Polşa prezidenti Anjey Duda Rusiya lideri Vladimir Putinin bir dəfə də olsun müharibədə uduzmadığını açıqlayıb.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Xanımlar və cənablar, Vladimir Putin heç bir müharibədə uduzmayıb”.
Duda Qərbdə yayılan şayiələrə münasibət bildirib ki, guya Finlandiyanın NATO-ya üzv olması ilə əlaqədar Vladimir Putin artıq münaqişəni uduzub.
Duda onu da qeyd edib ki, Moskvanın Ukrayna qüvvələri üzərində aşkar üstünlüyü var, ona görə də Rusiyanın uduzduğunu söyləmək olmaz.
“O, (Putin) getdikcə daha çox səfərbər olur və iqtisadiyyatı müharibə mexanizmlərinə keçir”, – deyə Polşa prezidenti bildirib.
Yeganə