"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Doğu Perinçek: “Ermənilərin soyqırım iddialarını kökündən kəsəcəyik”

22 Yanvar 2015 - 20:06
in XƏBƏR LENTİ
FacebookVatsap

img1729482“İsa Peyğəmbərin arvadı belə gəlsə, əksini sübut etməyə gücü çatmaz”

Bunu da oxuyun

Qızıl və gümüş ucuzlaşdı

Şimali Kiprdə üç günlük matəm elan edilib

Gəncə şəhərində yanğın baş verib

Yanvarın 28-də Avropa İnsan Haqları Məhkəməsində Türkiyə İşçi Partiyasının sədri Doğu Perincəklə İsveçrə hökumətinin “erməni soyqırımı” məsələsi ilə bağlı çəkişməsi davam edəcək. 
 
Doğu Perincəklə İsveçrənin “davası” 2005-ci ildən başlayıb. Həmin il Perincək İsveçrədəki çıxışlarından birində “1915-ci ildə erməni soyqırımı olmayıb” ifadəsini işlətdiyi üçün həbs edilib. İsveçrə məhkəməsi “erməni soyqırımını inkar” etdiyi üçün ona 90 gün həbs cəzası və 16.873 İsveç frankı məbləğində cərimə kəsib. Perincək müdafiə üçün beynəlxalq məhkəməyə üz tutdu. İşçi Partiyası vəkillərinin İsveçrə hökumətinin qərarından Avropa İnsan Haqları Məhkəməsinə göndərdikləri şikayətdə göstərilirdi ki, ermənilərin soyqırım iddiaları Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul etdiyi soyqırımın təyin edilməsi prinsiplərinə uyğun deyil, bu səbəbdən tanına bilməz. Vəkillər iddia edirdilər ki, İsveçrə hökuməti bu qərarı ilə heç bir əsas olmadan Doğu Perincəyin ifadə azadlığını pozub. İddiaya baxan Avropa İnsan Haqları Məhkəməsinin qərarı Doğu Perincəyin lehinə olub. Ancaq qərarda İsveçrə hökumətinə hökmdən şikayət hüququ verilib. İsveçrə bu hüquqdan yararlanıb. Yanvarın 28-dəki prosesdə Avropa İnsan Haqları Məhkəməsinin 17 hakimdən ibarət Məşvərət Şurası İsveçrə hökumətinin vəsatətinə baxacaq.
Bir qədər də Doğu Perincək haqqında. Türkiyə siyasətinin dev isimlərindən sayılan Doğu Perincek siyasətlə gənc yaşlarından  məşğuldur. Politoloqlar onu “imperializmə qarşı ən barışmaz mövqedə dayanan mücahid” kimi təqdim edir. Perincəyin AKP iqtidarı ilə münasibətləri hər zaman gərgin olub. Ərdoğan hakimiyyətini dəfələrlə Türkiyəni imperialist qüvvələrin qərarlarına tabe etməkdə ittiham edən partiya lideri 2008-ci ildə “Ergenekon” istintaqında həbs edilib. AKP azadlığını əlindən almağı Perincəyi zərərsizləşdirməyin yeganə yolu kimi görüb.  Martın 21-də polislər “Cümhuriyyət” qəzetinin baş redaktoru İlham Səlcukun, İşçi Partiyasının sədri Doğu Perincəyin, İstanbul Universitetinin keçmiş rektoru Kemal Alemdaroğlunun evlərinə eyni zamanda basqın edərək onları prokurorluğa aparıb, hər üç şəxs haqqında dərhal həbs tədbiri seçilib. D.Perincəkdən sonra İşçi Partiyasının bir neçə üzvü də dindirməyə dəvət edilərək həbs olunub.
Türkiyənin yaxın tarixinə ən səs-küylü məhkəmə prosesləri kimi düşən “Balyoz” və “Ergenekon” istintaqında həbs edilən digər ünlülər kimi, Doğu Perincəyə qarşı irəli sürülən ittiham da ağır olub. İstanbul Prokurorluğunun iddianaməsində partiya lideri silahlı terror hörgütü qurmaqda, idarə etməkdə, hökuməti zorla devirməyə təşəbbüsdə, Türkiyə Cümhuriyyətinə qarşı silahlı üsyana çağırışda, məxfi sənədlər əldə etməyə təşəbbüsdə suçlu bilinərək 117 il həbs cəzasına məhkum edilib. Vəkillərinin dəfələrlə Türkiyənin müxtəlif instansiyalı məhkəmələrində qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.
Doğu Perincək yalnız 6 il sonra azadlığa qovuşa bilib. Hakim AKP ilə Fətullah Gülən hərəkatı arasında 17 dekabr 2013-cü ildə başlayan gərginlik Türkiyə siyasi gündəmini yenidən şəkilləndirəndən sonra “Balyoz” və “Ergenekon” davaları kimi siyasi həbslərdə azadlıqdan məhrum edilən ünlü isimlər kimi Doğu Perincek də azadlığa çıxıb.
Azadlığa çıxmasından 10 aya yaxın zaman keçsə də Doğu Perincəyin üzərindən ölkədən çıxış yasağı qaldırılmırdı. Ancaq Avropa İnsan Haqları Məhkəməsinin “erməni məsələsi” ilə bağlı yanvarın 28-nə proses təyin etməsi AKP iqtidarını qərarını dəyişməyə məcbur edib – yanvarın 19-da Doğu Perincəyin Türkiyədən çıxmaq yasağı da götürülüb.
Doğu Perincəyin oğlu Mehmet Perincək “Yeni Müsavat”a açıqlamasında məhkəmənin bu qərarını ədalətin yerini alması kimi qiymətləndirib: “Doğu bəyin ölkədən çıxmasının əngəllənməsi üçün heç bir hüquqi əsas yox idi. Onun həbsi siyasi qərar olduğu kimi, bu yasaq da siyasi sifariş idi”.
Mehmet Perinçəkdən öyrəndik ki, Doğu Perincəyin hüquqlarını  Avropa İnsan Haqları Məhkəməsində 3 vəkil qoruyacaq: “Onlardan biri Fransanın hüququ professoru, vəkil Loran Peçerodur. L.Peçero Avropa İnsan Haqları Məhkəməsində böyük iş təcrübəsi olan vəkillərdəndi, Avropa hüququ uzmanıdır, İngiltərə Universitetlərindən birində dərs deyir. İkinci vəkilimiz Türkiyədən professor, doktor Süheyl Batumdir. H.Batum Türkiyənin konstitusiya hüququ uzmanları içərisində seçkin bir şəxsdir. Üçüncü vəkilimiz isə ölkənin ən tanınan vəkillərindən Mehmet Cengizdir. Məhkəmədə müdafiə tərəfin 30 dəqiqəlik çıxış hüququ var. Bu hüququ Loran və Doğu Pərincək qullanacaq. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyini Almaniyadan olan vəkil təmsil edəcək. Onun 50 dəqiqəlik çıxış haqqı var. Ümid edirik ki, müdafiə imkanlarından yararlanmaqla iddiamızı ən yüksək səviyyədə əsaslandıra biləcəyik”.
Mehmet Perincek onu da deyir ki, Avropa İnsan Haqları Məhkəməsinin iddia ilə bağlı qərarının 3-4 ay içərisində veriləcəyi gözlənilir.
İşçi Partiyası Avropa İnsan Haqları Məhkəməsi kimi ali instansiyada aparılan prosesi yalnız İşçi Partiyasının, Doğu Perincəyin, Türkiyənin davası olmadığı qənaətindədir. M.Perincək deyir ki, bu dava bütün türk dünyasını ilgiləndirməlidir: “Qondarma erməni soyqırımının beynəlxalq səviyyədə yalanlanması milli məsələdir. Bu, türk kimliyinə sahib olan bütün insanların davasıdır. Türkiyə toplumunun bu məsələyə münasibəti bəllidir. Hər kəsimdən, hər siyasi görüşdən olan insanlar bu işin başından Doğu Perinçekə dəstək verməkdədirlər. Mən rahatlıqla deyə bilərəm ki, Türkiyə cəmiyyəti bu məsələdə birlikdə hərəkət edir. Milliyətçi-ülküçü çevrələrdən də güclü dəstək alırıq, ana müxalifət Cümhuriyyət Xalq Partiyası içərisindəki millət vəkillərini də bizim yanımızdadır, Türkiyə Xarici İşlər Nazirliyi də bu sürəcdə bizimlə bərabər hərəkət edir. Onu da deyim ki, İsveçrənin qərarı eyni zamanda Türkiyə dövlətinə qarşı olduğu üçün bu məsələdə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi tərəfdir. Düşünürəm ki, Türkiyə dövlətinin və toplumunun bu məsələdə fikir birliyi çox müsbət bir ab-hava yaratmaqla Avropa İnsan Haqları Məhkəməsinin ədalətli qərar çıxarmasına təsir etmək gücündədir”.
Yanvarın 27-də İstanbuldan bir qrup siyasətçi və qəzetçi prosesdə iştirak etmək üçün Strasburqa yolda düşür. Mehmet Perincəyin sözlərinə görə, Avropadakı türk quruluşları da məhkəmə prosesi zamanı dəstək nümayiş etdirmək üçün hərəkətə keçib: “Avropadakı türklər “Vətən üçün əl-ələ” platforması düzənləyiblər. Bu platformada islamçı görüşləri olanlar da, solçular da, milliyyətçi görüş tərəfdarları da təmsil olunur. Bu proses dünya türklərini sözün gerçək anlamında birləşdirib”.
Xaricə çıxmaq yasağı götürlən Doğu Perincək Türkiyə mediasının da diqqətindədir. Son günlər verdiyi açıqlamalarda 72 yaşlı partiya lideri məhkəmə prosesi ilə bağlı optimist danışır. Maraqlı faktlardan biri də odur ki, İsveçrə hökumətini Avropa İnsan Haqları Məhkəməsində keçiriləcək prosesdə ünlü Hollivud aktyoru Corc Kluninin arvadı Emel Remzi Kluni müdafiə edəcək. Türkiyə mediasına açıqlama verən Doğu Perincək deyib ki, xanım Kluniyə bir etirazı yoxdur, ancaq İsa Peyğəmbərin arvadı belə gəlsə, onun əksini sübut etməyə gücü çatmaz: “Xanıməfəndi məhkəməyə gələ bilər. Ancaq onun uğur qazanmaq şansı yoxur”.
Avropa İnsan Haqları Məhkəməsi Doğu Perincəyin İsveçrəyə qarşı iddiası haqqında qərarında göstərib ki, “erməni soyqırımı” iddiaları heç bir halda ötən əsrdə yəhudilərə qarşı baş verən Holokost qətliamı ilə eyniləşdirilə bilməz. Doğu Perincək məsələyə bu prizmadan yanaşan Avropa İnsan Haqları Məhkəməsinin  yenə də ədalətli qərar verəcəyinə inandığın deyir: “2013-cü il dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarda 1915-ci ildə baş verdiyi iddia edilən erməni qoyqırımının beynəlxalq hüququn tanıdığı soyqırıma uyğun gəlmədiyi bildirilib. Ancaq bu ifadə imperialist gücləri rahatsız edir. Yanvarın 28-də vəkillərimizlə birlikdə bir daha erməni yalanlarının ifşa etməyi başaracağımıza şübhəm yoxdur. Sonucdan əminik.  İsveçrə hökumətinin vəsatətinin təmin ediləcəyini düşünmürəm. Türkiyənin əsas problemlərindən  olan erməni məsələsini Lozan məsələsi kimi dibdən çözəcəyik. İnanıram ki, Avropa İnsan Haqlarının ədalətli qərarı dünyada erməni yalanının durdurulmasına yetəcək gücdə olacaq”.
Previous Post

Doğu Perinçek: “Ermənilərin soyqırım iddialarını kökündən kəsəcəyik”

Next Post

Ərdoğan Somaliyə gedir, partlayış olsa da…

Bənzər yazılar

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşdı

31 Avqust 2026 - 09:37

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. Elchi.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.25% azalaraq 4.473...

Şimali Kiprdə üç günlük matəm elan edilib

Şimali Kiprdə üç günlük matəm elan edilib

30 Avqust 2026 - 23:57

Girnə-Taşucu reysini həyata keçirən sərnişin gəmisinin Girnə sahillərində qəzaya uğrması və insan itkisinə səbəb olmasına görə Şimali Kiprdə üç günlük...

Gəncə şəhərində yanğın baş verib

Gəncə şəhərində yanğın baş verib

30 Avqust 2026 - 23:54

Gəncə şəhəri, Bağmanlar küçəsində yanğın qeydə alınıb. Bu barədə Elchi.az - a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar...

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Next Post

Ərdoğan Somaliyə gedir, partlayış olsa da...

Ərdoğan Somaliyə gedir, partlayış olsa da...

Son xəbərlər

Qlobal təbii qaz tədarükündə rekord qeydə alınıb

Qlobal təbii qaz tədarükündə rekord qeydə alınıb

31 Avqust 2026 - 17:47
Bakıda daha bir yolda təmir işlərinə başlanılır

Bakıda daha bir yolda təmir işlərinə başlanılır

31 Avqust 2026 - 17:35
Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

31 Avqust 2026 - 17:29
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub  YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub YENİLƏNİB

31 Avqust 2026 - 17:21
ChatGPT, Reddit və Roblox Avropa İttifaqının sərt tənzimləmə rejiminə düşüb

ChatGPT, Reddit və Roblox Avropa İttifaqının sərt tənzimləmə rejiminə düşüb

31 Avqust 2026 - 17:17
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib

Sahibə Qafarova Serbiyaya işgüzar səfərə gedib

31 Avqust 2026 - 17:08
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir

31 Avqust 2026 - 17:03
Pezeşkiyan: Müharibə heç kimin maraqlarına cavab vermir

Pezeşkiyan: Müharibə heç kimin maraqlarına cavab vermir

31 Avqust 2026 - 16:59
“Araz-Naxçıvan”dan ayrılan futbolçu Rumıniya klubuna keçdi

“Araz-Naxçıvan”dan ayrılan futbolçu Rumıniya klubuna keçdi

31 Avqust 2026 - 16:46
Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib

Bişkekdə ŞƏT-in sammiti ilə bağlı 15 min təhlükəsizlik əməkdaşı gücləndirilmiş rejimə keçib

31 Avqust 2026 - 16:38
Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

Nepal daşqın zonasında axtarışlar üçün müasir texnologiyalar və kömək tələb edir

31 Avqust 2026 - 16:25
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

31 Avqust 2026 - 16:11
Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

31 Avqust 2026 - 16:00
Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.