"Dua Çərpələngi" kitabı işıq üzü görüb

Şair Fərqanə Səfərlinin "Dua Çərpələngi" kitabı işıq üzü görüb.
"Dua Çərpələngi" gənc istedadlı şairin Azərbaycanda işıq üzü görmüş ilk kitabıdır. Mövzu
rəngarəngliyi, onların zamana uyğun qələmə alınması qələm sahibinin mənəvi aləminin zənginliyindən xəbər verir.
Elchi.az xəbər verir ki, kitab müəllifin müxtəlif dövrlərdə yazdığı şeirlərdən ibarətdir.
Kitabın ön sözünü İbrahim İlyaslıya aiddir. Ön sözdə gənc şair haqqında qeyd olunur: "Şeir hər şeydən öncə duyğu hadisəsi, sonra
isə ana dili hadisəsidir. Fərqanə xanımın şeirlərində duyğularını səmimiyyətlə dilə gətirmək
cəhdi öndə gəlir. Qəlbdən qələmə qədər ilk baxışda qısa görünən uzun bir yol var. Bu uzun
yolu qısa və kəsə eyləyən istedaddır. Fərqanə
Səfərlinin şeirlərində istedad işığı anındaca sezilir. Duyursan ki, oxucuya (həm də özünə)
deyəcək sözü var. Amma hiss olunur ki, bu sözü dilə gətirib, qələmə almaqda gah çətinlik çəkir, gah da sözün özü vərəqə qonur. Belə anlarda adətən peşəkarlıq yazarın dadına yetir.
Fərqanə xanım peşəkarlıq yoluna doğru uğurla addımlayır. Təbii ki, bəzən tərəddüd etdiyi, poeziyanın labirintində dolaşdığı anlar da olur.
Gənclik üçün bu təbii haldır. Vacib olan sözə məsuliyyətlə yanaşmaq, onunla sadiq bir dostcasına davranmağı bacarmaqdır. Fərqanə xanım ixtisasca həkim olduğundan dolayı bu incə mətləbin öhtəsindən də layiqincə gələcək deyə düşünürəm".
Məlumat üçün bildirək ki, Fərqanə Səfərli eyni zaman həkim-Terapevt kimi fəaliyət göstərir.
[caption id="attachment_325158" align="alignnone" width="288"] #image_title[/caption]
[caption id="attachment_325159" align="alignnone" width="300"]
#image_title[/caption]