"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Doğuş: “Müharibə olarsa, vuruşmaq istəyirəm”

03 Avqust 2014 - 12:15
in ŞOU
FacebookVatsap

Türkiyənin tanınmış müğənnisi Doğuş bu gün Bakıda verəcəyi konsertini təxirə salıb. Sənətçi 53a41d4f73Azərbaycan-Ermənistan sərhədində əsgərlərimizin şəhid olmasından dolayı “Panoramic” restoranında səhnəyə çıxmaqdan imtina edib. Biz du duyarlılığı, addımına görə Doğuşla görüşmək, ondan müsahibə almaq qərarına gəldik.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Fürsətdən istifadə edib,türkiyəli sənətçiyə bizi maraqlandıran digər sualları da verdik.

– Bakıda verəcəyiniz konserti təxirə salmağınız çox təqdirəlayiq haldır. Duyarlılığınız üçün təşəkkür edirik.

– Nə demək, borcumuzdur! Acı günlər yaşayırıq. Belə bir faciənin qarşısında çıxıb mahnı oxumağım mənə çox tərs bir şey kimi görünür. Bilet alıb konsertimə gəlmək istəyənlərin hər birindən üzr istəyirəm, ümid edirəm onlar məni bağışlayarlar. Çünki Azərbaycanda əsgərlər şəhid olduğu halda mən konsert verə bilmərəm. Hətta bir əsgərimiz şəhid olsaydı belə konsert verməyəcəkdim. “Panoramic” restoranın sahibi Elnur bəy də mənimlə eyni fikirdədir. Bu mövzuda çox həssasdır. İş adamlarının belə bir duruma çox həssaslıqla yanaşması məni çox təsirləndirdi. Elnur bəyə bu addımından dolayı təşəkkür edirəm. İnşallah, əgər Allah nəsib edərsə, bu xoşagəlməz olaylar, yasımız bitərsə, konsert verəcəyik. Çünki konsertin biletlərini alanları şikayətçi etmək istəməzdik. İrəliləyən dönəmlərdə buradakı sevənlərimlə təkrar bir araya gələcəyəm.

– Konsertin hansı tarixə salındığı bəllidir?

– Bu acı günlərdə konsert verəcəyimiz tarixi düşünəcək halda deyilik. Nə mən, nə də Elnur bəy bu haqda düşünə bilmirik. Mənim qardaşım ölüb. Orada mənim qardaşlarım şəhid olduğu halda mən necə konsert vermək haqqında düşünə bilərəm ki?! İnşallah, Qarabağda konsert vermək istəyirəm. O torpaqları geri aldıqdan sonra orada ilk oxuyanlardan da biri mən olacağam. Buna söz verirəm. Bu xoş deyil, müharibənin əleyhinəyəm. Amma müharibə olarsa, mən də qatılmaq, vuruşmaq istəyirəm. Mən Azərbaycanı və xalqını çox sevirəm.

– Maraqlıdır, bura gələndə gəzmək imkanınız olur?

– Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Şəhər gündən-günə böyüyüb inkişaf edir. Fransanın Parisi, Azərbaycanın Bakısı. Mənə görə Bakı hətta Parisdən daha gözəldir. Çünki Bakıda hər keçən gün yenilənmə işləri aparılır, şəhər sanki böyür. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Açığı, çox gəzmirəm. Amma maşınla gedəndə, içəridən baxıram. İçərişəhərdə olmuşam. Çox gözəl bir yerdir. Heyran qaldım. Qız qalasını çox bəyəndim. Orada xeyli oturub, dostlarla söhbət də etdik.

– Azəbaycan milli mətbəxi ilə güman ki, tanışsınız. Hansı yeməklərimiz ağız dadınıza uyğundur?

– Normalda çox zaman pəhrizdə oluram. Açığı, çox yağlı yeməklər yeyə bilmirəm. Özümə diqqət etməyim lazımdır. Çünki artıq 40 yaşım var.

– Maşallah, yaşınızdan çox cavan və yaraşıqlı görünürsünüz.

-Təşəkkür edirəm, o sizin gözəlliyinizdir. Gözəl baxmanızdır. Kiçik dolmalarınız var ha, ətli, onları çox sevirəm. Yarpaq dolması.

– Sizin sənətçiniz Çelik (Sözümüzü kəsir).

-Arçelikmi? (Gülür).

– Çelik neçə il öncə Bakıda restoran açmışdı. Amma müəyyən səbəblərdən dolayı fəaliyyətinə son qoydu. Bəs siz necə, Azərbaycanda hansısa bir iş, biznes qurmaq istəyirsiniz?

– Layihəm var. Hətta bir deyil, bir-neçə layihə olacaq. Bu haqda çox danışmayım, nəzərə gəlməkdən qorxuram. Onu da deyim ki, görəcəyim iş bir tək sözlə olmayacaq. Yəni ki, mən həmin işləri mütləq reallaşdıracağam. Biz iki ayrı dövlət olsaq da, bir millətik. Erməninin etdikləri məni narahat edirsə, demək ki, damarlarımızda eyni qan axır. Bir torpağın övladlarıyıq. Bura da mənim vətənimdir.Ona görə də Azərbaycanın hər hansı bir şəhərində iş quracağam. Hər kəsə yararlı, faydalı bir iş qurmağı düşünürəm.

– Bu haqda azacıq da olsa məlumat verərdiniz…

-Yox, danışa bilmərəm. Çünki ideyamın kimsə tərəfindən oğurlanmasını istəmirəm. Çelik-filan təkrar Bakıya gələr, işimi əlimdən alar (Gülür). Doğuşun quracağı işi mən edim deyər, olmaz.

– Azərbaycanda kifayət qədər olmusunuz. Güman ki, sənətçilərimizi də tanıyırsınız. Kimləri dinləyirsiniz?

– Mənim belə bir problemim var, azərbaycanlıların adını tam deyə bilmirəm. Bacarmıram. Allah məni qəhr etməsin (Gülür). Mənim üçün sizin ən böyük starınız, gözəl səsi olan Alim Qasımovdur. Onun ifası mənim ürəyimi, içimi titrədir. Onu saatlarla yorulmadan, bezmədən dinləyə bilərəm. Digər qalanlara isə uğurlar arzu edirəm. Düşünürəm ki, onların da dinləyiciləri sevənləri var. Hər kəs səy göstərib, çörək pulu qazanır.

Düzdür, sizin dəyərli sənətçiləriniz çoxdur. Azərbaycanın çox qiymətli sənətçiləri var. Onlar dünyada adla tanınırlar. Açığı, bizdə dünyada tanınan müğənni yoxdur. Biz də dünyanın bir çox yerlərində konsertlər veririk. Rusiya, Fransa, Almaniya, Azərbaycan, Danimarka, Avstriya, Avstraliyaya… Adlarını sadaladığım ölkələrdə konsert verən sənətçilərimiz var. Amma böyük mükafatlar ala bilən sənətçilərimiz yoxdur. Əfsuslar olsun ki, bu belədir. Amma belə sənətçilər Azərbaycandan çıxır.

– Axı sizin dünya şöhrətli müğənniniz Tarkan var.

– Mən Tarkanı çox istəyirəm, yaxşı insandır. Hətta məncə, çox bacarıqlı müğənnidir. Kənan Doğlunu sevirəm. Bu günlərdə evləndi. Allah onu xoşbəxt etsin. Çox gözəl ürəyi var. Xətrini çox istədiyim dostumdur. Mənim üçün qiymətli bir adamdır. Sərdar Ortaçı, Mustafa Sandalı sevirəm. Çelik də yaxşı adamdır. Bax bura gəlib, iş qurub. İnşallah, təkrar gələr, yenə iş qurar. Düzü, Türkiyədə çox da yaxına buraxdığım sənət adamı yoxdur.

– Həmkarlarınızla aranızda qalmaqallar olub?

-Mənə atmaca atanda cavab vermirəm. Amma keçmişdə Tarkanla aramızda kiçik söhbətimiz olmuşdu. Amma sonra barışdıq, öpüşdük. Bizim gördüyümüz iş biznesdir. Düşünürəm ki, kiməsə də pis gəlməməlidir. Bəzən sənətçinin işində durğunluq baş verənda qalmaqala əl atılır. Bunu dünyanın demək olar ki, əksər sənətçiləri edir. Castin Biberdən tutumuş, digərlərinə kimi. Çünki bizim gördüyümüz iş biznesdir. Şoumenlik böyük işdir. Ona görə də hər hansı bir sənət dostumun gördüyü işə pis baxmıram, normal yanaşıram. Amma ürəyi təmiz, niyyəti gözəl olsun. İnsanlara vicdanla yanaşsın. Kimsə haqqında pis düşünməsin, pislik arzulamasın. Yoxsa kiminsə özəl həyatında nəsə oldu, bunu və ya onu etdi, mənim heç marağımda deyil. Çünki biz sıradan adamlar deyilik, etdiklərimiz kimin üçünsə örnək ola bilər. Deməyim odur ki, bizim etdiklərimizi örnək almaq lazım deyil.

– Azərbaycan dilini, ləhcəmizi sevdiniz?

-Çox sevirəm, hədsiz. Amma bəzən anlamaqda çətinlik çəkirəm. Qarşımdakı insandan təkrar nə dediyini soruşuram (Gülür).

– Azərbaycan dilində hansı söz xoşunuza gəlir?

-“Bəli” sözü (gülür).

– Adətən, sizlər bizim, “yaxşı”, “ay balam” sözündən xoşunuz gəlir.

– Mən “Bəli” sözünə ilişmişəm (gülür).

– Türkiyəyə gedəndə orada Azərbaycan dilində danışırsınız heç?

– Səni aparıram (gülür). Bura ilk gəldiyim vaxtlarda “səni aparıram”ı öyrənmişdim. Təkrar-təkrar işlədirdim.

– Azərbaycanda dilimizlə bağlı başınıza hər hansı gülməli hadisə gəlib?

– Açığı, olmayıb, çünki həyatı çox izolyasiya olunmuş yaşayıram. Evimdə, normal şərtlərdə yaşayıram. Bakıda da qapalı qutu kimiyəm. Burada barları, diskotekalları gəzən deyiləm. Hətta Türkiyədə verilişlərə belə çıxmıram. Sənət dostlarım hətta buna görə məndən inciyirlər də. Ola bilsin ki, bu il özümü efirlərdə göstərəcəyəm. Uzun bir fasilədən sonra albomum və filmim təqdim olunacaq.

– Filmlə bağlı azacıq məlumat verərdiniz?

-Filmimiz komediya, sevgi və dramdır. Hər kəsin sevə biləcəyi, zövqlə izləyəcəyi bir film olacaq. Baş rolda oynayacağam. Dostlarım da digər obrazları canlandıracaq. Həyatı əks etdirəcək bir filmdir. Azacıq da mənim həyatımdan parçalar olacaq. Düşünürəm ki, filmim böyük səs-küy yaradacaq.

– Siz Azərbaycanda xeyriyyə tədbirlərində qatıldınız…

-Bəli, bu mənim içimdən gəlir. Dünyanın bir çox yerlərində xeyriyyə konsertləri verirəm. Gördüyüm xeyriyyə işlərini gözə soxmağı sevən insan deyiləm. Amma əfsuslar olsun, elə bir zamanda yaşayırıq ki, gördüyün xeyriyyə işini göstərməlisən, digərləri də bundan örnək götürsün. Sağ əlin verdiyini sol görməməlidir. Amma elədiklərini göstər ki, digərlərinə yaxşı örnək olasan. Gördüyü yüz yaxşı işin heç olmasa, iyirmisini göstərmək lazımdır. Hamısını deyil…

– Müsahibələrinizdə hər zaman deyirsiniz ki, azərbaycanlı qızla evlənəcəksiniz. Bizim qızların hansı özəlliyi diqqətinizi çəkir?

– Azərbaycanlı qızları çox bəyənirəm. Zatən azərbaycanlı qızla evlənəcəyimi hər zaman deyirəm. Mənim üçün evlənəcəyim qızın ürəyi gözəl olsun. Gözləri mənim üçün çox önəmlidir. Çünki insanların çoxu saxta baxmağı öyrənib. Amma mən onu həmin an başa düşürəm. Bu da həyat təcrübəmlə əlaqəlidir.

/tabloid.az/

Previous Post

Doğuş: “Müharibə olarsa, vuruşmaq istəyirəm”

Next Post

İŞİD İraqda daha 2 neft yatağını ələ keçirdi – YENİLƏNİB

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

İŞİD İraqda daha 2 neft yatağını ələ keçirdi - YENİLƏNİB

İŞİD İraqda daha 2 neft yatağını ələ keçirdi - YENİLƏNİB

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.