"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dünya bazarında neft çatışmazlığı yarana bilər

22 Oktyabr 2016 - 09:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Dünya bazarında neft çatışmazlığı yarana bilərEkspertlər proqnoz və şərtlərini açıqlayırlar…

Neft bazarında stabillik problemləri bir yana, indi də neft çatışmazlığı barədə müzakirələr açılmaqdadır. “RİA Novosti”yə BP-nin Rusiya bölməsinin (BP Rusiya) vitse-prezidenti Vladimir Drebentsov deyib ki, dünya bazarında neft çatışmazlığı dörd ildən sonra yarana bilər: “Neft bazarında çatışmazlıq dörd ildən sonra yaranacaq. Biz 2014-2016-cı illərdə reallaşdırılmayan investisiyaların hansı həcmdə olduğunu bilirik, şirkət investisiya planında azalmalar etməli olub. Bir neçə layihələr təxirə salınıb. 
Nəzərə alsaq ki, bu layihələr aşağı 5 illik olub, deməli, 2015-ci ildə reallaşdırılmalı olan investisiyalar təxminən 2020-ci ildə özünü büruzə verəcək”. Onun sözlərinə görə, investisiyaların azalması səbəbindən nəzərdə tutulmuş neftin bazara çıxarılmayacağı və ABŞ-ın  hasilatı artırmaqla buna təsir edə bilməyəcəyi təqdirdə, dünya bazarında çatışmazlıq yarana bilər: “Kəsirin nə qədər dərin olacağını indidən demək çətindir”. “Exon” şirkətinin prezidenti Reks Tillerson isə bildirib ki, yaxın 5 ildə dünyada neft defisiti ilə bağlı deyilənlər boş söhbətdir.
 
Professor Elşad Məmmədov isə məsələ ilə bağlı musavat.com-a deyib ki, bp rəsmisinin 2020-ci ildə neftə tələbatın əhəmiyyətli dərəcədə artmasının mümkünlüyü ilə bağlı verdiyi açıqlama əsasən psixoloji və müəyyən mənada iqtisadi amillə izah oluna bilər: “Psixoloji amil onunla bağlıdır ki, bp kimi nəhəng neft şirkəti sözsüz ki, neft qiymətlərinin aşağı səviyyədə olmasından narahatdır. Bu səbəbdən vaxtaşırı səhmdarları sakitləşdirmək və bazara öz korporativ maraqları baxımından pozitiv siqnalların ötürülməsi siyasəti müasir biznesin mühüm seqmentidir. Sırf iqtisadi amilə gəldikdə isə şübhəsiz ki, son 2 ildə neftin qiymətinin kəskin şəkildə enməsi, hasilatçıları investisiya xərclərini xeyli dərəcədə azaltmağa, bir sıra hallarda isə onlar tərəfindən perspektivli layihələrin ümumiyyətlə dondurulmasına məcbur edib”.
Ekspertin fikrincə, bu problem tək bp şirkətinə deyil, ümumilikdə neft hasilatçılarına aiddir: “İnvestisiyaların azalması isə iqtisadi qanunlara görə bir müddətdən sonra bazarlarda təklifin azalmasına, bu da öz növbəsində müəyyən müddətdən sonra tələbatla təklif arasındakı disbalansın formalaşmasına,  yəni tələbatın təklifə nisbətən çoxalmasına və son nəticədə  qiymət artımına səbəb ola bilər. Əslində bazarlarda qiymətlərin tsiklik formalaşması nəzəriyyəsinin əsasını da elə bu yanaşma  təşkil edir. Lakin mürəkkəb sistemlərə aid elmi yanaşmanın spesifikası həm də ondan ibarətdir ki, strukturlaşmış sistemlərə yanaşma mütləq şəkildə kompleksli olmalıdır. Yəni problemlərə, dinamikaya təsir edən və təsir ehtimalı olan bütün proseslər təhlil edilməlidir. Məhz buna görə də müasir iqtisad elmində kompleksli yanaşma  prioritet təhlil yanaşma metodu kimi qəbul edilir. Bu baxımdan, neft bazarının inkişaf dinamikasına, o cümlədən investisiya siyasətinə texnoloji və innovativ məzmunlu proseslərin təsiri mütləq nəzərə alınmalıdır. Müasir şəraitdə, yüksək elm tutumlu texnoloji innovasiyaların   enerji sektorunda, o cümlədən neft və qaz hasilatı sistemlərində tətbiq edilməsi bazarda təklifin müəyyən iqtisadi şərtlər çərçivəsində artırılmasına imkan verir. Bu növ proseslərin xüsusiyyəti həm də ondan ibarətdir ki, texnoloji innovativ inkişaf həm də proseslərə təsirin daha qısa müddətdə baş verməsi imkanlarını yaradır. Bu mənada ABŞ-da şişt texnologiyaları əsasında neft və qaz hasilatının təşkili prosesi bazarda təklifin bu ölkə tərəfindən kəskin şəkildə artırılmasına imkan verir və perspektivdə bu imkanların genişlənməsini gözləmək olar. Qeyd etmək lazımdır ki, elə BP şirkətinin  rəsmisi də  bu amilin önəmli dərəcədə enerji sektorunda  qiymətlərin formalaşmasına təsir edə biləcəyini bildirib. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, son illərdə investisiyaların azalması səbəbindən tələbatın artacağını əminliklə söyləmək olmaz”.
 
İqtisadçı alim Fikrət Yusifov isə musavat.com-a deyib ki, neftin qiymətləri ilə bağlı suallar iqtisadiyyatı neftə bağlı olan və olmayan ölkələrin hər biri üçün aktualdır: “Qiymətlərin kəskin şəkildə aşağı düşdüyü son iki ildə bununla bağlı çoxlu fikirlər səsləndirilir. Kimlərsə hələ keçən ilin sonlarında bu qiymətlərin sabitləşəcəyini gözləyirdi. Lakin əsl reallıq bundan ibarətdir ki, bu gün neftin qiymətləri təkcə iqtisadi amillərlə bağlı deyil. Ortada kifayət qədər ciddi siyasi amillər mövcuddur. Belə olan təqdirdə, qiymətlərlə bağlı hər hansı bir dürüst proqnoz vermək kifayət qədər çətin olur. Öz fəaliyyəti ilə haradasa BMT qədər dişsiz qərarların müəllifi olan OPEK son iki ildə bu sahədə nə qədər aciz olduğunu açıq şəkildə ortaya qoydu. Biz dəfələrlə yazmışıq və bir daha deyirik- neftin qiymətlərindəki durumu hər yerə və hamıya əli çatan ABŞ çox düşünülmüş şəkildə idarə edir. Hələ ki onun qarşısına çıxa biləcək bir güc və ya birləşmiş güclər yoxdur. Hasilat getdikcə azalacaq, bu, təbiidir. Çünki artıq çoxdandır ki, neft sənayesinə investisiyalar qoyulmur. Belə olan halda bazarda təklifin azalması və nəticə etibarilə neftin qiymətlərinin artımı baş verə bilər. Lakin burada ABŞ-ın əlində şist neft silahı var və qiymətlər qalxdığı halda, lazım gələrsə, bu silah tam gücü ilə işə düşüb bazara təklifi artıra bilər. Deməli yatırımlar edilməməsi səbəbindən hasilatın azalması da burada hələ qiymətlərin kəskin artacağının təminatçısı ola bilməz”.
Previous Post

Dünya bazarında neft çatışmazlığı yarana bilər

Next Post

Əli İnsanovu ailə üzvlərindən kimlər Bakıda gözləyir?

Bənzər yazılar

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10

Bəşəri şərin iki böyük bədii modeli - İnsan bəzən göylərdə şeytan axtarır, halbuki o, çox vaxt öz qəlbinin qapısını açanda...

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Next Post

Əli İnsanovu ailə üzvlərindən kimlər Bakıda gözləyir?

Əli İnsanovu ailə üzvlərindən kimlər Bakıda gözləyir?

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.