Donetsk vilayətinin İlovaysk şəhəri Ukrayna ordusunun nəzarətinə keçib

🗓 19.08.2014 10:21 ✍️ "Elçi" qəzeti
Separatçılarla döyüşən könüllülərdən ibarət “Donbas” özünümüdafiə batalyonu bir gün davam edənfcac4043f489ff1ab59c7c1da95b31b6 şiddətli döyüşlərdən sonra Donetsk vilayətində separatçıların əsas müdafiə dayaq məntəqələrindən biri olan İlovaysk şəhərinin bir hissəsini nəzarətə ala bilib.
 

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, “Donbas” özünümüdafiə batalyonu “Facebook” səhifəsində bildirib.  “Terrorçular şəhərin bir hissəsindən çıxarılıb. Döyüş davam edir”, deyə məlumatda bildirilir.   

APA-nın bundan əvvəl Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Antiterror Əməliyyat Qüvvələri ötən gecə Luqanska daxil olub, şəhərin separatçılardan təmizlənməsi istiqamətində əməliyyat keçirilir. “Bizim bir neçə bölmələrimiz artıq Luqanskın mərkəzi hissəsinədək irəliləyib. Şəhərin küçələrində qızğın döyüşlər gedir”, deyə  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Andrey Lısenko bildirib.

 

Bənzər yazılar