Dünyada hava  temperaturu  rekord həddə çatıb

🗓 31.08.2023 21:51 ✍️ "Elçi" qəzeti
Dünyada hava  temperaturu  rekord həddə çatıb
2023-cü ilin iyun və iyul aylarında hava temperatur rekord həddə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand açıqlama verib.  "2023-cü ilin  iyun və iyul aylarında qlobal temperatur rekord səviyyəyə çatıb və instrumental müşahidələr dövründə belə temperaturlar əvvəllər heç vaxt müşahidə olunmayıb" - deyə  Vilfand qeyd edib. Bundan əvvəl "Yandex Weather"in rəhbəri Aleksandr Qanşin bildirib ki, sentyabrın 1-də Moskvada havanın temperaturu selsi üzrə +28 dərəcəyə qədər yüksələ bilər. Havar Şəfiyeva

Bənzər yazılar