"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Dövlət evlərin tikintisi üçün nəzərdə tutulan məbləği vətəndaşın hesabına köçürməlidir” – Qüdrət Həsənquliyev

05 İyun 2025 - 17:09
in SİYASƏT

Qudret bey

FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Bunu da oxuyun

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

Həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Cəbrayıl və Zəngilana Prezident Administrasiyasının “siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbə”sinin təşkil etdiyi səfərə siz də qatılmışdınız. Təəssüratlarınızı bizimlə bölüşməyi xahiş edirik.

-Səfərdə 70-ə qədər siyasi partiyalar, media, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirdi. Səfəri təşkil etmiş və bizimlə birlikdə səfərdə iştirak edən Prezidentin köməkçisi Ədalət Vəliyevə və onun rəhbərlik etdiyi şöbənin əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Təəssüf ki, səfər Milli Məclisin iclası ilə eyni günə təsadüf etmişdi və biz büdcənin icrasına dair hökumətin hesabatında iştirak edə bilmədik. Amma həmin gün ADP sədrinin ad günü olduğundan, Ədalət Vəliyev süfrə başında onu ad gününü münasibətilə təbrik etdi, onun xidmətlərindən danışdı.

Səfərin avtobuslarla 17-18 saat davam etməsi və iştirakçıların böyük əksəriyyətinin yaşa dolmuş insanlar olması səbəbindən səfər fiziki baxımdan çox yorucu oldu.

Səfər zamanı nümayəndə heyəti üzvlərinin bir-biri ilə görüşüb söhbətləşmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq imkanı da, Ədalət Vəliyevə müxtəlif məsələlərlə bağlı müraciət etmək imkanları da, əsəblərin tarıma çəkildiyi anlar da oldu.

Ən başlıcası işğaldan azad olunmuş ərazilərdə  həyatı yenidən bərpa etmək üçün aparılan böyük tikinti-quruculuq işlərini müşahidə etdik. Cəbrayılın rayon mərkəzində, sənaye parkında olduq. Cəbrayılın rayon mərkəzində  həyat artıq bərpa olunub, insanlar işlə təmin olunub, quruculuq işləri davam edir. Zəngilanda SES-də, yenidən tikilən kəndlərdə olduq, rayon mərkəzində dağıdılmış məscidin yerində tikilib dindarların istifadəsinə verilmiş məscidlə tanış olduq. Rayon mərkəzinin tikintisi davam etdirilir, inşaAllah tezliklə ora da yerli sakinlər dönəcək. Bölgəyə yüksək standartlara cavab verən dəmir və avtomobil yolları çəkilir.

-Qüdrət bəy, artıq şəxsi avtomobillərlə hər kəsə bölgəyə getməyə icazə verilir. Partiya sədrlərinin öz ailələri ilə birlikdə, sərbəst Qarabağa səfər etməsinə necə baxırsınız?

-Əlbəttə, rahatlıq baxımından şəxsi avtomobillə səfərin böyük üstünlüyü var və yəqin ki, bu formada turist səfərləri də olacaq. Çünki axşam artıq orada fəaliyyət göstərən mehmanxanalarda qalıb, dincəlib, səhərisi gün geri dönə bilərsən. Amma partiyaların birlikdə səfəri həm görülən işlərin təbliği, həm də milli birliyin ifadəsi baxımından çox önəmlidir. Bu zaman media nümayəndələri də səfərdə iştirak edir və səfəri işıqlandırırlar. Bundan başqa, səfər zamanı Ədalət Vəliyev növbəti dəfə bəyan etdi ki, bu kimi səfərlər könüllüdür və kim istəmirsə, qatılmaya bilər.

-Səfər zamanı sizi qane etməyən nəsə oldu?

-Tək məni yox, bir çoxları Cəbrayılda yaşayış binaları arasında istirahət üçün parkların salınmamasını, binaların bir-birinə çox yaxın olmasını və binaların qarşısında yaşıllığın yetərincə olmamasını çatışmazlıq kimi qeyd etdilər. Bundan başqa, özəl biznesin də bölgəyə gəlişi yetərincə deyil. İşlər əsasən dövlət sifarişləri əsasında həyata keçirilir. Fikrimcə, Azərbaycanda sənaye parkları ilə bağlı gözləntilər təəssüf ki, özünü tam doğrultmayacaq. Bu, milli mentalitet nəzərə alınmadan  inkişaf etmiş ölkələrin təcrübəsindən götürülüb, amma nəzərə alınmayıb ki, məsələn, Rusiyada qonşular öz aralarında bir metr hündürlüyündə, arasında məsafə qoyulmaqla  taxtadan hasar çəkir, Avropada kol və ya gül əkirlər, bizdə isə daşdan 6 metrlik hasar. Ona görə sahibkarlara imkan yaradılamlıdır ki, torpaq alıb özləri üçün həmin ərazidə istehsal və emal müəssiəsi, yaxud xidmət sahəsi açsın. Yerli sakinlərə kütləvi şəkildə öz evlərini yeni və fərqli layihələr əsasında tikməyə icazə verilməlidir. Bəlkə biri, daha geniş və fərqli dizayn olunmuş formada ev, otaqlar istəyir. Dövlət kömək etmək istəyirsə, kommunikasiya xəttlərini çəkməli və evlərin tikintisi üçün nəzərdə tutulan məbləği evini bərpa edənin hesabına köçürməlidir.

 

Yeganə

Previous Post

Qırğızıstanda Güclü Zəlzələ: Təsirlər və Təhlükəsizlik

Next Post

Fransa Prezidenti Makron Çin və Braziliyaya Çağırış Etdi

Bənzər yazılar

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

15 Oktyabr 2026 - 11:40

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının...

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

15 Oktyabr 2026 - 11:31

“Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji...

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58

“Sovet İttifaqının süqutundan sonrakı hadisələr Cənubi Qafqazın bir əlaqələndirici mərkəz kimi formalaşmasına mane olub. Buna baxmayaraq, Gürcüstan, Azərbaycan və Türkiyə...

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

15 Oktyabr 2026 - 09:24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İnin geniştərkibli görüşü keçirilib. Elchi.az xəbər verir ki, bu...

Next Post

Fransa Prezidenti Makron Çin və Braziliyaya Çağırış Etdi

Polşa-Ukrayna Münasibətlərində Tarixi Anlaşmazlıq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04
Səmada nəhəng meduza peyda oldu! Səbəbi məlum oldu

Səmada nəhəng meduza peyda oldu! Səbəbi məlum oldu

15 Oktyabr 2026 - 11:57
Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır

Paşinyan: Azərbaycanla sülh sazişinin imzalanması 2031-ci ilə qədər əldə olunmalıdır

15 Oktyabr 2026 - 11:49
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir

15 Oktyabr 2026 - 11:40
İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

İdeoloji təxribatlara cığır açan tikanlı mövzu

15 Oktyabr 2026 - 11:31
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı

15 Oktyabr 2026 - 11:20
Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb

15 Oktyabr 2026 - 11:15
Vatikan Papa XIV Leonun səhhəti ilə bağlı yeni məlumat yayıb

Vatikan Papa XIV Leonun səhhəti ilə bağlı yeni məlumat yayıb

15 Oktyabr 2026 - 11:08
Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

Beş süni intellekt çatbotu dəqiqlik sınağından keçirildi: Nəticələr ürəkaçan deyil

15 Oktyabr 2026 - 10:51
AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

AÇG və “Şahdəniz”dən indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

15 Oktyabr 2026 - 10:42
Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

Mask: Ukrayna dronlarının sürətinin azalmasının arxasında ABŞ hökuməti dayana bilər

15 Oktyabr 2026 - 10:34
Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

Kreatin beyni bağırsaq iltihabından qoruya bilər

15 Oktyabr 2026 - 10:27
Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

15 Oktyabr 2026 - 10:13
İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06
XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.