Mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə tələbi ləğv edilsə də, pandemiya davam edir.
Elchi.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, pandemiya bitmədiyindən əhali ayıq-sayıq olmalıdır. O, əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda maskadan istifadənin tövsiyə olunduğunu diqqətə çatdırıb.
Qüvvədə qalan məhdudiyyətlərə gəlincə, T.Musayev bu məsələnin cari epidemioloji vəziyyətdən asılı olduğunu vurğulayıb:
“Çünki məhdudiyyətlərin hamısının birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının kəskin şəkildə artmasına səbəb olur. Əsas rəqəmlər xəstəxanaya yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və ölüm sayları diqqət edilən məqamlardandır. Ölkədə həyata keçirilən uğurlu vaksinasiya kampaniyası və tətbiq edilən əks-epidemioloji addımlar nəticəsində vəziyyət demək olar ki, stabildir”.