“Donbas” itki verərək geri çəkilib
“Donbas” könüllülər taboru şiddətli döyüşlər zamanı itki verərək İlovaysk şəhəri yaxınlığındakı döyüş mövqelərindən geri çəkilməyə məcbur olub.
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı taborun mətbuat xidməti “Facebook”-dakı səhifəsində yerləşdirib. “Saat 00.00-a olan məlumata görə, “Donbas” döyüşçüləri İlovaysk yaxınlığında döyüş mövqeyindən geri çəkilib. Bütün gün ərzində ağır və qızğın döyüş gedib, nəticədə taborun xeyli sayda döyüşçüsü yaralanıb. Yaralıların sayı dəqiqləşdirilir”,- deyə məlumatda bildirilir.
Məlumata görə, taborun 4 əsgəri həlak olub: “İlovaysk yaxınlığında terrorçularla döyüşü “Şaxtyorsk” taboru davam etdirir: 2 nəfər həlak olub, 6 döyüşçü isə yaralanıb”,- deyə məlumatda bildirilir.