Donetskdə bu strateji obyekt Rusiya qoşunlarının əsas hədəfidir

🗓 17.09.2014 11:59 ✍️ "Elçi" qəzeti
Ukraynanın Donetsk şəhərində olan rus qoşunları şəhərin hava limanını ələ keçirmək üçün əməliyyatlara img1636100başlayıb.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ruslar Ukrayna ordu birləşmələrinin nəzarət etdiyi və strateji obyekt sayılan hava limanını ələ keçirmək üçün dəfələrlə cəhd etsə də, ukraynalılar buna imkan verməyib.
Hazırda isə rusların böyük qüvvələrlə hava limanına doğru hücuma keçdiyi bildirilir.
Qeyd edək ki, Donetskdə vəziyyət bu səhərdən etibarən gərginləşib. Separatçıların sərnişin avtobusuna atdığı raket nəticəsində bir nəfər insan həlak olub.
 

Bənzər yazılar