"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlandı

31 Mart 2020 - 10:34
in İQTİSADİYYAT
FacebookVatsap

Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb.
Elchi.az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, McKenzie-nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7%, Avrozonada 9,7%, Çində 2,7% və ABŞ-da 8,4% olacaq: “Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək. Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələ qədər heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya 21-ci əsrin ən ağır böhranına qədəm qoydu. 
Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kuliminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan höküməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır. Prezident İlham Əliyev “Biz birlikdə güclüyük!” mottosu ətrafında cəmiyyətin bütün təbəqələrini və resursları böhranla mübarizəyə səfərbər edib. İndiyədək xalqı öz ətrafında birləşdirən şüarlar Fransada “Azadlıq, bərabərlik, qardaşlıq”, ABŞ-da “Biz Allaha inanırıq”, Meksikada “Öncə vətəndir”, Pakistanda “İman, birlik, qanun” və başqa ölkələrdə müxtəlif formalarda ifadə olunub”.
V. Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-in 3,1 faizini təşkil edir: “Müqayisə üçün deyək ki, Gürcüstan hökuməti 1 milyard gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizini təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-nin 2 faizini təşkil edən 100 milyard TL-lik yardım paketi açıqlayıb. Qırğız Respublikasının ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər samballı və miqyaslıdır”.
O qeyd edib ki, global şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək: “İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir”.
Ekspert düşünür ki, eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək: “Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib. Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcəkdir”.
İİTKM-nın rəhbəri deyir ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr – AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək: “Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək.
Beləliklə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır.” 

Bunu da oxuyun

Neft yenə 105 dollara yaxınlaşır

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Previous Post

Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlandı

Next Post

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Bənzər yazılar

Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42

Dünya bazarlarında neft bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 104,72 dollara, yüngül neftin bir barreli...

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici...

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

09 Oktyabr 2026 - 16:45

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Elchi.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

09 Oktyabr 2026 - 14:53

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50 milyard 774,7 milyon manatlıq mal satılıb. Elchi.az bu barədə Dövlət...

Next Post
XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.