"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Dolların bahalaşmasının iki müdhiş sirri – həbsdəki və istintaq altındakı varlılar…

18 Noyabr 2016 - 09:48
in aktual-banner, Banner, XƏBƏR LENTİ
FacebookVatsap
 Dolların bahalaşmasının iki müdhiş sirri - həbsdəki və istintaq altındakı varlılar...

Banklar dolları kimlərə və necə satır – şok maxinasiya sxemi; Külli miqdarda kredit borcu olan, o cümlədən dövlət əmlakını mənimsə faktlarına görə ittiham olunanlar hər ay milyon dollar toplayıb borca verir; varlılar isə bahalı villalarını nağd pula çevirir, həmin vəsaiti isə dollar alışına yönəldirlər

Bunu da oxuyun

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

Noyabrın 17-də Bakıda banklar dolların manata nisbətdə məzənnəsini bir qədər də qaldırıblar. Marya.az saytının məlumatına görə, banklarda dolların satış qiyməti 1 manat 77 qəpiyə yüksəlib. Bəzi banklar isə Maliyyə Bazarlarına Nəzarət Palatasının dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, valyuta alqı-satqısını dayandırıblar ki, bu da dolların yaxın günlərdə daha da bahalaşacağından xəbər verir. 
Mərkəzi Bank və Neft Fondu hər gün banklara nə qədər dollar satılması barədə xəbərlərə qadağa qoyduqdan sonra bank bossları daha da ürəkli olublar. Bəzi banklar bu qadağadan sui-istifadə edərək deyirlər ki, guya onlara ümumiyyətlə, Mərkəzi Bank dollar satmır. Bank sektorundakı mənbələrimizdən əldə etdiyimi xəbərlər isə bunun əksini göstərir. Məlumatlara görə, gündəlik keçirilən valyuta hərraclarında son günlər tələbin təklifi üstələməsi daha da kəskinləşib.  İddia olunur ki, tələb təklifi bəzi hallarda 15-17 dəfə üstələyir. Yəni banklar nəinki dollar alır, hətta dollar almaq üstündə “qırğın” gedir. Bu dolların böyük bir qismi isə əhaliyə satılmır.
Dollara tələbatın kəskin artmasının iqtisadi səbəbləri aydındır. Məsələn, iqtisadçı alim Qubad İbadoğlu deyib ki, dolların bahalaşmasına səbəb ölkə iqtisadiyyatının durumudur. “Hazırda Azərbaycan iqtisadiyyatı tənəzzüldədir. Manatın məzənnəsinin aşağı düşməsini önləmək üçün iqtisadi tənəzzülün qarşısını almaq lazımdır. Çalışmaq lazımdır ki, ölkədən xaricə daha az valyuta getsin. Proqnoz vermişdim ki, bu ilin sonu Azərbaycan manatı üçün ağır olacaq, çünki ilin sonunda xarici öhdəlikləri yerinə yetirmək istiqamətində valyutaya tələbat artır. O baxımdan tələbatın artması son nəticədə manatın devalvasiya etməsinə gətirib çıxardacaq” deyə, iqtisadçı bildirib. İqtisadçı dolların 1 manat 90 qəpik və ya 2 manat ola biləcəyini vurğulayıb.
İqtisadi səbəb öz yerində, amma dollara kəskin tələbatın bilinməyən daha iki müdhiş səbəbi də var.
Image result for Dollar
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, hazırda daşınmaz əmlak bazarında bir çaxnaşma yaşanır. Belə ki, daşınmaz əmlakın hər ötən gün dəyər itirməsi əslində bir çox əmlakı olan varlı təbəqəni hərəkətə keçirib. Onlar əmlaklarının dəyərdən düşməsinin qarşısını almaq üçün bahalı villalarını nağd pula çevirməyə, həmin vəsaiti isə dollar alışına yönəltməyə başlayıblar. Bu da dollara bazarda olan tələbatı daha da artırıb. Onlar bankların daxilində  qeyr-qanuni fəaliyyət göstərən “qara bazar”la anlaşaraq külli miqdarda dollar alırlar. Banklarda qurulmuş “qara bazar” sxemi təxminən əvvəllki illərdə gördüyümüz təyyarə və qatarlara bilet satışı kimidir. Yəni “bankda dollar satışı yoxdur, amma istəsəniz sizə təşkil edə bilərik” prinsipi ilə.
Mənbə deyib ki, banklar bir müddət əl altından qeyri-qanuni fəaliyyət göstərən valyutadəyişmə məntəqələri ilə iş birliyi qurdu. Böyük həcmdə dollar almaq istəyənləri “qara bazar”dakı adamlarına yönləndirirdilər. Amma “qara bazar”da “yanmaq” riski (DİN və DTX son aylar əməliyyat keçirib bir neçəsini həbs edib, ələ keçən valyuta isə müsadirə olunub-“YM” ) böyük olduğundan, buna daha həvəs göstərmirlər. İddia olunur ki, bəzi banklarda iri və ciddi alıcılara hətta bir neçə milyon dollar da satılır. Təbii ki, həm də rəsmi məzənnədən artıq qiymətə…
Image result for Qara bazar
Sənədləşmənin necə aparıldığına gəlincə, mənbə deyib ki, banklarda bu sənədləşmə maxinasiyasını həll etmək su içmək qədər asandır və ən müxtəlif  variantlar var.
 
Dollara tələbatın daha bir ciddi səbəbi isə ölkədə böyük bir suçlu məmur ordusunun yaranmasıdır. Belə ki, Beynəlxalq Bank işi, onun ardınca MTN-də baş verənlər və Rabitə Nazirliyində (RYTN) iri həcmli korrupsiya yüzlərlə vəzifəli şəxsi ittiham obyektinə çevirib.
 
Image result for Həbs
İndi bir çox idarə və müəssisə rəhbərləri həbsdə olsalar da, “borcunu ödəməyə söz verən” xeyli şəxs azadlıqdadır. Buna bariz misal olaraq sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu göstərmək olar. Son məhkəmə prosesində məlum olub ki, sabiq nazir dövlətə vurduğu 6,8 milyon manat ziyan ödəyib. Rəsmi qaynaqlarda bu vəsait milli valyuta ilə göstərilsə də, dəqiq məlumat belədir ki, borclulardan istisnasız olaraq dollar qəbul edilir. Külli miqdarda kredit borcu olan, o cümlədən dövlət əmlakını mənimsə faktlarına görə ittiham olunanlar hər ay bir neçə yüz min, hətta milyon dollar toplayıb borca verir. Üstəlik, xeyli adam da borcunu ödəmək üçün əmlakların satışa çıxarıb və istisnasız olaraq alqı-satqını dollar ekvivalenti ilə aparır. Bu isə ölkədə dollara olan tələbatı daha da artırır.
Məlumata görə, həbsdə olanlar da üzərlərində həbs qoyulmayan əmlaklarını indi kütləvi şəkildə bazara çıxarıblar. Azadlığa çıxmaq və ya ittihamları yüngülləşdirmək üçün isə…dollar lazımdır. Həm də daha tez…
Previous Post

Dolların bahalaşmasının iki müdhiş sirri – həbsdəki və istintaq altındakı varlılar…

Next Post

Dollar sürətlə bahalaşır – bu günün rəsmi məzənnəsi

Bənzər yazılar

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmaları xaricdən verilən tapşırıqlarla əlaqələndirib. Elchi.az  xəbər verir ki, o, müxalifətdəki proseslərlə bağlı...

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43

Özbəkistan millisinin baş məşqçisi, italiyalı mütəxəssis Fabio Kannavaro Asiya Kubokunun təxirə salınması səbəbindən vəzifəsini tərk edə bilər. Elchi.az xəbər verir...

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38

Bu ilin oktyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində 14 %-lik artım müşahidə olunub. Bu barədə Elchi.az -...

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyevin Azərbaycana gətirilərək...

Next Post

Dollar sürətlə bahalaşır - bu günün rəsmi məzənnəsi

Dollar sürətlə bahalaşır - bu günün rəsmi məzənnəsi

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.