EN RU

DİN və DTX Bakıda əməliyyat keçirdi

>

Daxili işlər Nazirliyi və Dövlət Təhlüekəsizlik Xidməti əməkdaşları Bakıda vətəndaşın bank hesabından pul çıxaran şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat keçirib.

Bunu da oxuyun

Daxili İşlər Nazirliyindən Elchi.az-a verilən məlumata görə, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com