“Türkiyə parlamentində Türkiyənin Ermənistanla sərhədindəki Akkaya sərhəd-keçid məntəqəsinə “Tələt Paşa qapısı” adını verilməsi qaldırılıb”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Zəngəzur ictimaiyyətinin bir qrup ziyalısı ona müraciətlər edib. Müraciətdə Zəngəzur dəhlizinin Laçına birləşən hissəsinə 1905-1906 və 1918-ci ildə Azərbaycanlılara qarşı kütləvi qətliam törədən erməni faşizminin təmsilçiləri Qaregin Nijdeyə, Andranik Ozanyana qarşı mübarizə aparan Xosrov bəy və Soltan bəy Sultanov qardaşlarının adının verilməsi təklif olunub: “Zəngəzur ictimaiyyəti tərəfindən irəli sürülmüş bu təklifin Milli Məclisdə dəstəklənməsini və qəbul edilməsini xahiş edirəm”.
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...





















Son şərhlər