"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Dilini itirən xalq məhvə məhkumdur

11 Sentyabr 2023 - 13:39
in CƏMİYYƏT
FacebookVatsap

“Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Heydər ƏLİYEV

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur.

Qloballaşan dünyanın çağırışlarına cavab vermək üçün dünya dillərini bilmək lazımdır. Amma, ilk növbədə, öz dilini mükəmməl bilmək, onu dərindən öyrənmək, təbliğ etmək hər bir azərbaycanlının borcudur. Müasir dövrdə yad dillərin güclü təsirinə məruz qalan bütün dünya dilləri kimi, bizim ana dilimizin də qorunmağa, möhkəmlənməyə ehtiyacı var. Çünki bu dil bizim ata-babalarımızdan miras qalan ən böyük dəyərdir.

Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Dilimiz varsa, biz də varıq…

Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda demişdir:

«Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini – rus dilini, ingilis dilini, fransız dilini, ərəb, fars dillərini mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rus dilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, C.Məmmədquluzadəni və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməzsə, o, tarixini bilməyəcək, onları oxuya bilməsə, mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, Onda milli vətənpərvərlik duyğuları olmayacaq”.

Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli fikirlər söyləmişdir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şerlə, ahənglə, musiqi ilə doludur.”

İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk. Azərbaycan dili əsrlər boyu inkişaf edərək zaman çərçivəsində süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir.

Ana dilimizin yad təsirlərdən qorunması naminə aparılan islahatlar, həyata keçirilən tədbirlər nəticəsində mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinə başqa millətlər tərəfindən də maraq göstərilir.

Dilimizin qorunmasında, inkişaf etdirilməsində hər birimizin üzərinə vacib vəzifələr düşür. Fəxr etməliyik ki, bu gün danışdığımız Azərbaycan dili dünyanın ən şirin, ən mükəmməl, ən zəngin dillərindən biridir. Onun bu şirinliyini, saflığını, büllurluğunu göz bəbəyi kimi qorumaq, keşiyində ayıq-sayıq dayanmaq hər bir azərbaycanlının müqəddəs borcudur.

Fuad
Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “50 milyondan çox insanı birləşdirən atribut – AZƏRBAYCAN DİLİ” layihəsi çərçivəsində hazırlanıb

Previous Post

Dilini itirən xalq məhvə məhkumdur

Next Post

Azərbaycan qırıcıları havaya qaldırıldı – Video

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post
Azərbaycan qırıcıları havaya qaldırıldı – Video

Azərbaycan qırıcıları havaya qaldırıldı - Video

Azərbaycan qırıcıları havaya qaldırıldı – Video

Azərbaycan qırıcıları havaya qaldırıldı - Video

Son xəbərlər

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.