"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Dollar kreditlərinə güzəşt olmayacaq: Məsələyə nöqtə qoyuldu

29 Sentyabr 2016 - 21:42
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Vüqar Bayramov: “Maliyyə Nazirliyi qəbul etmir deyə güzəşt tətbiq olunmur”

Dollar kreditləri ilə bağlı problem həll edilməmiş qalır. Bir ara bu problemin dövlət tərəfindən həll olunacağı deyilsə də buna ümidlər ölməkdədir. Belə ki, ötən gün maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında dollar kreditlərinə dövlət tərəfindən heç bir güzəştin olmayacağını dedi. Nazir qeyd etdi ki, dollar kreditlərinə güzəştlər tətbiq olunsa, banklar problemlərlə üzləşəcək. Ona görə də bu məsələ dövlət səviyyəsində artıq müzakirə olunmur.
Dollar kreditlərində yaranan problemlər isə artmaqdadır. Problemli kreditlərin həcmi günü-gündən artır. Vətəndaşlar isə demək olar dollar kreditlərinin ödənişlərindən imtina edib. Baş verən devalvasiyadan sonra kreditlərin həcminin artmasından dolayı vətəndaş həmin məbləği ödəmək gücündə deyil. İqtisadçılar isə hesab edir ki, dollar kreditlərinin həlli üçün dövlət kompensasiya ödəməlidir. Ən azından devalvasiyadan sonra kreditlərdə yaranan fərq dövlət tərəfindən qarşılanmalıdır. Əks halda, bu məsələnin həll olunması mümkün olmayacaq.

Güzəşt edilməsə,  problem həll olunmayacaq

Digər tərəfdən isə nazir qeyd edir ki, dollar kreditlərinə dövlətin müdaxiləsi bankları çətin vəziyyətə salacaq. Ancaq bankların vəziyyəti onsuz da yaxşı deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, borclular onsuz da banklara olan borclarını ödəmirlər. Bu da bankların maliyyə resurslarına birbaşa təsir edir. Amma onu da nəzərə almaq gərəkir ki, ölkədə fəaliyyət göstərən kommersiya bankları krediti 28-36 faizlə verir. Bu da olduqca yüksək faizdir və banklar artıq demək olar ki, bu gəlirdən məhrum olublar. Ona görə də devalvasiyaya ilk reaksiya verən kommersiya bankları oldu. Devalvasiyanın ilk təsiri ilə banklar kredit mütəxəssislərinin sayını azaltdı. Sonra isə filiallar bağlandı. Kredit borclarının qaytarılmaması onları yeni problemlə üz-üzə qoyacaq.

Real mənzərə budur ki, vətəndaşların da imkanları kreditləri ödəməyə yetmir. Nəticədə hər iki tərəf çətin durumdadır. İndiki durumda dövlətin müdaxiləsi olmadan isə bu problemlərin fundamental həlli mümkün deyil. Prosesin uzanması və aydın olmayan situasiya isə vəziyyətin daha da ciddiləşəcəyini diqtə edir. Samir Şərifovun məlum açıqlaması dollar kreditinə güzəşt gözləyən əhalinin bütün ümidlərini yox etdi. Bu isə sosial narazılıqların artmasına səbəb ola bilər. İqtisadçılar da açıqlamalarında xüsusilə, vurğulayırlar ki, bu məsələyə dövlətin müdaxiləsi olmasa, sosial narazılıq artacaq və vətəndaşlar bankların “əsirinə” çevriləcək.
Maliyyə naziri Samir Şərifovun açıqlamasında diqqət çəkən digər bir məqam isə Mərkəzi Bank haqqında dedikləridir. Nazir açıqlamasında qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankında mənimsənilən pullar Mərkəzi Bank tərəfindən verilib.

Beynəlxalq Bankın səhmlərinin çox hissəsinin dövlətə məxsus olduğu sirr deyil. Bu baxımdan da Mərkəzi Bank adıçəkilən banka donorluq edib. Beynəlxalq Bank ətrafında yaranan qalmaqallar isə səngimək bilmir. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev həbs olunub və ona qarşı dövlət vəsaitini qanunsuz yollarla mənimsə ittihamı irəli sürülüb, hal-hazırda da istintaq davam edir. Bu açıqlamadan sonra isə belə demək mümkündür ki, Mərkəzi Bank da istintaq prosesinə qoşulacaq. Bunu Samir Şərifov və Elman Rüstəmov qarşıdurması kimi də başa düşmək olar.

Maliyyə Nazirliyi və Mərkəzi Bankın qarşıdurması

İkinci devalvasiyadan sonra da Samir Şərifovla Elman Rüstəmov arasında problemlərin olması medianın gündəmində mütəmadi yer alırdı. Həmin vaxt əsas məsələ hansı rəqəmlə devalvasiyaya getmək idi. Yayılan informasiyalarda Samir Şərifovun 1.55, Elman Rüstəmovun isə daha az – 1.25 məzənnə ilə devalvasiyaya getmək təşəbbüsü ilə çıxış etdikləri göstərilirdi. Ancaq mövcud vəziyyət göstərir ki, həmin qarşıdurmanın da qalibi məhz nazir Şərifov olub. Hal-hazırda da mübahisələr davam edir və hər iki tərəf əlinə düşən ilk imkanda bir-birini ittiham edirlər. Baş bankirlə maliyyə nazirinin mətbuata verdiyi açıqlamalara diqqət etsək, görərik ki, eyni məsələ haqqında bir-birinə tamamilə zidd fikirlər səsləndirilir. Bu da münasibətlərin hələ də normallaşmaması anlamına gəlir.

Digər tərəfdən isə Elman Rüstəmovun bu ilin sonuna qədər “vurulacağı” deyilir. Maliyyə sistemində baş verən problemlərin günahkarı kimi məhz baş bankir göstərilir. Hökumətin referendumdan sonra aparacağı islahatların ilk sıralarına da Mərkəzi Bankın adının salındığı bildirilir. Ümumiyyətlə, Mərkəzi Bankın birdəfəlik ləğv olunacağı haqqında informasiyalar uzun zamandır ki, yayılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının da məhz bu səbəbdən yaradıldığı deyilirdi. Ancaq hələ ki, maliyyə bazarına nəzarət Mərkəzi Bankın əlindədir. Mərkəzi Bankın ləğvi gündəmdə olmadığı üçün “komandanın” dəyişəcəyi istisna edilmir.

“Nazirlik güzəştlərin qarşısını alır”

“Cümhuriyət”ə şərhində iqtisadçı- ekspert Vüqar Bayramov  bildirib ki, güzəştlərin tətbiq olunmasına Maliyyə Nazirliyi imkan vermir. Onun sözlərinə görə, güzəştlərin tətbiq olunması bankların xeyrinə olan bir haldır: “Dollar kreditlərinə güzəştlər əslində bankların vəziyyətinə görə verilməlidir. Bu bankların vəziyyətini pisləşdirmir, əksinə yaxşılaşdıra bilər. Dövlət güzəşt tətbiq etsə, nəticədə vətəndaş yenə ödəmə qabiliyyəti əldə edəcək və ödənişlər etməyə başlayacaq”. Ekspert qeyd edib ki, Maliyyə Nazirliyi güzəştlərin verilməsində maraqlı olmadığımı göstərib. V.Bayramov əlavə edib ki, güzəştlərin verilməsi dünya təcrübəsində də var:

“Qazaxıstan, Qırğızıstan təcrübəsi göstərir ki, belə güzəştlərin edilməsinə ehtiyac var. Eyni zamanda maliyyə naziri açıqlama verdi ki, bu cür güzəştlərə maliyyə ayırmaqda maraqlı deyil. Baxmayaraq ki, vəsaitin olmaması qeyd olunur. Amma Mərkəzi Bankvəsait var. Bu mərhələli şəkildə aparılmalıdır. Söhbət ondan getmir ki, güzəştlər birdəfəlik olaraq banklara ödənilməlidir. Biz də bilirik ki, birdəfəlik ödəmələr olsa, bu valyuta qıtlığı yarada bilər və dolların manata təzyiq imkanlarını artırar. Mən təklif etmişdim ki, ABŞ-da 2008-ci ildə olan güzəştlərin ödənilməsi və aktivlərin sağlaşdırılması proqramının oxşarının Azərbaycanda tətbiq olunması məqsədəuyğundur. ABŞ-da həmin proqramın həyata keçirilməsinə dövlət tərəfindən 452 milyard dollar xərcləndi. Bu da onu göstərir ki, inkişaf etmiş və məzənnə fərqinin olmadığı ölkələr belə qlobal böhranlar dövründə güzəşt proqramlı tətbiq edilir. Bu gün də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi vacibdir. Maliyyə Nazirliyi bu güzəştlərə qarşıdır, amma düşünürəm ki, yenə də bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac var”.

Vüqar Bayramov vurğulayıb ki, güzəştlər verilməsə, problem daha da dərinləşəcək. O, hesab edir ki, bu güzəştləri sadəcə vətəndaşlara deyil, həm də banklara xidmət edir: “Əgər güzəştlər tətbiq olunmayacaqsa bu problemli kreditlərin həcmini artıracaq. Əgər Maliyyə Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin kreditlərin azalmasında, aktivlər həcminin artmasında və bank sektorunun sağlamlaşdırılmasında maraqlıdırlarsa, o, zaman mənim təklif etdiyim güzəşt konsepsiyasının qəbul edilməsi məqsədəuyğun olardı. Bu güzəşt sadəcə vətəndaşa deyil, eyni zamanda bank sektorunun sağlamlaşdırılmasında bir proqram rolunu oynaya bilər”.

Previous Post

Dollar kreditlərinə güzəşt olmayacaq: Məsələyə nöqtə qoyuldu

Next Post

Londonda əmlak alan azərbaycanlılarla bağlı yoxlama

Bənzər yazılar

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

02 Sentyabr 2026 - 20:21

ABŞ-də Ağ Ev lideri Donald Trampın təsviri olan 1 dollar nominallı sikkələr dövriyyəyə buraxılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16

Azərbaycanda sentyabrın 3-də 32 dərəcə isti olacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və...

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07

Ermənistanda Kuçak-Aparan yolunda baş verən qəza nəticəsində 5 nəfər ölüb. Elchi.az  xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb....

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirməyi təklif edib. Elchi.az xəbər verir ki, bu barədə o...

Next Post

Londonda əmlak alan azərbaycanlılarla bağlı yoxlama

Londonda əmlak alan azərbaycanlılarla bağlı yoxlama

Son xəbərlər

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub

02 Sentyabr 2026 - 20:25
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb

02 Sentyabr 2026 - 20:21
Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

02 Sentyabr 2026 - 20:16
Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

Ermənistanda baş verən yol qəzasında 5 nəfər ölüb

02 Sentyabr 2026 - 20:07
ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

ABŞ Prezidenti Hörmüz boğazını “Tramp boğazı” adlandırmaq istəyir

02 Sentyabr 2026 - 20:05
KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

KİV: ABŞ Konqresində respublikaçılar çoxluğu itirə bilər

02 Sentyabr 2026 - 19:29
“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

“Neftçi” Kenan Piriçlə yollarını ayırıb

02 Sentyabr 2026 - 19:12
Netanyahu Qəzzada hərbçilərə baş çəkib

Netanyahu Qəzzada hərbçilərə baş çəkib

02 Sentyabr 2026 - 19:00
Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

Goranboyda iclas keçirildi – Sakinlər saat 18:30-dan etibarən evlərinə qaytarılır

02 Sentyabr 2026 - 18:52
“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

“Yuventus”un futbolçusu 4 ay yaşıl meydanlardan kənarda qalacaq

02 Sentyabr 2026 - 18:40
Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

Sahibə Qafarova İsveçrəyə işgüzar səfər edib

02 Sentyabr 2026 - 18:28
Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

Qanunsuz satışa çıxarılan “arıqlama çayları” aşkarlanıb

02 Sentyabr 2026 - 18:16
ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

ABŞ-dən xəbərdarlıq: Ukrayna və İran münaqişələri enerji bazarına təzyiq edir

02 Sentyabr 2026 - 18:03
Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

Rəhim Həsənov Premyer Liqanın III turunun mübahisəli epizodlarını şərh etdi

02 Sentyabr 2026 - 17:55
Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

Uber qlobal işçi heyətini 10% ixtisar etməyi planlaşdırır

02 Sentyabr 2026 - 17:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.