Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Elchi.az xəbər verir ki, Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:
- Polis polkovniki Canpolad Alı oğlu Daanova;
- Polis polkovniki Namiq Zirəddin oğlu Həsənova;
- Polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova;
- Polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.