Çin yuanının populyarlığının artması ilə ABŞ dollarının dominantlığının sonu yaxınlaşır.
Elchi.az xəbər verir ki, bu sözləri “Röyters”ə açıqlamasında VTB Bankın rəhbəri Andrey Kostin deyib.
O bildirib ki, indiki geosiyasi vəziyyətdə bir çox ölkələr ABŞ valyutası və avrodan kənar hesablaşmalara, Çin isə valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına doğru irəliləyir:
“ABŞ dollarının dominantlığının uzun tarixi dövrü başa çatmaq üzrədir. Çin anlayır ki, yuanlarını konvertasiya olunmayan valyuta kimi saxlasalar, dünyanın bir nömrəli iqtisadi gücünə çevrilməyəcək”.
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasına məxsus aviaşirkətlərin reysləri dayandırılır. Bu barədə Elchi.az-a Azərbaycan Hava Yollarından məlumat verilib. "ABŞ-ın...





















Son şərhlər