"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Prezidenti əvəz edə biləcək şəxsin adı öncədən açıqlansa daha yaxşı olar

28 İyul 2016 - 09:17
in aktual-banner, Banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap
qudret-hesenquliyev-2

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendum keçiriləcək. Referendum layihəsində Azərbaycanda ilk dəfə olaraq vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur. Artıq referendum keçirilməmiş, ictimaiyyətdə kimin birinci vitse-prezident və vitse-prezident olacağı indidən geniş müzakirəyə çıxarılıb. Mövzuyla bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev  də Publika.az saytına maraqlı müsahibə verib.

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

Strateq.az bildirir ki, Qüdrət Həsənquliyev bu müsahibəsində təkcə vitse-prezidentliklə bağlı deyil, həm də Qarabağ məsələsi ətrafında mürəkkəbləşən vəziyyət haqqında olduqca sensasiyalı fikirlər işlədib.

Millət vəkilinin həmin müsahibəsini təqdim edirik:

– Qüdrət bəy, bizə verdiyiniz sonuncu müsahibədə söyləmişdiniz ki, referendum layihəsinə təklifləriniz olacaq. Təkliflərinizi nə zaman açıqlayacaqsınız?

– O zaman düşünürdüm ki, əvvəllər olduğu kimi, bu layihə də müzakirə olunmaq üçün Milli Məclisə göndərilə bilər. İndi isə bunun əhəmiyyəti yoxdur. Əsas fikirlərimi Sizə söyləmişdim.

– Bundan sonrakı proseslərlə bağlı proqnozlarınız nədir? Növbədənkənar prezident seçkiləri keçirilə bilərmi?

– Çörçil söyləyirdi ki, siyasətçi proqnozlar verməli, bu, baş vermədikdə isə onun niyə baş vermədiyini əsaslandırmağı bacarmalıdır. Yeri gəlmişkən, proqnoz vermək yaxşı məşğuliyyət sayılmasa da, qənaətimcə, növbədənkənar prezident seçkilərinin keçirilməsi labüddür. Doğrusunu isə göydə Allah, yerdə prezident bilir.

– Qüdrət bəy, sosial şəbəkələrdə 1-ci vitse-prezident postuna ən layiqli namizəd kimi Mehriban Əliyevanın adı hallanır, buna münasibətiniz necədir və kimlər vitse-prezident ola bilər?

– Mehriban xanım Azərbaycan xalqı qarşısında xidmətləri olan bir nəslin təmsilçisidir. Ziyalı və milli bir ailədə böyüyüb. Hal-hazırda ölkənin birinci xanımı və millət vəkili kimi çox böyük işlər görür, Azərbaycanın və Azərbaycan qadının tanıdılması üçün böyük səy göstərir. Qeyd olunanlara, humanitar sahədəki fəaliyyətinə, bacarığına və səmimiyyətinə görə xalqın rəğbətini qazanıb. O, həm də hakim partiyada sədr müavini olmaqla prezidentin ən sadiq silahdaşı sayılır. Düşünürəm ki, onun bu postu tutması milli maraqlara cavab verərdi.

Vitse-prezidentlərə gəldikdə isə, bu postu tutacaq şəxslər prezidentə sadiq, bacarıqlı və təcrübəli olmalıdırlar. Bu keyfiyyətlərinə görə YAP-in sədr müavinləri, o cümlədən Ramiz Mehdiyev, Bəylər Eyyubov, Ramil Usubov, Kəmaləddin Heydərov, Vasif Talıbov vitse-prezident təyin olunmağa daha çox layiqdirlər. Doğrusunu isə bir daha söyləyirəm ki, prezident bilir.

– Qüdrət bəy, müsahibənizdə söyləmişdiniz ki, 1-ci vitse-prezidentin kimliyi seçkidən öncə bilinməlidir. Bunu mövcud təcrübədən çıxış edərək söyləyirsiniz, yoxsa başqa mülahizələr də var?

– 2 aprel qələbəsindən sonra Kremlin sadiq dostları bəyanat verdilər ki, Qarabağ probleminin  tənzimlənməsində 5+2 formatı Azərbaycanın milli maraqlarına cavab vermir. Son prezident seçkilərində də xarici güclər demokratiya adı altında Rüstəm İbrahimbəyovdan istifadə etmək istədilər. Amma alınmadı. Bu dəfə daha həssas Qarabağ məsələsi üzərində oyun oynanıla bilər. Tutaq ki, həmsədr dövlətlər Azərbaycanı müəyyən güzəştlərə məcbur edə bilər. Bundan sonra “Qarabağı verdilər” şüarı ilə sabitliyin pozulması üçün cəhdlər ola bilər. Prezidenti məcbur edə bilərlər ki, Kremlin, yaxud Qərbin, yaxud da hər ikisinin dostlarından birini 1-ci vitse-prezident təyin edib istefa versin. Ona görə də ölkəni və prezidenti mümkün təzyiq və təhlükələrdən qorumaq üçün hər şey nəzərə alınmalıdır. Yaxşı xatırlayıram, 2001-ci ildə Ki Vest danışıqları zamanı ABŞ səfiri ilə görüşdən qayıdan Əli Kərimli söylədi ki, görüş ərəfəsində “Azərbaycana təzyiqlərə son qoyulsun” şüarı ilə keçirəcəyimiz mitinq təxirə salınmalıdır. Çünki ABŞ səfiri ona söyləyib ki, imkan verin bu problemi (o, daha pis söz işlətmişdi) Heydər Əliyevin əli ilə həll edək, sonra siz gəlib rahat oturun.

İlham Əliyev təcrübəsi və cəsarəti ilə kifayət qədər seçilir. Hesab edirəm ki, bütün yarana biləcək çətinliklərlə bağlı müdrik qərar verə biləcək. Bununla bərabər dövlətçiliyin qorunması naminə ehtiyat əldən buraxılmamalıdır. Ona görə də prezidenti əvəz edə biləcək şəxsin adı öncədən açıqlansa, daha yaxşı olar. Artıq mətbuatda Qərbdən himayə olunanlar belə bəyanatlar yaymağa başlayıb ki, referendum Qarabağa görə keçirilir və buna görə Qərb susur…

Previous Post

Prezidenti əvəz edə biləcək şəxsin adı öncədən açıqlansa daha yaxşı olar

Next Post

İrəvan qiyamçılarının liderləri həbs olundu –Siyahı

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

İrəvan qiyamçılarının liderləri həbs olundu –Siyahı

İrəvan qiyamçılarının liderləri həbs olundu –Siyahı

Son xəbərlər

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ

13 Oktyabr 2026 - 09:04
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31
“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib

12 Oktyabr 2026 - 22:54
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib

12 Oktyabr 2026 - 22:53
Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

Bəhreynin “Gulf Air” şirkəti Ər-Riyada uçuşları dayandırıb

12 Oktyabr 2026 - 22:00
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq

12 Oktyabr 2026 - 21:58
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

12 Oktyabr 2026 - 21:57
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb

12 Oktyabr 2026 - 20:59
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”

12 Oktyabr 2026 - 20:44
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib

12 Oktyabr 2026 - 20:41
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur

12 Oktyabr 2026 - 20:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.