“Ən böyük problem bəzən bizim valideynlərin nəyin düzgün olub-olmadığınına fikir vermədən, görüntüyə üstünlük verərək qərar verirmələridir. Əgər ümumi olaraq təhlil etsək görərik ki, dövlət baxçalarında qoyulmuş tələblər, qurulmuş sistem, özəl bağçalara nisbətdə daha üstündür”. Bunu Elchi.az-a ADPU-nun Təlim tədris mərkəzinin müdiri, məktəbəqədər təhsilin pedaqogikası kafedrsının baş müəllimi, p.ü.f.d. Xalidə Həmidova deyib.
“Dövlət baxçalarındakı gün rejimi, kurikulumun tətbiqi daha dəqiq və sistemli formada aparılır, buda uşaqların inkişafına daha yaxşı töhfə verir. Məktəbəqədər təhsil haqqında Qanunda göstərilmişdir ki, məktəbəqədər təhsil müəssisələrində yalnız və yalnız həmin sahə üzrə təhsil almış tərbiyəçi-müəllimlər işləyə bilər. Buda təbii ki, işin rəngini dəyişir. Bunun səbəbi isə, həmin ixtisasda təhsil almış tələbələr uşaqlarla işləmək üçün daha üstün biliklərə, bacarıqlara və vərdişlərə malikdirlər. İxtisasda öyrədilmiş vacib məqamlar var ki, uşaq psixologiyası, tibbi biliklər, ixtisas üzrə metodikalar, məktəbəqədər pedaqogika və s. buda həmin ixtisasçıların uşaqlarla işinin daha səmərəli qurmalarına, onları daha tez tanıyaraq lazım olan təlim nəticələrinə çatmağa imkan verir. Bir çox özəl bağçalar müəllim seçimində çətinlik çəkirlər. Buna səbəb isə valideynlərin kütləvi şəkildə uşaqlarını rus bölmələrinə yönəltmələridir. Bunun üçün hazırda özəl bağçalarımızda demək olar ki, Azərbaycan bölməsi mövcud deyil. Azərbaycanda tərbiyəçi-müəllim hazırlığında rus bölməsinə tələbə qəbulu çox azlıq təşkil edir. Buda sonda əmək bazarına verilən rus bölməsi üzrə tərbiyəçi-müəllim sayının azllığı və rus bölməsinə müəllim işə qəbulunda problemlər yaradır. Belə olduğu halda özəl bağçalar müəllim seçərkən başaqa ixtisas sahiblərinə yəni rus dili bilikləri olan qeyri ixtisasçılara müraciət etmək məcburiyyətində qalırlar. Bu zaman sistemi dəqiq bilməyən mütəxəssisələrin işə hazırlığını tamamlamaq üçün sahibkarlar onların hazırlanmasına vaxt və səlmayə itirirlər, çünki, bu uzun müddətə nəticə verən prosesdir. Hazırlanmış müəllimin həmin müəssisədə nəqədər müddətə qalacağıda məlum deyil, buda adətən müqavilə vəs. hüquqi proseslərdən asılıdır.”, – deyə mütəxəssis əlavə edib.
Havar Şəfiyeva