ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Florida ştatının qubernatoru Ron DeSantis Birləşmiş Millətlər Təşkilatının (BMT) İsrailə münasibətini tənqid edib və deyib ki, ABŞ-ın BMT-yə ayırdığı maliyyə vəsaiti kəsilməlidir.
Elchi.az xəbər verir ki, DeSantis Newsmax kanalına müsahibəsində İsrailin Qəzzaya hücumları ilə bağlı qiymətləndirmələr edib.
İsrailin “özünü müdafiə etmək və işi bitirmək hüququna malik olduğunu” iddia edən DeSantis, BMT-nin məsələ ilə bağlı mövqeyini tənqid edib.
DeSantis, “Birləşmiş Millətlərin İsraili hədəf almasından bezdim. Biz Birləşmiş Millətlər Təşkilatına ayrılan maliyyəni kəsməliyik” dedi.
DeSantis mətbuatı da tənqid edərək, “Medianın xəstəxananı partlatdıqlarını söyləyərək İsrailə hücum etməsindən bezdim. Bu doğru deyil” dedi.
Şayəstə Hüseynova