Moskva birjasında ticarət zamanı dolların məzənnəsi 69 rubldan aşağı düşüb.
Elchi.az xəbər verir ki, Moskva vaxtı ilə saat 17:24-ə olan məlumata görə, dollar 2,89% ucuzlaşaraq 68,94 rubl səviyyəsində olub. Saat 17:35-də ABŞ valyutası 2,17% zəifləməni ləngitdi və 69,45 rubl səviyyəsində ticarət etdi.
Avronun məzənnəsi eyni zamanda 2,61% azalaraq 73,63 rubl, yuan isə 1,91% azalaraq 9,886 rubl təşkil edib.
KP.RU saytının yazdığı kimi, daha əvvəl cümə axşamı, dekabrın 22-də avro 77 rublu keçib, dollar 72,3 rubla yüksəlib.
Xatırladaq ki, Sovcombank-ın baş analitiki, rusiyalı maliyyəçi Mixail Vasilyev 2023-cü ildə dolların bahalaşacağını proqnozlaşdırmışdı. Ekspert qeyd edib ki, gələn il ABŞ valyutasını tənəzzül, rekord inflyasiya, dünyada faiz artımı, ərzaq və enerji böhranları itələyəcək.
Şayəstə