Droqba “Çelsi”yə qayıdır
Fil dişi sahili millisinin hücumçusu Didye Droqba “Çelsi”yə qayıdır. Musavat.com-un L'Equipe-yə istinadən
verdiyi məlumata görə, futbolçu London klubu ilə 1 illik müqavilə imzalayacaq.

Tərəflər bu həftənin əvvəlində razılığa gəlməlidirlər.
Bundan əvvəl məlumat yayılmışdı ki, “Çelsi” Droqbanı oyunçu-məşqçi kimi qaytara bilər. Bundan başqa, ulduz futbolçu ilə “Yuventus”un da maraqlandığı bildirilirdi.
Droqba 2004-2012-ci illərdə “Çelsi”də çıxış edib. Onun sonuncu klubu “Qalatasaray” olub.