"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dünya memarları Bakıya gəlib – FOTO

05 Oktyabr 2023 - 18:17
in CƏMİYYƏT
FacebookVatsap

Oktyabrın 5-də Beynəlxalq Memarlar İttifaqının prezidenti Xose Luis Kortes (Meksika), Beynəlxalq Memarlar İttifaqının, həmçinin VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin üzvləri – Deniz İncedayi (Türkiyə), Divya Kuş (Hindistan), Cüzeppe Kappoçin (İtaliya), Kevin Bingham (Cənubi Afrika) Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar. Qonaqlarla görüşdə Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə də iştirak edib.

Bunu da oxuyun

Sabahın hava proqnozu açıqlanıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

MİQ-in nəticələri açıqlanıb

Elchi.az xəbər verir ki, AzMİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova qonaqları qəbul edib universitet haqqında geniş məlumat verib. Ölkəmizdə memarlıq və inşaat sahəsi üzrə yüz illik ali təhsil ənənəsinin olduğunu vurğulayan rektor, AzMİU-nun formalaşmasından danışıb. Professor Gülçöhrə Məmmədova bildirib ki, ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və gərgin səyləri ilə 1975-ci ildə yaradılan AzMİU o zamanlar öz profili üzrə Cənubi Qafqazın ən böyük ali təhsil müəssisəsi olub: “Bu gün universitetimizdə memarlığın və inşaatın bütün istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. Hazırda on bir minə yaxın tələbəmiz, əlli mindən çox məzunumuz var və heç şübhəsizdir ki, gələcək illərdə bu rəqəmlər artacaq. Bu da ölkəmizdə inşaat sahəsinin, memarlığın inkişafı ilə əlaqədardır. Ümumiyyətlə qeyd edim ki, son iyirmi ildir ki, ölkəmizdə aparılan sürətli tikinti-quruculuq işləri və son üç ildir ki, işğal altında olan torpaqlarımızın azad olunması memarlara və inşaat mühəndislərinə tələbatı xeyli artırıb”.

Professor Gülçöhrə Məmmədova universitetin beynəlmiləlləşdirilməsi ilə bağlı aparılan sistemli işlərdən də danışıb. Rektor qeyd edib ki, Dünya Universitetləri Assosiasiyasına üzv olan AzMİU-nun memarlıq və inşaat mühəndisliyi üzrə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur: “Əməkdaşlıq etdiyimiz universitetlər arasında Türkiyə, İtaliya, Fransa, İspaniya və MDB ölkələrinin ali təhsil müəssisələri çoxluq təşkil edir. Biz beynəlxalq əlaqələrimizdən istifadə edərək modernləşmə işini də həyata keçiririk. Məsələn, memarlıq ixtisasına Böyük Britaniya Memarlıq Kral İnstitutu (RİBA) tərəfindən akkreditasiya verilib ki, postsovet məkanında başqa heç bir ali təhsil ocağının memarlıq ixtisası üzrə belə nailiyyəti yoxdur. Aparıcı universitetlərlə ikili diplom müqaviləmiz əsasında tədris proqramlarımız yenilənib, daha da müasirləşdirilib”.

Kadr hazırlığında tədrislə yanaşı praktik vərdişlərin formalaşdırılmasına da üstünlük verildiyini vurğulayan rektor, AzMİU-nun bir sıra yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Memarlar İttifaqı ilə əməkdaşlığından danışıb. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU müəllimləri və tələbələrinin Dünya Memarlar Konqresində iştirakı, onların məşhur memarlarla ünsiyyəti və əlaqə qurması təmin olunur: “Kopenhagendə keçirilən son konqresdə iki müəllimimiz və beş tələbəmiz iştirak etdi. Bundan əvvəlki konqreslərdə də iştirak etmişik və bu prosesi davam etdirəcəyik”.

Professor Elbay Qasımzadə isə çıxışında Azərbaycandakı qədim Alban məbədlərinə diqqət çəkərək qonaqlara professor Gülçöhrə Məmmədovanın tədqiqatlarından danışıb. Elbay Qasımzadə qeyd edib ki, bu məbədlərin böyük əksəriyyəti vaxtı ilə işğal altında olub və ermənilərin təxribatlarına məruz qalıb: “Azərbaycanda Alban və xristian memarlığını mərhum professor Davud Axundov araşdıraraq dünyaya təqdim edib. Professor Gülçöhrə Məmmədova onun ən böyük davamçısı olaraq bu işləri davam etdirir. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə saxtalaşdırılan memarlıq abidələrimiz onun rəhbərliyi ilə peşəkar memarlarımız tərəfindən yüksək şəkildə bərpa edilərək öz görkəminə qaytarılacaqdır”.

Beynəlxalq Memarlar İttifaqının prezidenti, meksikalı professor Xose Luis Kortes çıxış edərək görüş üçün təşəkkürünü bildirib və Azərbaycanda memarlığa, xüsusilə ölkənin memarlıq təhsilinə qayğının hiss olunduğunu deyib. Beynəlxalq Memarlar İttifaqının prezidenti qeyd edib ki, ölkəmizdə memarlığa olan xoş münasibət sevindiricidir və yaxın gələcəkdə reallaşacaq böyük uğurların xəbərçisidir.

Xose Luis Kortes, həmçinin dünyanın müxtəlif ölkələrində apardığı tədqiqatlar, memarlığın inkişafı ilə bağlı araşdırmaları haqqında məlumat verərək AzMİU-nun memarlıq ixtisası üzrə professor-müəllim heyəti ilə əməkdaşlığa açıq olduğunu qeyd edib.

Beynəlxalq Memarlar İttifaqının üzvü, Türkiyənin Memar Sinan Universitetinin professoru Deniz İncedayi AzMİU haqqında və çalışdığı universitetin AzMİU ilə əməkdaşlığından məlumatlı olduğunu bildirib. O, qeyd edib ki, AzMİU ilə yaxından tanışlığı onu bu universitet haqqında təəssüratlarını daha da yüksəldib və əməkdaşlıq üçün yeni perspektivlər yaradıb.

Beynəlxalq Memarlar İttifaqının üzvü, memarlığın inkişafı üzrə nüfuzlu “Barbara Kappoçin” Fondunun prezidenti Cüzeppe Kappoçin AzMİU və ölkəmizdə memarlığın inkişafı ilə bağlı təəssüratlarının yüksək olduğunu qeyd edib: “Bilirəm ki, bu universitetin İtaliyanın memarlıq ali təhsil müəssisələri ilə əlaqələri yüksək səviyyədədir. Bu, sevindirici haldır. Azərbaycana səfərim və AzMİU ilə tanışlıq təəssüratlarımı artırdı. Hesab edirəm ki, biz əlaqələrimizi daha da inkişaf etdirə bilərik”.

Beynəlxalq Memarlar İttifaqının üzvü, Hindistan Memarlıq İnsitutunun professoru Divya Kuş Azərbaycan memarlığına vurğunluğunu ifadə edib və Bakını memarlıq muzeyi adlandırıb: “Bizə məlumat verildi ki, şəhərdəki tikililərin böyük əksəriyyəti sizin məzunlarınız tərəfindən layihələndirilib və inşa olunub. Şəhərin demək olar ki, hər yerində fərqli memarlıq nümunələrinə rast gəlmək mümkündür.
Məzunlarınızın əl işi olan Bakını memarlıq muzeyi də adlandırmaq olar. Düşünürəm ki, Bakının gözəlliyində sizin universitetinizin payı böyükdür və bu uğurunuza görə sizi təbrik edirəm”.

Beynəlxalq Memarlar İttifaqının üzvü, Cənubi Afrika Respublikasından olan memar, “FGG Architects Inc” şirkətinin direktoru Kevin Bingham çıxışında AzMİU-da memarlıq təhsili üçün yaradılan şəraitin və yaradıcı mühitin diqqətini cəlb etdiyini deyib. O, öz layihələri, tədqiqatları və şəhərsalma ilə bağlı qabaqcıl təcrübə haqqında danışıb, əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdən sonra qonaqlar rektor Gülçöhrə Məmmədova və Memarlıq fakültəsinin professor-müəllim heyətinin müşayiəti ilə fakültənin maddi-texniki bazası, tədris laboratoriyaları, tələbələrin kurs işləri, müxtəlif zamanlarda müəllim və tələbələr tərəfindən icra edilən layihələrin eskizləri ilə tanış olublar. Tanışlıqdan sonra lokal müzakirələr təşkil olunub və xarici memarların fakültə ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Previous Post

Dünya memarları Bakıya gəlib – FOTO

Next Post

AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?

Bənzər yazılar

Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti...

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Bu barədə Elchi.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə,...

MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45

14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş...

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovina və Sinqapur Respublikasının ümumvətəndaş...

Next Post
AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?

AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?

AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?

AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.