın 1-də Moskvada havanın temperaturu selsi üzrə +28 dərəcəyə qədər yüksələ bilər.
Havar Şəfiyeva