"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Dollar krediti olanlara daha bir bəd xəbər

16 Fevral 2016 - 09:51
in aktual-banner, Banner
FacebookVatsap

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Dollar krediti olanlara daha bir bəd xəbərEkspertin sözlərinə görə, banklar indi də borclu vətəndaşların əmlaklarına göz dikib-məhkəmələr artacaq…

Hökumətin dollar kreditləri ilə bağlı atacağı addımlar artıq arxa plana keçib. Üstəlik, növbəti devalvasiyanın istisna olunmaması əhalidə narahatlıq yaradır. Çünki ötən il ərzində baş verən iki devalvasiya dollarla krediti olan vətəndaşları böyük çətinliyə salıb, kreditlərin ödənişi mümkünsüz hala gəlib. Ekspertlər bildirirlər ki, əslində bankların xarici valyuta ilə kredit verməsi qanunsuz olsa da, Mərkəzi Bank aylarla bankların bu addımına göz yumub. Bu səbəbdən dollar kreditlərinin verilməsində banklar və Mərkəzi Bank günahkar olsa da, bu qurumların hərəkətinin əziyyətini vətəndaşlar çəkməkdədir.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, hökumətin artıq dollar kreditləri ilə bağlı hər hansı addım atacağını gözləmir:“Hesab edirəm ki, o məsələ bağlanıb. Artıq dövlət rəsmiləri birmənalı şəkildə bildirib ki, dövlət hesabına heç bir yardım edilməyəcək. Bankların da əsas etibarı ilə təklif etdiyi güzəşt ondan ibarətdir ki, borcun vaxtını uzadırlar. Bu da təbii ki, borclanlara sərf etmir. Borc yenə də dollarla qalır. Yəni həmin o borcalanlar üçün təhlükə sovuşmur. Həm də borcun uzanması o deməkdir ki, onlar bankla daha çox məbləğ, faiz ödəyəcəklər. Bu, banklara sərf edir. Həmin borclananların bir qismi banklara təklif edirlər ki, heç olmasa, borcumuzu manata çevirin və sonra müddəti uzadın. Banklar ona da getmir, deyirlər ki, pul yoxdur, Mərkəzi Bank bizə manat vermir. Günahı, təqsiri Mərkəzi Bankda görürlər. Bu borcların daha çox hissəsi əhaliyə aid deyil, sahibkarlara aiddir. Buna görə hesab edirəm ki, nəticədə borcların böyük hissəsi banklara qayıtmayacaq. Banklar maksimum çalışırlar kimisə qorxutsunlar, kiminsə əmlakını əlindən alsınlar, satsınlar. Bu yollarla o borcu heç olmasa, nisbətlə qaytara bilsinlər. Buna görə düşünürəm ki, məhkəmə prosesləri artacaq. Daha çox girovları olan borcalanları məhkəməyə verirlər. Banklar girovun satılması yolu ilə o borcların bir hissəsini qaytara, bağlaya bilsinlər. Yəni bu məsələ azı bir neçə il ərzində Azərbaycan üçün çox problemli olacaq. Azı beş il problem aktual olacaq. Bu problem hələ hesab edirəm ki, qabaqdadır. O zaman banklar başlayacaqlar kütləvi şəkildə girov qoyulmuş evləri, mənzilləri satışa çıxarmağa cəhd etməyə. O zaman çox böyük problemlər olacaq. Hələ indi gördüyümüz elə də ciddi problem deyil. Əsas problemlər bizi qabaqda gözləyir”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, hökumət artıq qəti qərara gəlib və vətəndaşlara heç bir dəstək verməyəcək: “Fiskal və monetar siyasət rəhbərlərinin son açıqlamaları hökumətin valyuta kreditlərinin ödəyicilərinə dəstək vermək niyyətində olmadığını bir daha nümayiş etdirdi. Belə görünür ki, bankların və bəzi millət vəkillərinin cəhdləri nəticə verməyəcək və əhali kredit borclarını cari məzənnə ilə ödəməli olacaq. Hökumətin iqtisadi blokunun rəhbərlərinin əsaslandırması budur ki, belə bir addım maliyyə intizamını poza bilər. Bu barədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov həvəssiz danışsa da, maliyyə naziri Samir Şərifov bir az da irəli gedərək əhalinin dollarda kredit götürməsini qınayıb və problemin həllini Mərkəzi Bankın üstünə atıb. Baş bankirin həvəssizliyini anlamaq olar. Onu daha çox bankların taleyi maraqlandırır və hökumətdən maksimum dərəcədə dəstək almaq istəyir. Maliyyə nazirinin də mövqeyini anlamaq olar. Loru dildə desək, banklara pulu o verməlidir. Çünki onun əsas əsas vəzifəsi dövlət büdcəsinin vəsaitlərinin hər qəpiyinə nəzarət etmək və onun səmərəsiz xərclənməsinə imkan verməməkdir. Ancaq təəssüf ki, bu vəzifələr düzgün icra edilmədiyi üçün milyardlarla investisiya xərcləri səmərəsiz xərclənib, Maliyyə Nazirliyinin də idarəçiliyinə məsul Beynəlxalq Bankın aktivlərinin sağlamlaşdırılmasına 3 milyard manat yönəldilib. Hər iki maliyyə kapitanının, xüsusən də maliyyə nazirinin problemə yanaşması çox qüsurludur.
Elə aparılan müqayisə də uğursuzdur. Burada hansı maliyyə intizamının pozulmasından söhbət gedə bilər? Bəs kim zəmanət verə bilər ki, dövlətdən və Mərkəzi Bankdan daim dəstək alan Beynəlxalq Bank bundan sonra maliyyə intizamını pozmayacaq? Niyə içməli suya görə borclar bağışlananda maliyyə intizamının pozulması stimullaşdırılmırdı, amma kreditlərə çatanda yada düşür? 2011-ci ildə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 294,2 milyon manat məbləğində borcları silindi. O borcların nə qədər hissəsinin əhaliyə aid olduğunu qoyuram kənara. Həmin qərar bir tərəfdən humanist addım olsa da, digər tərəfdən pulunu vaxtında ödəyən vətəndaşın hüququnu pozurdu. Məhz bu tipli güzəştlər vətəndaşlarda arxayınçılıq yaradır və ümid edirlər ki, dövlət yenə də onların borclarını bağışlayacaq. Kredit məsələsinə gəldikdə isə tamam fərqli mənzərədir və fərqli yanaşma tələb edir. Heç kim hökumətdən kredit borclarının kompensasiya etməsini tələb etmir. Buna ehtiyac da yoxdur və çox pis ənənənin əsası qoyula bilər.
Söhbət hökumətin, xüsusən də Maliyyə Nazirliyinin təşəbbüsü ilə baş vermiş devalvasiyanın əhalinin sosial vəziyyətinə vurduğu ağır zərbənin təsirlərini minimuma endirməkdən gedir. Hökumət valyuta ehtiyatlarını qorumaq və büdcəni əlavə gəlirlərlə təmin etmək üçün 2015-ci ildə manatı 2 dəfə ucuzlaşdırıb. Bu qərarın nəticəsi olaraq dollarda kredit götürməyə məcbur olmuş əhalinin, sahibkarların aylıq ödənişi 2 dəfə artıb. Hökumətdən də tələb olunur ki, kreditin artan hissəsinin yükünü boynuna götürsün. Elə insan var ki, 2014-cü ildə dollarla kredit götürüb və onun borcu 2 dəfə artıb. Birinci devalvasiyada hökumət problemi bankların boynuna atdı. Banklar isə cüzi kömək edib problemi əhalinin boynuna atdı”.
Previous Post

Dollar krediti olanlara daha bir bəd xəbər

Next Post

Neft kəskin bahalaşdı

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Neft kəskin bahalaşdı

Neft kəskin bahalaşdı

Son xəbərlər

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38
FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26
ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

08 Oktyabr 2026 - 17:19
Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

08 Oktyabr 2026 - 17:10
Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

08 Oktyabr 2026 - 16:58
Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

08 Oktyabr 2026 - 16:47
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

08 Oktyabr 2026 - 16:35
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

08 Oktyabr 2026 - 16:29
Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

08 Oktyabr 2026 - 16:15
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

08 Oktyabr 2026 - 16:09
Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00
Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53
Qış turizmində qar problemi belə həll olunacaq

Qış turizmində qar problemi belə həll olunacaq

08 Oktyabr 2026 - 15:44
İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

08 Oktyabr 2026 - 15:30
ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.