Dollarla bağlı xoş xəbər

🗓 19.04.2017 15:07 ✍️ "Elçi" qəzeti
Dollarla bağlı xoş xəbər
Dollarla bağlı xoş xəbər Dollarla bağlı xoş xəbər Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Elchi.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 17-22° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.İnflyasiyanın yüksələcəyi barədə gözləntilərin azalması ilə əlaqədar olaraq treyderlərin FED-in iyun ayında faiz artıracağına dair gözləntiləri də azalır. Elchi.az "Marja"ya istinadən xəbər verir ki, "Bloomberg" tərəfindən toplanan bir göstəriciyə görə, aprel ayının əvvəllərində 60 faiz səviyyəsinin üzərində olan iyunda faiz artırılacağı ehtimalı təxminən 44 faiz səviyyəsinə enib. İnvestorlar, proqnozu ödəyə bilməyən mart ayı məşğulluq göstəricisindən və inflyasiyanın sürpriz şəkildə düşməsinin ardından, ABŞ iqtisadiyyatının gücünə və FED-in 2017-ci ildə ildə üç dəfə faiz artırıb-artıra bilməyəcəyinə dair narahatlıq keçirir. Donald Trump-ın söz verdiyi vergi güzəştləri və infrastruktur xərclərinin hələ də reallaşmamış olması da investorları məyus edən digər bir vəziyyətdir. İnvestorlar FED-in iyunda faiz artıracağına şübhə etməyə başlayıblar. Elchi.az

Bənzər yazılar