"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Dollarla kredit alanlar məhkəməyə müraciət etsin!” – Ekspertdən önəmli məsləhət

09 Mart 2015 - 16:35
in XƏBƏR LENTİ
FacebookVatsap

“Dollarla kredit alanlar məhkəməyə müraciət etsin!

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Əkrəm Həsənov: “Dollarla ifadə edilmiş kredit müqavilələri Konstitusiyaya və Mülki Məcəlləyə uyğun olaraq, məhkəmə tərəfindən etibarsız sayıla bilər”
Martın 1-də Mərkəzi Bankın son açıqladığı məlumata görə, 1 ABŞ dolları 1,0490 manata, 1 avro isə 1,1566 manata bərabərdir.
Ekspertlər bildirirlər ki, manatın cüzi uğuru müvəqqətidir və üstünlük uzun müddət davam etməyəcək. Əksinə, tezliklə manatın ucuzlaşması qaçılmazdır. Bu isə banklardakı kreditlərlə bağlı narahatlığın aktual olmasını bir daha ortaya qoyur. Ekspertlər problemli kreditlərin artmasından da narahatdırlar.
Ekspert Məhəmməd Talıblı 2010-2015-ci illər üzrə bank resurslarının hərəkətinin analizindən nəticələri açıqlayıb: “2010-cu illə müqayisədə 2015-ci ilin yanvar ayının 31-ə qədər olan dövrdə bankların kredit portfeli 2 dəfə artıb. 2010-cu ildə bu rəqəm 9,1 milyard, 2015-ci ilin yanvarında isə 18,6 milyard manat idi. Amma buna adekvat olaraq, problemli kreditlərin artımı da 2 dəfədən çox olub. Qaytarılmayan problemlərin isə daha çox üstünlük təşkil edildiyi istehlak kreditləri olub. Manatın devalvasiyası ilə bağlı son addımlardan sonra dollarla alınmış kreditlərin geriyə dönüşündə ciddi problemlər yaranacağından, kredit portfelində problemli kreditlərin həcminin artmasında ciddi təkan ola bilər. Manatın devalvasiyasından sonra istehlak mallarında qiymət artımları ev təsərrüfatlarının xərclərinin artımına və ailə büdcələrinə mənfi təsir göstərdiyindən kreditlərin vaxtında qaytarılmasında problemlər olacaq. Bu isə problemli kreditlərin yaranmasında daha çox payı olan istehlak kreditlərinin payının daha da artmasına gətirib, çıxaracaq. Nəticədə bu, sosial-iqtisadi vəziyyətin çətinləşməsinə və yoxsulluq dərinliyinin kritikləşməsinə səbəb olacaq”.
Qeyd edək ki, dollarla götürülən kreditlərlə bağlı vəziyyət kritikdir. Əksər ekspertlər Mülki Məcəllənin 439.7-ci maddəsinə istinad edərək, dollarla alınan kreditlərin də devalvasiyadan əvvəlki məzənnə ilə ödənilməsinin mümkün olduğunu bildirirlər.
Bəzi ekspertlər isə bildirirlər ki, bu məcəllənin qüsurlarından yararlanmağa cəhd edərək, banklarla dartışmaq lazım deyil. Bu cəhdlər uğursuz olacaq. Konstitusiya Məhkəməsi Mülki Məcəllənin açıq-aydın olan 439.2-ci maddəsini ən azı qeyri-müəyyən olan 439.7-ci maddədən üstün tutacaq.
Ekspertlər həmçinin bildirirlər ki, dollarla kreditin verilməsi qanuni deyil. Ekspertlər Konstitusiyanın 19-cu maddəsinin III hissəsini əsas götürürlər. Burada deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. 
Ekspert Əkrəm Həsənovun sözlərinə görə, Mülki Məcəllənin 439.1-ci maddəsi daha liberal olsa da, yenə də bu fikri daha konkret təsdiqləyir: “Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”.
Ekspert bildirib ki, beləliklə, ən azı yerli şəxslər arasında bağlanan hər hansı müqavilədə öhdəlik manatla ifadə edilməlidir: “Deməli, o cümlədən də kredit və bank əmanəti müqavilələrinin xarici valyutada bağlanması qanunsuzdur. Bu məntiqə söykənərək, dollarla kredit alan şəxs kredit müqaviləsinin etibarsızlığı məsələsini qaldıra bilər. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Borc alan bununla nə əldə edəcək? Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir.
Bu isə o deməkdir ki, həmin şəxs banka istənilən halda aldığı məbləği dollarla və ya hazırda mövcud olan məzənnə əsasında manatla qaytarmalıdır. Yəni borc alan hər bir halda, aldığı krediti devalvasiyaya qədər mövcud olmuş məzənnə əsasında manatla qaytara bilməyəcək. Bu, bankın xeyrinədir. Eyni zamanda, bank da kredit üzrə borc alanın ödədiyi faizləri geri qaytarmalıdır. Bu isə artıq borc alanın xeyrinədir. Lakin bank da öz növbəsində Mülki Məcəllənin 58-ci fəslini rəhbər tutaraq, iddia edə bilər ki, borc alan kredit məbləğini geri qaytaranadək ondan istifadə etmiş və beləliklə də əsassız varlanmışdır. Bununla da bank aldığı faizləri geri qaytarmamağa çalışacaq”.
Borc alanın bu halda nə etməsinin mümkünlüyünə gəldikdə isə, Əkrəm Həsənov qeyd edib ki, əvvəla o, götürdüyü pulun məbləğindən istifadə etmədiyini söyləyə və beləliklə də əsassız varlanma faktını inkar edə bilər: “Ən pis halda isə əsassız varlanmanın bankın faiz dərəcəsi ilə deyil, daha aşağı dərəcə ilə hesablanmasını tələb edə bilər. Güman edirəm ki, ən azı bu məsələdə borc olan müvəffəqiyyətə nail ola bilər. Çünki banklarımızın faiz dərəcələri o qədər yüksəkdir ki, borc alanın həmin dərəcə ilə əsassız varlanma ehtimalı çox azdır. Məsələn, borc alan deyə bilər ki, ən yaxşı halda, o, aldığı pulun məbləğini başqa banka əmanət kimi qoyub, varlana bilərdi. Məlumdur ki, bizdə əmanət üzrə faiz dərəcələri ən azı iki dəfə kredit üzrə faiz dərəcələrindən aşağıdır”.
Ekspertin sözlərinə görə, nəticədə dollarla ifadə edilmiş kredit müqaviləsinin etibarsızlığı nəticəsində borc alanlar ödənmiş faizlərin bir qisminin geri qaytarılmasına nail ola bilərlər: “Bu isə manatın devalvasiyası nəticəsində onların məruz qaldıqları zərəri qismən azalda bilər. Borc alanlar buna nail olsalar, banklar da öz növbəsində dollar əmanətlərinin sahiblərinə qarşı analoji iddia ilə çıxış edərək, ödədikləri faizlərin bir qisminin geri qaytarılmasını tələb edə bilərlər. Amma bu, daha çətin olacaq. Çünki əvvəla, bankların cəlb etdikləri dollar əmanətləri üzrə əsassız varlanması açıq-aşkardır. Həmin vəsaitlər kredit kimi başqalarına verilib. Digər tərəfdən isə, bankların bu hərəkəti onlara qarşı olan-qalan etibarı da puç edə bilər. Əlbəttə, bütün deyilənlər yalnız o halda gerçəkləşə bilər ki, dollarla ifadə edilmiş kredit müqavilələri Konstitusiyaya və Mülki Məcəlləyə uyğun olaraq, məhkəmə tərəfindən etibarsız sayılsın. Məhkəmə isə 20 il ərzində təşəkkül tapmış təcrübəni qanunsuz hesab edəcəkmi?”
Previous Post

“Dollarla kredit alanlar məhkəməyə müraciət etsin!” – Ekspertdən önəmli məsləhət

Next Post

Sxadadze “İnter”in 3 futbolçusunu milliyə çağırdı

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Sxadadze "İnter"in 3 futbolçusunu milliyə çağırdı

Sxadadze "İnter"in 3 futbolçusunu milliyə çağırdı

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.